Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

ABŞ-da xeyriyyə konserti olacaq, toplanan pulla minaaxtaran it alınacaq

konsert - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Abunə olmaq
Konsert layihəsi mayın 3-də baş tutacaq. Konsertdən əldə olunan vəsait işğaldan azad olunan ərazilərdə minaların təmizlənməsi prosesində əlavə itlərin alınmasına sərf olunacaq.
BAKI, 13 aprel — Sputnik. mayın 3-də ABŞ-ın Vaşinqton şəhərində "The Voice of Orchid" adlı xeyriyyə konsertinin keçirilməsi planlaşdırılır. Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi və Birləşmiş Ştatlar – Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə həyata keçiriləcək.
Tədbirdən toplanılan vəsait işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi məqsədilə altı minaaxtaran itin "Marshall Legacy institute" vasitəsilə alınaraq Azərbaycana göndərilməsinə sərf olunacaq.
Konsertdə Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri, həmçinin xalq artistləri Brilliant Dadaşova, Ənvər Sadıqov, Nəzakət Teymurova, Əməkdar artist Abbas Bağırov və digər solistlər çıxış edəcəklər.
Qeyd edək ki, aprelin 4-dən 9-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 106 piyada əleyhinə mina, 141 tank əleyhinə mina və 156 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 237 hektar ərazi mina və PHS-lərdən təmizlənib. Martın 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 68 piyada əleyhinə mina, 97 tank əleyhinə mina və 298 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 306 hektar ərazi mina və PHS-lərdən təmizlənib. Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 10-dan bu ilin fevralın 28-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 668, tank əleyhinə 4 962 mina və 14 347 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Eyni zamanda, 7 866 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
mina - Sputnik Azərbaycan, 1920, 11.04.2022
HƏRBİ
İşğaldan azad olunmuş bölgələrdə minatəmizləmə əməliyyatları davam edir
Xəbər lenti
0