https://sputnik.az/20220305/rusiya-azerbaycan-ucun-pomidor-ixraci-qadagasini-tam-legv-etdi-439886495.html
Rusiya Azərbaycan üçün pomidor ixracı qadağasını tam ləğv etdi
Rusiya Azərbaycan üçün pomidor ixracı qadağasını tam ləğv etdi
Sputnik Azərbaycan
Mart ayının 5-dən etibarən "Rosselxoznadzor" tərəfindən Azərbaycandan pomidor məhsulunun bu ölkəyə ixraci ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə... 05.03.2022, Sputnik Azərbaycan
2022-03-05T13:35+0400
2022-03-05T13:35+0400
2022-03-05T13:35+0400
rusiya
aqta
pomidor
"rosselxoznadzor"
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425712527_0:55:3157:1831_1920x0_80_0_0_f6568ad834cdcfd6356eadf4841726d7.jpg
BAKI, 5 mart — Sputnik. Azərbaycandan Rusiyaya pomidor ixracı ilə bağlı qoyulan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.Sputnik Azərbaycan xəbər verir ki, ölkəmizdən Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən zəruri tədbirlər davam etdirilir.AQTA-dan Sputnik Azərbaycan-a bildiriblər ki, aparılan danışıqların məntiqi nəticəsi və Agentlik tərəfindən təsərrüfatlarda həyata keçirilmiş monitorinqlər, həmçinin məhsullardan götürülmüş nümunələrin laborator müəyinələri ilə bağlı təqdim olunmuş məlumatlara əsasən, mart ayının 5-dən etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor məhsulunun bu ölkəyə ixraci ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.AQTA bundan sonra da Rusiyanın müvafiq qurumu ilə qarşılıqlı etimad şəraitində sıx əməkdaşlığı davam etdirəcək.Qeyd edək ki, ölkəmizdən Rusiyaya pomidor ixracına icazə verilmiş 227 pomidor ixracı müəssisəsinin ixrac potensialı 385,460 ton, alma ixracına icazə verilmiş 77 müəssisənin ixrac potensialı isə 186,948 ton təşkil edir.Məhsulların dəmiryolu vasitəsilə daşınmasına verilmiş icazənin müddəti uzadılıbXatrıladaq ki, 2021-ci il 11 iyun tarixində AQTA və "Rosselxoznadzor" arasında aparılan danışıqlar nəticəsində 2022-ci il 1 aprel tarixinə qədər pomidor və alma məhsullarının dəmiryolu nəqliyyatı vasitəsilə daşınmasına icazə verilmişdi.Aparılan danışıqlar, həmçinin son zamanlar Azərbaycandan ixrac olunan məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi Rusiyanın müvafiq qurumu tərəfindən yüksək qiymətləndirilmiş və alma və pomidor məhsullarının 2023-cü ilin 1 yanvar tarixinə qədər dəmiryol vasitəsilə daşınması müsbət həllini tapıb.Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən bu ölkəyə idxal edilən kənd təsərrüfatı məhsullarının yalnız beynəlxalq tələblərə cavab verən konteynerlərlə daşınması tələbi mövcuddur.Ötən il Azərbaycan Rusiyanın ən böyük pomidor tədarükçüsü olubÖtən il Azərbaycan MDB ölkələri arasında Rusiyaya ən böyük pomidor tədarükçüsü (130 min ton) və almanın aparıcı ixracatçılarından biri (60,2 min ton) olaraq qalıb.2020-ci ilin dekabrın 10-dan etibarən Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoymuşdu. Bu barədə qərarı Rosselxoznadzor qəbul etmişdi. Xidmətin məlumatına görə, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkarlanıb və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425712527_250:0:2981:2048_1920x0_80_0_0_5a3a0d01d0fbd23a76b0b3067748ac3c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
aqta, pomidor, "rosselxoznadzor"
aqta, pomidor, "rosselxoznadzor"
Rusiya Azərbaycan üçün pomidor ixracı qadağasını tam ləğv etdi
Mart ayının 5-dən etibarən "Rosselxoznadzor" tərəfindən Azərbaycandan pomidor məhsulunun bu ölkəyə ixraci ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.
BAKI, 5 mart — Sputnik. Azərbaycandan Rusiyaya pomidor ixracı ilə bağlı qoyulan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, ölkəmizdən Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən zəruri tədbirlər davam etdirilir.
AQTA-dan Sputnik Azərbaycan-a bildiriblər ki, aparılan danışıqların məntiqi nəticəsi və Agentlik tərəfindən təsərrüfatlarda həyata keçirilmiş monitorinqlər, həmçinin məhsullardan götürülmüş nümunələrin laborator müəyinələri ilə bağlı təqdim olunmuş məlumatlara əsasən, mart ayının 5-dən etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor məhsulunun bu ölkəyə ixraci ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.
AQTA bundan sonra da Rusiyanın müvafiq qurumu ilə qarşılıqlı etimad şəraitində sıx əməkdaşlığı davam etdirəcək.
Qeyd edək ki, ölkəmizdən Rusiyaya pomidor ixracına icazə verilmiş 227 pomidor ixracı müəssisəsinin ixrac potensialı 385,460 ton, alma ixracına icazə verilmiş 77 müəssisənin ixrac potensialı isə 186,948 ton təşkil edir.
Məhsulların dəmiryolu vasitəsilə daşınmasına verilmiş icazənin müddəti uzadılıb
Xatrıladaq ki, 2021-ci il 11 iyun tarixində AQTA və "Rosselxoznadzor" arasında aparılan danışıqlar nəticəsində 2022-ci il 1 aprel tarixinə qədər pomidor və alma məhsullarının dəmiryolu nəqliyyatı vasitəsilə daşınmasına icazə verilmişdi.
Aparılan danışıqlar, həmçinin son zamanlar Azərbaycandan ixrac olunan məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi Rusiyanın müvafiq qurumu tərəfindən yüksək qiymətləndirilmiş və alma və pomidor məhsullarının 2023-cü ilin 1 yanvar tarixinə qədər dəmiryol vasitəsilə daşınması müsbət həllini tapıb.
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən bu ölkəyə idxal edilən kənd təsərrüfatı məhsullarının yalnız beynəlxalq tələblərə cavab verən konteynerlərlə daşınması tələbi mövcuddur.
Ötən il Azərbaycan Rusiyanın ən böyük pomidor tədarükçüsü olub
Ötən il Azərbaycan MDB ölkələri arasında Rusiyaya ən böyük pomidor tədarükçüsü (130 min ton) və almanın aparıcı ixracatçılarından biri (60,2 min ton) olaraq qalıb.
2020-ci ilin dekabrın 10-dan etibarən Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoymuşdu. Bu barədə qərarı Rosselxoznadzor qəbul etmişdi. Xidmətin məlumatına görə, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkarlanıb və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.