https://sputnik.az/20220313/yetkinlik-yasina-catmayan-mehkumlar-ucun-bina-insa-edilib-440053205.html
Yetkinlik yaşına çatmayan məhkumlar üçün bina inşa edilib
Yetkinlik yaşına çatmayan məhkumlar üçün bina inşa edilib
Sputnik Azərbaycan
O bildirib ki, 840 məhkum isə məhkəmə qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisinə keçirilib. 13.03.2022, Sputnik Azərbaycan
2022-03-13T20:41+0400
2022-03-13T20:41+0400
2022-03-13T20:41+0400
məhkum
azərbaycan xəbərləri
ədliyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0a/424641201_0:0:3077:1731_1920x0_80_0_0_aa92aa47c62bbf4fe5cb3b01b60c36b6.jpg
BAKI, 13 mart — Sputnik. Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni bina inşa olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova jurnalistlər üçün keçirilən brifinqdə belə deyib.A.Sabitova qeyd edib ki, standartlara uyğun inşa edilən binanın tikintisi tam başa çatıb:"Binada yetkinlik yaşına çatmayan məhkumlara psixoloji xidmətlər üçün şərait yaradılıb. Yaxın günlərdə bina istifadəyə veriləcək, yetkinlik yaşına çatmayan məhkumlar ora köçürüləcək".Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov vaxtından əvvəl cəzadan azad olunanlar haqda danışıb, bildirib ki, iki ildə 3560 məhkum vaxtından əvvəl cəzadan azad olunub.O bildirib ki, 840 məhkum isə məhkəmə qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisinə keçirilib.“Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin rəhbəri Səadət Bənənyarlı isə vurğulayıb ki, Amnistiya Aktı tətbiq edilənlərdən 735-i qadın, 45-i yetkinlik yaşına çatmayan, 491-i isə 60 yaşına çatan şəxslər olub. Hüquq müdafiəçisi qeyd edib ki, cinayət törədən qadınların sayı artıb".O bildirib ki, həbsdə olan gənc qızların bəziləri peşə təhsili belə almayıblar:"Daha çox məişət zəminində törədilən halların sayı çoxalsa da, narkotiklə bağlı cinayətlərin sayı azalıb. Narkotiklə bağlı sayların azalmasına səbəb sərhədlərin bağlı olmasıdır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220311/efv-serencami-alti-mine-yaxin-mehbusa-samil-edilib-440049022.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0a/424641201_125:0:2854:2047_1920x0_80_0_0_e3a6e5e931bb4d662ebfdfbcd4d93d3b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
yetkinlik yaşına çatmayan məhkumlar üçün bina inşa edilib
yetkinlik yaşına çatmayan məhkumlar üçün bina inşa edilib
Yetkinlik yaşına çatmayan məhkumlar üçün bina inşa edilib
O bildirib ki, 840 məhkum isə məhkəmə qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisinə keçirilib.
BAKI, 13 mart — Sputnik. Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni bina inşa olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova jurnalistlər üçün keçirilən brifinqdə belə deyib.
A.Sabitova qeyd edib ki, standartlara uyğun inşa edilən binanın tikintisi tam başa çatıb:
"Binada yetkinlik yaşına çatmayan məhkumlara psixoloji xidmətlər üçün şərait yaradılıb. Yaxın günlərdə bina istifadəyə veriləcək, yetkinlik yaşına çatmayan məhkumlar ora köçürüləcək".
Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov vaxtından əvvəl cəzadan azad olunanlar haqda danışıb, bildirib ki, iki ildə 3560 məhkum vaxtından əvvəl cəzadan azad olunub.
O bildirib ki, 840 məhkum isə məhkəmə qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisinə keçirilib.
“Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin rəhbəri Səadət Bənənyarlı isə vurğulayıb ki, Amnistiya Aktı tətbiq edilənlərdən 735-i qadın, 45-i yetkinlik yaşına çatmayan, 491-i isə 60 yaşına çatan şəxslər olub. Hüquq müdafiəçisi qeyd edib ki, cinayət törədən qadınların sayı artıb".
O bildirib ki, həbsdə olan gənc qızların bəziləri peşə təhsili belə almayıblar:
"Daha çox məişət zəminində törədilən halların sayı çoxalsa da, narkotiklə bağlı cinayətlərin sayı azalıb. Narkotiklə bağlı sayların azalmasına səbəb sərhədlərin bağlı olmasıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.