Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan millisi Danimarka yığması ilə qarşılaşacaq

© Sputnik / Murad OrujovQadınlardan ibarət Azərbaycan millisi İspaniya qarşı
Qadınlardan ibarət Azərbaycan millisi İspaniya qarşı - Sputnik Azərbaycan, 1920, 12.04.2022
Abunə olmaq
Komandamız Danimarkanın Viborq şəhərindəki eyniadlı stadionda dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti görüşünə çıxacaq.
BAKI, 12 aprel — Sputnik. Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Komandamız Viborq şəhərindəki eyniadlı stadionda Bakı vaxtı ilə saat 20:00-da Danimarka millisi ilə qarşılaşacaq.
Oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Millimizin yer aldığı E qrupuna 21 xalla Danimarka millisi başçılıq edir. Rusiya 15 xalla ikinci, Monteneqro 9 xalla üçüncü, Bosniya və Herseqovina 7 xalla dördüncü, Malta isə 4 xalla beşinci pillədə yer alıblar. Azərbaycan seçməsi 3 xalla sonuncu – altıncı pillədə qərarlaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0