Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Goranboyda külək ağacları yıxıb, evlərin damını uçurub, yol hərəkətini iflic edib

Abunə olmaq
Şiddətli külək ölkəmizin qərbində tüğyan edərək ziyan vurmaqda davam edir.
Güclü külək Goranboyda fəsadlar törədib. Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində elektrik dirəyi hərəkətdə olan minik maşınının üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Külək Goranboy rayonu ərazisində bir neçə iri gövdəli ağacı da aşırıb. Həmçinin yol kənarındakı obyektin dəmir konstruksiyalı dam örtüyünü yerə atıb.
Təbiət hadisəsi zamanı Goranboy şəhərinin bir hissəsi, eləcə də Qızılhacılı qəsəbəsi və 10-dan artıq kənd elektrik enerjisiz qalıb. Enerji kəsildiyindən avtomobillərin hərəkətini tənzimləyən işıqforlar da işləməyib. Bölgədə külək səhər saatlarına qədər davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0