https://sputnik.az/20220123/azerbaycan-ordusunda-herbi-telim-toplanisi-nece-gedir---video-438413271.html
Azərbaycan Ordusunda hərbi təlim toplanışı necə gedir - VİDEO
Azərbaycan Ordusunda hərbi təlim toplanışı necə gedir - VİDEO
Sputnik Azərbaycan
Təlim toplanışı yanvarın 29-dək davam edəcək. 23.01.2022, Sputnik Azərbaycan
2022-01-23T11:17+0400
2022-01-23T11:17+0400
2022-01-23T11:17+0400
hərbi
azərbaycan ordusu
video-çarx
hərbi təlimlər
hərbi
https://cdnn1.img.sputnik.az/img/07e6/01/17/438413171_0:0:1000:563_1920x0_80_0_0_6a3c4d211d292de069c9e5e32fec3449.jpg
BAKI, 23 yanvar — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, "N" saylı hərbi hissədə hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.Sputnik Azərbaycan Müdafiə Nazirilyinə istinadla bildirir ki, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisaslarını, təcrübələrini təkmilləşdirməklə yanaşı, ordunun arsenalında olan müasir silah və hərbi texnikalar ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.Təlimə cəlb olunan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyat, eləcə də həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.Daha sonra təlim iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub. Tədbirin əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirib.Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı zəfərdən, bu qələbənin tarixi əhəmiyyətindən danışıblar. Keçirilən təlimlərin onların döyüş və mənəvi-psixoloji hazırlığına müsbət təsir edəcəyini bildiriblər.Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən hərbi vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.Qeyd edək ki, təlim toplanışı yanvarın 29-dək davam edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/17/438413171_196:0:1000:603_1920x0_80_0_0_bd48d03be3a1f80f9f87378fe5bab6ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan ordusunda hərbi təlim toplanışı necə gedir video
azərbaycan ordusunda hərbi təlim toplanışı necə gedir video
Azərbaycan Ordusunda hərbi təlim toplanışı necə gedir - VİDEO
Təlim toplanışı yanvarın 29-dək davam edəcək.
BAKI, 23 yanvar — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, "N" saylı hərbi hissədə hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.
Sputnik Azərbaycan Müdafiə Nazirilyinə istinadla bildirir ki, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisaslarını, təcrübələrini təkmilləşdirməklə yanaşı, ordunun arsenalında olan müasir silah və hərbi texnikalar ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.
Təlimə cəlb olunan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyat, eləcə də həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.
Daha sonra təlim iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub. Tədbirin əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirib.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı zəfərdən, bu qələbənin tarixi əhəmiyyətindən danışıblar. Keçirilən təlimlərin onların döyüş və mənəvi-psixoloji hazırlığına müsbət təsir edəcəyini bildiriblər.
Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən hərbi vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.
Qeyd edək ki, təlim toplanışı yanvarın 29-dək davam edəcək.