https://sputnik.az/20220412/bas-prokurorluq-vetendaslarin-pulunu-ele-kecirmis-vezifeli-sexsler-barede-melumat-yaydi-441032271.html
Vətəndaşların pulunu ələ keçirmiş vəzifəli şəxslər yaxalandı
Vətəndaşların pulunu ələ keçirmiş vəzifəli şəxslər yaxalandı
Sputnik Azərbaycan
Qurumdan verilən məlumatda bildirilib ki, iş üzrə toplanmış kifayət qədər sübutlar əsasında iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib. 12.04.2022, Sputnik Azərbaycan
2022-04-12T15:35+0400
2022-04-12T15:35+0400
2022-04-12T15:40+0400
cəmiyyət
inşaat
şirkət
korrupsiya
prokurorluq
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168657_0:320:3071:2047_1920x0_80_0_0_23c6f3ca37a4bbc5928693867006439a.jpg
BAKI, 12 aprel — Sputnik. Mənzil satışı adı altında vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirmiş vəzifəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb."Sahil-S İnşaat" Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş çoxsaylı müraciətlər əsasında araşdırma aparılıb. Araşdırmalar nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı aparılır.Aparılmış istintaq-əməliyyat tədbirləri ilə "Sahil-S İnşaat" MTK-nın sədri vəzifəsində işləmiş Alaverdiyev Taley Şamil oğlunun, "GG Company" MMC-nin direktoru Kərimov Pənah Sudeib oğlu ilə qabaqcadan əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən inşa olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "A-B" massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda saxta müqavilə və maliyyə arayışları tərtib edib vəzifə saxtakarlığına yol verərək çoxsaylı şəxslərin külli miqdarda pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Taley Alaverdiyev və Pənah Kərimova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda cinayət işi üzrə istintaq davam edir. Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara 961 nömrəli "Çağrı Mərkəzi" və "161-Qaynar xətt" əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220406/yeni-fealiyyet-plani-korrupsiyanin-kokunu-kesmeye-qadirdir--440828758.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168657_0:0:2729:2047_1920x0_80_0_0_72ca7f992887891cd67898151f57dca8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
inşaat, şirkət, korrupsiya, prokurorluq
inşaat, şirkət, korrupsiya, prokurorluq
Vətəndaşların pulunu ələ keçirmiş vəzifəli şəxslər yaxalandı
15:35 12.04.2022 (Yenilənib: 15:40 12.04.2022) Qurumdan verilən məlumatda bildirilib ki, iş üzrə toplanmış kifayət qədər sübutlar əsasında iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
BAKI, 12 aprel — Sputnik. Mənzil satışı adı altında vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirmiş vəzifəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
"Sahil-S İnşaat" Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş çoxsaylı müraciətlər əsasında araşdırma aparılıb. Araşdırmalar nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı aparılır.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə "Sahil-S İnşaat" MTK-nın sədri vəzifəsində işləmiş Alaverdiyev Taley Şamil oğlunun, "GG Company" MMC-nin direktoru Kərimov Pənah Sudeib oğlu ilə qabaqcadan əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən inşa olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "A-B" massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda saxta müqavilə və maliyyə arayışları tərtib edib vəzifə saxtakarlığına yol verərək çoxsaylı şəxslərin külli miqdarda pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Taley Alaverdiyev və Pənah Kərimova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir. Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara 961 nömrəli "Çağrı Mərkəzi" və "161-Qaynar xətt" əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.