Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycandan Rusiyaya pomidor ixracında heç bir qadağa yoxdur

© Sputnik / Ilham MustafayevSahibkarlar dövlət qurumundan narazılıq edir
Sahibkarlar dövlət qurumundan narazılıq edir - Sputnik Azərbaycan, 1920, 12.04.2022
Abunə olmaq
Ötən il Azərbaycandan Rusiyaya 130 min ton pomidor və 60,2 min ton alma ixrac edilib.
BAKI, 12 aprel — Sputnik. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli sahibkarların Rusiyanın növbəti dəfə Azərbaycandan idxal edilən pomidora qadağa qoyması xəbərlərinə münasibət bildirib. Qoşqar Təhməzli deyib ki, Rusiyanın müvafiq qurumunun belə bir qərarı yoxdur:
“Təcili bildiriş vərəqələrini biz təqdim edirik. İdxal edən ölkələr məhsulda hansısa zərərli maddə aşkarlanarsa, bildiriş göndərir. Bu gün Azərbaycandan alma və pomidor ixrac edilən ölkələrdə hər hansı məhdudiyyət yoxdur”.
Qeyd edək ki, mart ayında Azərbaycandan göndərilən 432 tondan çox pomidor Rusiyaya buraxılmayıb. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") bunu karantin təhlükəli obyektlərə yoluxma ilə izah etmişdi.
Rusiya Azərbaycan üçün pomidor ixracı qadağasını tam ləğv edib Xatırladaq ki, mart ayının 5-dən etibarən "Rosselxoznadzor" tərəfindən Azərbaycandan pomidor məhsulunun bu ölkəyə ixraci ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.
Ölkəmizdən Rusiyaya pomidor ixracına icazə verilmiş 227 pomidor ixracı müəssisəsinin ixrac potensialı 385,460 ton, alma ixracına icazə verilmiş 77 müəssisənin ixrac potensialı isə 186,948 ton təşkil edir. Məhsulların dəmiryolu vasitəsilə daşınmasına verilmiş icazənin müddəti uzadılıb 2021-ci il 11 iyun tarixində AQTA və "Rosselxoznadzor" arasında aparılan danışıqlar nəticəsində 2022-ci il 1 aprel tarixinə qədər pomidor və alma məhsullarının dəmiryolu nəqliyyatı vasitəsilə daşınmasına icazə verilmişdi.
Aparılan danışıqlar, həmçinin son zamanlar Azərbaycandan ixrac olunan məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi Rusiyanın müvafiq qurumu tərəfindən yüksək qiymətləndirilmiş və alma və pomidor məhsullarının 2023-cü ilin 1 yanvar tarixinə qədər dəmiryol vasitəsilə daşınması müsbət həllini tapıb.
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən bu ölkəyə idxal edilən kənd təsərrüfatı məhsullarının yalnız beynəlxalq tələblərə cavab verən konteynerlərlə daşınması tələbi mövcuddur.
Ötən il Azərbaycan Rusiyanın ən böyük pomidor tədarükçüsü olub Ötən il Azərbaycan MDB ölkələri arasında Rusiyaya ən böyük pomidor tədarükçüsü (130 min ton) və almanın aparıcı ixracatçılarından biri (60,2 min ton) olaraq qalıb. 2020-ci ilin dekabrın 10-dan etibarən Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoymuşdu. Bu barədə qərarı “Rosselxoznadzor” qəbul etmişdi.
Xidmətin məlumatına görə, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkarlanıb və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Урожай томатов, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.03.2022
RUSİYA
Rusiya Azərbaycan üçün pomidor ixracı qadağasını tam ləğv etdi
Xəbər lenti
0