Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rusiyanı məğlub etmək üçün Almaniya öz iqtisadiyyatını riskə atır

© AP Photo / Markus SchreiberAlmaniya bayrağı, arxiv şəkli
Almaniya bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Abunə olmaq
Amerikalılar üçün Rusiyanın karbohidrogenlərdən imtina etmək asandır, çünki onların özlərinin kifayət qədər karbohidrogenləri var. Amma enerji çatışmazlığı olan Avropanın vəziyyəti tamam başqa cürdür.
Qərbin Rusiyaya qarşı iqtisadi müharibəsi qaynar fazaya qədəm qoyur. Rəqiblər artıq özlərini tərəfdaş kimi göstərmirlər. Sanksiyalar haqqında vicdanla deyirlər ki, bunlar stinger və panzerfaustlarla eyni silahlardır.
Bizdə hesablardan, Avropadakı evlərdən, sərgilərdəki rəsmlərdən açıq şəkildə pul oğurlanır. Səbirsizliklə növbəti qanlı Ukrayna saxtakarlığını gözləyirlər ki, onunla üst-üstə düşəcək yeni hücum vaxtını təyin etsinlər.
Bu müharibənin əsas razılaşmalarından biri “Böyük Berta”nın iqtisadi analoqu Aİ ölkələrinin ölkəmizdən qaz və neft almaqdan razılaşdırılmış imtinası olmalı idi. Amma sonra nə isə istənilən kimi getmədi. Amerikalılar üçün bizim karbohidrogenlərdən imtina etmək asandır, onların özlərinin kifayət qədər karbohidrogenləri də var. Enerji çatışmazlığı olan Avropa tamam başqa mövqedədir. Əsas riskləri Aİ iqtisadiyyatının lokomotivi - Almaniya daşıyır.
Qərbi Almaniyada elektrotexnika istehsal edən firmanın sahibi Rusiya qazının mümkün dayandırılmasını belə təsvir edir: "Bu, bir neçə ay əvvəl ağlasığmaz bir fəlakət olardı, amma bu gün tamamilə real görünür". O, xüsusi olaraq “Guardian” qəzetinin jurnalistlərindən xahiş edib ki, mətbuatda nə onun adını, nə də şirkətin adını çəkməsinlər. (Şübhəsiz ki, belə bir düşüncə cinayəti - anti-Rusiya sanksiyalarının faydalarına şübhə etməkdir.) İş adamı etiraf etdi ki, Rusiya qazı, eləcə də alüminium və nikeli olmasaydı, onun yüz illik şirkəti dərhal müflis olardı.
“X gün”- almanlar ölkələrinin Rusiya qazını almağı dayandırdığı anı belə adlandırırlar. Almaniya üçün ildə 50 milyard kubmetr qaz, Rusiya üçün gündə iki yüz milyon avro - məsələnin qiyməti budur. Ancaq bu, yalnız başlanğıcdır. Almaniyanın bütün sənayesi təhlükə altında idi, burda nəzərə almaq lazımdır ki, Avropa İttifaqının bütün iqtisadiyyatını irəli çəkən də məhz bu ölkədir.
Tarixin heyrətamiz ironiyası. Əfsanəvi alman korporasiyaları - Krupp və Tissen, Bauer və BASF həm Birinci, həm də İkinci Dünya Müharibələrində uğurla varlandılar. Onların bu müharibələri qızışdırmaqda iştirak etdikləri barədə məşhur bir fikir var – niyə də olmasın, əla biznes imkanıdır.
Alman dövlətinin növbəti məğlubiyyətindən sonra bütün bu korporasiyalar kiçik rebrendinq aparıb top-menecerləri dəyişdirdilər və öz fəaliyyətlərini uğurla davam etdirdilər.
Bəşəriyyət Kruppun istehsal etdiyi silahlardan milyonlarla sovet əsgərinin öldürüldüyünü xatırlamamağa çalışırdı, Bauer isə faşist konsentrasiya düşərgələrində insanlar üzərində aparılan təcrübələri maliyyələşdirirdi. Bunlar həyatın xırdalıqları idi. Lakin Almaniyanın ən böyük korporasiyaları heç vaxt Rusiyaya qarşı iqtisadi müharibədə indiki qədər risk etməmişdilər.
Almaniyada Rusiyadan qaz nəqlinin kəsiləcəyi təqdirdə artıq üç fəaliyyət planı hazırlanıb. Onların hər birində enerji təchizatı üçün üstünlük xəstəxanalara və əczaçılıq istehsalına verilir. Sonra yaşayış binaları gəlir - almanlar Ukrayna naminə donacaqlar, amma yenə də ölənə qədər deyil. Biznesin qaz təchizatı isə hamıdan əvvəl kəsiləcək. Bütün bunların nəticəsi necə olacaq?
İstehsalat iflas edəcək, milyonlarla insan işini itirəcək. Bütün bunlar enerji, ərzaq və mənzil kirayəsi qiymətlərinin sürətlə artması fonunda baş verir. Nəzakətlə desək, Avropanın ən böyük iqtisadiyyatını tənəzzül gözləyir. BASF-in rəhbəri Martin Brudermüller Guardian-a verdiyi açıqlamada, "Düzünü desəm, bu, İkinci Dünya Müharibəsindən bəri ən pis böhrana gətirib çıxara və bizim rifahımıza son qoya bilər" – deyə etiraf edir.
Nə etməli, Rusiya burada öz vunderwaffe-dən istifadə edə və almanları gözləmədən onlara verdiyi qazı kəsə bilər. Bu artıq Dövlət Dumasında tələb olunur. Bu, Almaniya üçün nə demək olacaq?
Təbii ki, müflis olan sahibkarlar, işini itirmiş almanlar tezliklə küçələrə axışacaqlar. Orada isə bu almanları ukraynalı qaçqınlar gözləyəcək, onlara nə üçün aclıqdan ölmək və donmaq lazım olduğunu izah edəcəklər. Əgər onlar bunun öhdəsindən gəlməsələr, təhlükəsizlik qüvvələri müdaxilə edəcək. Polis itləri, su şırnaqları, gözyaşardıcı qaz - son illərdə Avropada istənilən, hətta ən böyük nümayişləri dağıtmaq üçün, necə lazımdır, təlim keçirilib. Vətəndaşların küçəyə burnunu çıxarmaması üçün etirazlar amansızcasına boğulacaq.
Vəziyyət Afrika və Asiyadan olan qeyri-qanuni mühacirlərin qaçılmaz “payız çağırışı” ilə mürəkkəbləşəcək. Aclıq təhlükəsi ilə üz-üzə qalaraq, onlar qonaqpərvər Avropaya, ilk növbədə Almaniyaya qaçacaqlar. Bu o deməkdir ki, almanlar onlarla da bölüşmək məcburiyyətində qalacaqlar - həm ərzaq talonlarını, həm də işsizlik müavinətlərini. Və əgər kimsə onlara etiraz etmək istəsə, miqrantlar özləri onun dərsini verəcəklər. Onlar üçün bu, sadə bir məsələdir.
Almaniya hökuməti bir müddət xalqın qəzəbinin alovunu pulla söndürə biləcək. Lakin mətbəə 2020-ci ildən tam gücü ilə işləyir, avro zonasında inflyasiya artıq bütün rekordları qırır. Bir ildən sonra bu valyuta nəyə çevriləcək?
Alman siyasətçilərindən heç bir tələbin olmadığı aydındır. Onlar Vaşinqtondan gələn əmrləri dəqiq yerinə yetirirlər. Bəs dünya iqtisadiyyatının gözəlliyi və qüruru olan əfsanəvi alman biznesi niyə susur? Onun kapitanları artıq “Şimal axını 2”ni təhvil veriblər, indi isə onlar sadəcə anlaşılmaz nəsə mızıldanırlar.
Məsələ ondadır ki, alman bizneslərinin böyük bir hissəsinin ABŞ-da satış bazarı var. Bununla manipulyasiya edərək, Vaşinqton alman kapitalistlərindən hər şeyi tələb edə bilər - hətta özlərini öldürməyi belə. Bu, dünyanın ən zəngin bazarıdır, faydaları göz qabağındadır. Almanlar dişlərini sıxaraq Rusiyadan çıxa bilərlər, lakin amerikalı istehlakçını itirmək çoxları üçün ölümə bərabərdir.
Almanların daha bir ümidi köhnə “kök quruyanda arıq ölür” məsəlidir. Burada məhz Rusiyanı “arıq” təyin ediblər. İqtisadiyyatımızın Almaniyadan əvvəl dağılacağı hesalanıb. Karbohidrogen ehtiyatlarının digər alıcılara yönləndirilməsi böyük yeni investisiyalar tələb edəcək. Qiymətlərin artması və işsizlik sosial təlatümlərə səbəb olacaq.
Ən cazibədar alman xəyallarında iqtisadi müharibə nəticəsində Rusiya parçalanacaq, nüvə arsenalını təslim edəcək və sonra bu qədər arzu olunan rus qazı (eləcə də neft və nikel, alüminium və almaz) ümumiyyətlə, "pulsuz, yəni bir növ hədiyyə kimi” Almaniyaya gedəcək. Bax, buna, necə lazımdır bir mükafat deyərəm, uğrunda mübarizə aparmağa dəyər! Evlərdə donmaq, duşda yuyunmamaq, mal ətindən çəyirtkəyə keçmək.
Təsadüfi deyil ki, Avropa əhalisinə uzun müddətdir qorxunc qız Qreta Tunberqin köməyi ilə təlim keçiblər. Gündə iki dəfə yemək, həftədə bir dəfə çimmək, müştərək məkanlarda yaşamaq, yalnız velosiped sürmək haqqında bütün bu möhtəşəm layihələri xatırlayırsınız? Bəli, bəli, bu, həmin o "Böyük yenidən yüklənmədir". Onun təyinatı qlobal istiləşməyə qarşı mübarizə idi. Bu gün isə məlum olur ki, bu qızıl milyard Rusiya ilə döyüşmək üçün hazırlanıb.
İşdən sonra isidilməmiş mənzilə gəlib şam yeməyinə soya əti bişirmək, əslində, çox üzücüdür. Bu şəraitdə adi byurqeri dəstəkləyə biləcək yeganə şey ruslara nifrətdir. Və məhz bu, doktor Gebbelsin ən yaxşı göstərişlərinə əsasən, bu gün Avropa mediası tərəfindən Avropa TMK-larının nəzarəti altında həyata keçirilir.
Məşhur alman konsernlərinin sahibləri öz həmvətənlərini iqtisadi müharibənin ocağına ataraq, həmişə olduğu kimi, arxalarında gizlənmək arzusundadırlar. Bəli, Almaniyada kiçik və orta biznes Rusiyadan gələn qazın dayandırılmasından sonra praktiki olaraq məhvə məhkumdur. Lakin korporasiyaların fərqli təhlükəsizlik ehtiyatları var. Onlar xərclərin artımını öz istehlakçılarına ötürməyi planlaşdırırlar. Bəs bu korporasiyalar qiymət etiketlərini nə vaxta qədər qaldıra biləcəklər və bu, onların tamamilə məhv olması ilə nəticələnməyəcəkmi?
Əslində qarşımızda cərəyan edən iqtisadi “Stalinqrad” heç də ölkələr arasında qarşıdurma deyil, iki dəyərin toqquşmasıdır. Şərti olaraq desək, qaz dollara qarşı və ya resurslar valyutaya qarşı mübarizə aparır.
Almaniya Rusiyaya qarşı belə bir qarşıdurmanın kimyəvi cəhətdən təmiz nümunəsidir. Rusiya resurslarla çox yaxşı işləyir. Lazım olsa, özümüzü həm yedirib, həm isinəcəyik. Bəli, nələrdənsə yan keçmək gərək olur. Amma 2014-cü ildə yadımdadır, ölkədə xamonla bağlı dəhşətli qıtlıq var idi. Nə olsun ki? Xamon olmadan birtəhər yaşamadıq? İşlərin necə gedəcəyini görəcəyik, amma, hələ ki, hər şey yaxşıdır.
Almaniyadakı iqtisadiyyat, çox güman ki, son yarım əsrdə bizə nümunə olaraq verilən iqtisadiyyatdır. Yüksək texnologiya, sənaye istehsalı, xidmətlər, hər şey çox gözəldir. Bircə çətinlik var – bu, güclü enerji çatışmazlığıdır. Klapan çevrilərsə - bütün bu mürəkkəb, çoxəsrlik tikinti kartlardan tikilmiş ev kimi dağılacaq və digər Avropa ölkələrinin iqtisadiyyatını öz ardınca sürükləyəcək.
“Stalinqrad” təbii ki, sadəcə metaforadır. Lakin iqtisadi müharibədəki döyüşlər İkinci Dünya Müharibəsinin ən pis döyüşlərindən daha çox insanı öldürə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.04.2022
RUSİYA
Almaniya Rusiya qazından imtina etsə, nə olacaq? - “Bosch” rəhbəri açıqladı
Xəbər lenti
0