https://sputnik.az/20220411/gencede-yeniyetme-usaq-dunyaya-getirib-440992155.html
Gəncədə yeniyetmə uşaq dünyaya gətirib
Gəncədə yeniyetmə uşaq dünyaya gətirib
Sputnik Azərbaycan
Gəncədə evlilyə cəlb olunmuş azyaşlı qızın doğum evinə gedərkən təvəllüdünü səhv göstərdiyi məlum olub. 11.04.2022, Sputnik Azərbaycan
2022-04-11T12:00+0400
2022-04-11T12:00+0400
2022-04-11T14:57+0400
uşaq
cəmiyyət
doğuş
yetkinlik yaşına çatmayan
gəncə
https://cdnn1.img.sputnik.az/img/42146/65/421466515_0:320:3072:2048_1920x0_80_0_0_db991d044969d9a8d75260d1ab58b677.jpg
BAKI, 11 aprel — Sputnik. Gəncə Perinatal Mərkəzi 16 yaşlı qızın ana olması faktına münasibət bildirib.Sputnik Azərbaycan-ın məlumatına görə, Gəncə Birləşmiş Xəstəxanası Publik Hüquqi Şəxsin Gəncə Perinatal Mərkəzinin baş həkimi Sevda Hüseynova açıqlamasında bildirib ki, Gəncə şəhər sakini D.S. aprelin 9-da saat 00:42-də ağır vəziyyətdə, 40 həftəlik hamiləlik diaqnozu ilə mərkəzə daxil olub: "Daxil olan zaman onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün özünü 2003-cü il təvəllüdlü şəxs kimi qeydiyyatdan keçirib. Xəstənin vəziyyəti ağır olduğundan təcili olaraq cərrahiyyə əməliyyatına götürülüb. Daha sonra xəstənin məlumatları kompüterə daxil edilən zaman onun 2006-cı il təvəllüdlü olduğu məlum olub. O, bilərəkdən təvəllüdünü gizlədib. Məsələ aydınlaşandan dərhal sonra faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib".Baş həkim onu da deyib ki, qadın cərrahiyyə əməliyyatı olunub, 4 kq çəkidə, 52 sm boyunda qız uşağı dünyaya gətirib: "Hazırda ananın və körpənin vəziyyəti kafi, stabildir. Həmçinin xəstə Gəncə şəhər sakini olsa da, doğuşu başa çatdırmaq üçün Samux rayonuna müraciət edib. O, Samuxdan həkim müşayiəti ilə bizə daxil olub. Ananın 3-cü dərəcəli piylənməsi var, 110 kiloqram çəkidədir. Yaşı az olmasına baxmayaraq, zahiri görkəmdə 16 yaşı olduğu bilinmir. Ona görə də həkimləri aldatmağa çalışıb".Qeyd edək ki, sözügedən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.Xatırladaq ki, fevralın 4-də Binə qəsəbəsində 15 yaşlı (2006-cı il təvəllüdlü) Nigar Rüstəmova (ad və soyad şərtidir) ev şəraitində doğuş zamanı vəfat etmişdi. Baş Prokurorluq Nigar Rüstəmovanın 1 il əvvəl 29 yaşlı Elvin Məmmədovla (ad və soyad şərtidir) ilə ailə həyatı qurduğunu bildirmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220313/yetkinlik-yasina-catmayan-mehkumlar-ucun-bina-insa-edilib-440053205.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42146/65/421466515_318:0:3049:2048_1920x0_80_0_0_31d44625f5e3f0aa3040203c41187c33.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq, doğuş, yetkinlik yaşına çatmayan, gəncə
uşaq, doğuş, yetkinlik yaşına çatmayan, gəncə
Gəncədə yeniyetmə uşaq dünyaya gətirib
12:00 11.04.2022 (Yenilənib: 14:57 11.04.2022) Gəncədə evlilyə cəlb olunmuş azyaşlı qızın doğum evinə gedərkən təvəllüdünü səhv göstərdiyi məlum olub.
BAKI, 11 aprel — Sputnik. Gəncə Perinatal Mərkəzi 16 yaşlı qızın ana olması faktına münasibət bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Gəncə Birləşmiş Xəstəxanası Publik Hüquqi Şəxsin Gəncə Perinatal Mərkəzinin baş həkimi Sevda Hüseynova açıqlamasında bildirib ki, Gəncə şəhər sakini D.S. aprelin 9-da saat 00:42-də ağır vəziyyətdə, 40 həftəlik hamiləlik diaqnozu ilə mərkəzə daxil olub: "Daxil olan zaman onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün özünü 2003-cü il təvəllüdlü şəxs kimi qeydiyyatdan keçirib. Xəstənin vəziyyəti ağır olduğundan təcili olaraq cərrahiyyə əməliyyatına götürülüb. Daha sonra xəstənin məlumatları kompüterə daxil edilən zaman onun 2006-cı il təvəllüdlü olduğu məlum olub. O, bilərəkdən təvəllüdünü gizlədib. Məsələ aydınlaşandan dərhal sonra faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib".
Baş həkim onu da deyib ki, qadın cərrahiyyə əməliyyatı olunub, 4 kq çəkidə, 52 sm boyunda qız uşağı dünyaya gətirib: "Hazırda ananın və körpənin vəziyyəti kafi, stabildir. Həmçinin xəstə Gəncə şəhər sakini olsa da, doğuşu başa çatdırmaq üçün Samux rayonuna müraciət edib. O, Samuxdan həkim müşayiəti ilə bizə daxil olub. Ananın 3-cü dərəcəli piylənməsi var, 110 kiloqram çəkidədir. Yaşı az olmasına baxmayaraq, zahiri görkəmdə 16 yaşı olduğu bilinmir. Ona görə də həkimləri aldatmağa çalışıb".
Qeyd edək ki, sözügedən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.
Xatırladaq ki, fevralın 4-də Binə qəsəbəsində 15 yaşlı (2006-cı il təvəllüdlü) Nigar Rüstəmova (ad və soyad şərtidir) ev şəraitində doğuş zamanı vəfat etmişdi. Baş Prokurorluq Nigar Rüstəmovanın 1 il əvvəl 29 yaşlı Elvin Məmmədovla (ad və soyad şərtidir) ilə ailə həyatı qurduğunu bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.