https://sputnik.az/20220410/almaniya-rusiya-qazindan-imtina-etse-ne-olacaq---bosch-rehberi-aciqladi-440975962.html
Almaniya Rusiya qazından imtina etsə, nə olacaq? - “Bosch” rəhbəri açıqladı
Almaniya Rusiya qazından imtina etsə, nə olacaq? - “Bosch” rəhbəri açıqladı
Sputnik Azərbaycan
Bosch” şirkətinin rəhbəri Stefan Hartunq bildirib ki, Rusiya qazından imtina istehsalın dayanmasına gətirib çıxaracaq və Almaniyanın iqtisadi gücünü məhv etmək... 10.04.2022, Sputnik Azərbaycan
2022-04-10T16:15+0400
2022-04-10T16:15+0400
2022-04-10T18:31+0400
rusiya
qaz
almaniya
netflix şirkəti
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427937636_0:0:3068:1727_1920x0_80_0_0_8c502ffc81a1a13809198b02e7bb06cf.jpg
BAKI, 10 aprel - Sputnik. Rusiya qazından imtina Almaniyanın iqtisadi gücünü məhv edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Bosch” şirkətinin rəhbəri Stefan Hartunq bildirib.“Bosch” rəhbəri qeyd edib ki, Almaniyanın Rusiya qazından imtina etməsi “Bosch” fabriklərində istehsalın dayanmasına gətirib çıxaracaq və Almaniyanın iqtisadi gücünü məhv etmək təhlükəsi yaradacaq.“Şirkət enerji ehtiyacının 20 faizini qaz hesabına ödəyir. Berlinin Rusiyanın enerji resurslarından imtina etməsi tədarük zəncirini pozacaq”, - Hartunq əlavə edib.O, Rusiyanın mavi yanacağından imtina edilməsinə qarşı çıxış edərək, əks halda ölkənin "iqtisadi gücünün sənaye əsasının" məhv edilə biləcəyini deyib.Aprelin 7-də Avropa Parlamenti Rusiyanın enerji mənbələrindən tamamilə imtina etməyə çağıran qətnamə qəbul edib. Deputatların fikrincə, Aİ enerji təhlükəsizliyi üçün aydın strategiya təqdim etməlidir.Köln Almaniya iqtisadiyyatı institutunun direktoru Mixael Hüter düşünür ki, birdən-birə Rusiya qazından imtina ölkədə istehsalatın xeyli hissəsinin dayanmasına gətirib çıxaracaq.“Bu, haradasa iki il yarımlıq bir müddətdə əsas sahələrdə istehsalın dayandırılması deməkdir”, - deyə o, Welt am Sonntag qəzetinə bildirib.Alman ekspertin fikrincə, istehsalat bir il və ya daha çox müddətə dayanarsa, sonradan subsidiya və müavinatlar hesabına vəziyyəti düzəltmək mümkün olmur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220410/qazprom-avropaya-qaz-tedaruku-ile-bagli-qerarini-aciqladi-440974619.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427937636_337:0:3068:2048_1920x0_80_0_0_7294a97b87c6fa671418ee3f4fca363f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qaz, almaniya, netflix şirkəti
qaz, almaniya, netflix şirkəti
Almaniya Rusiya qazından imtina etsə, nə olacaq? - “Bosch” rəhbəri açıqladı
16:15 10.04.2022 (Yenilənib: 18:31 10.04.2022) Bosch” şirkətinin rəhbəri Stefan Hartunq bildirib ki, Rusiya qazından imtina istehsalın dayanmasına gətirib çıxaracaq və Almaniyanın iqtisadi gücünü məhv etmək təhlükəsi yaradacaq.
BAKI, 10 aprel - Sputnik. Rusiya qazından imtina Almaniyanın iqtisadi gücünü məhv edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Bosch” şirkətinin rəhbəri Stefan Hartunq bildirib.
“Bosch” rəhbəri qeyd edib ki, Almaniyanın Rusiya qazından imtina etməsi “Bosch” fabriklərində istehsalın dayanmasına gətirib çıxaracaq və Almaniyanın iqtisadi gücünü məhv etmək təhlükəsi yaradacaq.
“Şirkət enerji ehtiyacının 20 faizini qaz hesabına ödəyir. Berlinin Rusiyanın enerji resurslarından imtina etməsi tədarük zəncirini pozacaq”, - Hartunq əlavə edib.
O, Rusiyanın mavi yanacağından imtina edilməsinə qarşı çıxış edərək, əks halda ölkənin "iqtisadi gücünün sənaye əsasının" məhv edilə biləcəyini deyib.
Aprelin 7-də Avropa Parlamenti Rusiyanın enerji mənbələrindən tamamilə imtina etməyə çağıran qətnamə qəbul edib. Deputatların fikrincə, Aİ enerji təhlükəsizliyi üçün aydın strategiya təqdim etməlidir.
Köln Almaniya iqtisadiyyatı institutunun direktoru Mixael Hüter düşünür ki, birdən-birə Rusiya qazından imtina ölkədə istehsalatın xeyli hissəsinin dayanmasına gətirib çıxaracaq.
“Bu, haradasa iki il yarımlıq bir müddətdə əsas sahələrdə istehsalın dayandırılması deməkdir”, - deyə o, Welt am Sonntag qəzetinə bildirib.
Alman ekspertin fikrincə, istehsalat bir il və ya daha çox müddətə dayanarsa, sonradan subsidiya və müavinatlar hesabına vəziyyəti düzəltmək mümkün olmur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.