Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

İşğaldan azad olunmuş bölgələrdə minatəmizləmə əməliyyatları davam edir

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidmina
mina - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Abunə olmaq
ANAMA işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatında qeyd edib ki, Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 106 piyada əleyhinə mina, 141 tank əleyhinə mina və 156 partlamamış hərbi sursat aşkarlanıb.
BAKI, 11 aprel — Sputnik. ANAMA işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, aprelin 4-dən 9-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 106 piyada əleyhinə mina, 141 tank əleyhinə mina və 156 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 237 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Martın 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 68 piyada əleyhinə mina, 97 tank əleyhinə mina və 298 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 306 hektar ərazi mina və PHS-lərdən təmizlənib. Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 10-dan bu ilin fevralın 28-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 668, tank əleyhinə 4 962 mina və 14 347 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Eyni zamanda, 7 866 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0