https://sputnik.az/20220411/yetkinlik-yasina-catmayan-qizlarin-evliliye-celb-olunmasi-arasdirilir-440997892.html
Yetkinlik yaşına çatmayan qızların evliliyə cəlb olunması araşdırılır
Yetkinlik yaşına çatmayan qızların evliliyə cəlb olunması araşdırılır
Sputnik Azərbaycan
Evliliyə cəlb edilmiş azyaşlı qızlarla bağlı rezonans doğurmuş hallar İnsan hüquqları üzrə Müvəkkil tərəfindən nəzarətə götürülüb. 11.04.2022, Sputnik Azərbaycan
2022-04-11T16:22+0400
2022-04-11T16:22+0400
2022-04-11T16:23+0400
qız
ombudsman aparatı
yetkinlik yaşına çatmayan
insan hüquqları üzrə müvəkkil
cəmiyyət
gəncə
https://cdnn1.img.sputnik.az/img/42167/01/421670175_0:0:3068:1727_1920x0_80_0_0_f94789ea92ce274cc081be26abbb2955.jpg
BAKI, 11 aprel — Sputnik. Yetkinlik yaşına çatmayan qızların evliliyə cəlb olunması və hamilə qalması ilə bağlı yayılan məlumat Ombudsman tərəfindən araşdırılır.Bunu Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva deyib.O bildirib ki, Gəncə şəhər və Ağdaş rayon sakini olan yetkinlik yaşına çatmayan qızların evliliyə cəlb olunması və hamilə qalması ilə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayılan məlumat Ombudsman tərəfindən nəzarətə götürülüb.Nigar Ağayeva APA-ya açıqlamasında qeyd edib ki, məsələ ilə bağlı Ombudsman Aparatının əməkdaşları tərəfindən aidiyyatı qurumlarla, həmçinin uşaqların ailə üzvləri ilə əlaqə saxlanılıb. Onların səhhəti, təhsili və hüquqlarının təmini vəziyyəti öyrənilib, ailə ilə maarifləndirici söhbət aparılıb. Hər iki məsələnin araşdırılması və həmin şəxslərin hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə zəruri addımlar atılacaq.Xatırladaq ki, Gəncə Birləşmiş Xəstəxanası Publik Hüquqi Şəxsin Gəncə Perinatal Mərkəzinin baş həkimi Sevda Hüseynovanın verdiyi məlumata görə, Gəncə şəhər sakini D.S. aprelin 9-da saat 00:42-də ağır vəziyyətdə, 40 həftəlik hamiləlik diaqnozu ilə mərkəzə daxil olub. Daxil olan zaman onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün özünü 2003-cü il təvəllüdlü şəxs kimi qeydiyyatdan keçirib. Xəstənin vəziyyəti ağır olduğundan təcili olaraq cərrahiyə əməliyyatına götürülüb. Daha sonra xəstənin məlumatları kompüterə daxil edilən zaman onun 2006-cı il təvəllüdlü olduğu məlum olub. O, bilərəkdən təvəllüdünü gizlədib. Məsələ aydınlaşandan dərhal sonra faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220411/gencede-yeniyetme-usaq-dunyaya-getirib-440992155.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42167/01/421670175_337:0:3068:2048_1920x0_80_0_0_f09884b58388714e3548a33c25886a33.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qız, ombudsman aparatı, yetkinlik yaşına çatmayan, insan hüquqları üzrə müvəkkil, gəncə
qız, ombudsman aparatı, yetkinlik yaşına çatmayan, insan hüquqları üzrə müvəkkil, gəncə
Yetkinlik yaşına çatmayan qızların evliliyə cəlb olunması araşdırılır
16:22 11.04.2022 (Yenilənib: 16:23 11.04.2022) Evliliyə cəlb edilmiş azyaşlı qızlarla bağlı rezonans doğurmuş hallar İnsan hüquqları üzrə Müvəkkil tərəfindən nəzarətə götürülüb.
BAKI, 11 aprel — Sputnik. Yetkinlik yaşına çatmayan qızların evliliyə cəlb olunması və hamilə qalması ilə bağlı yayılan məlumat Ombudsman tərəfindən araşdırılır.
Bunu Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva deyib.
O bildirib ki, Gəncə şəhər və Ağdaş rayon sakini olan yetkinlik yaşına çatmayan qızların evliliyə cəlb olunması və hamilə qalması ilə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayılan məlumat Ombudsman tərəfindən nəzarətə götürülüb.
Nigar Ağayeva APA-ya açıqlamasında qeyd edib ki, məsələ ilə bağlı Ombudsman Aparatının əməkdaşları tərəfindən aidiyyatı qurumlarla, həmçinin uşaqların ailə üzvləri ilə əlaqə saxlanılıb. Onların səhhəti, təhsili və hüquqlarının təmini vəziyyəti öyrənilib, ailə ilə maarifləndirici söhbət aparılıb. Hər iki məsələnin araşdırılması və həmin şəxslərin hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə zəruri addımlar atılacaq.
Xatırladaq ki, Gəncə Birləşmiş Xəstəxanası Publik Hüquqi Şəxsin Gəncə Perinatal Mərkəzinin baş həkimi Sevda Hüseynovanın verdiyi məlumata görə, Gəncə şəhər sakini D.S. aprelin 9-da saat 00:42-də ağır vəziyyətdə, 40 həftəlik hamiləlik diaqnozu ilə mərkəzə daxil olub. Daxil olan zaman onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün özünü 2003-cü il təvəllüdlü şəxs kimi qeydiyyatdan keçirib. Xəstənin vəziyyəti ağır olduğundan təcili olaraq cərrahiyə əməliyyatına götürülüb.
Daha sonra xəstənin məlumatları kompüterə daxil edilən zaman onun 2006-cı il təvəllüdlü olduğu məlum olub. O, bilərəkdən təvəllüdünü gizlədib. Məsələ aydınlaşandan dərhal sonra faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.