https://sputnik.az/20220412/bas-qerargah-reisi-turkiyeli-generali-qebul-etdi-441037282.html
Baş Qərargah rəisi türkiyəli generalı qəbul etdi
Baş Qərargah rəisi türkiyəli generalı qəbul etdi
Sputnik Azərbaycan
Kərim Vəliyevlə Rafet Dalkıran söhbətlərində birgə təlimlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu qeyd ediblər. 12.04.2022, Sputnik Azərbaycan
2022-04-12T18:03+0400
2022-04-12T18:03+0400
2022-04-12T18:30+0400
müdafiə
hərbi
türkiyə silahlı qüvvələri
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441022027_0:32:1000:595_1920x0_80_0_0_47f4e65bd04e9582a1cfef121f19c984.jpg
BAKI, 12 aprel — Sputnik. Aprelin 12-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Hər iki ölkənin orduları arasında qarşılıqlı münasibətlərin, eləcə də hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olunub.Görüşdə Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov da ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220123/azerbaycan-ordusunda-herbi-telim-toplanisi-nece-gedir---video-438413271.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441022027_82:0:918:627_1920x0_80_0_0_18304eaca5870bed09874e65cb1d302d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə, türkiyə silahlı qüvvələri, müdafiə nazirliyi
müdafiə, türkiyə silahlı qüvvələri, müdafiə nazirliyi
Baş Qərargah rəisi türkiyəli generalı qəbul etdi
18:03 12.04.2022 (Yenilənib: 18:30 12.04.2022) Kərim Vəliyevlə Rafet Dalkıran söhbətlərində birgə təlimlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu qeyd ediblər.
BAKI, 12 aprel — Sputnik. Aprelin 12-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hər iki ölkənin orduları arasında qarşılıqlı münasibətlərin, eləcə də hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olunub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov da ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.