https://sputnik.az/20220411/elman-rustemov-merkezi-bankin-sedri-vezifesinden-cixarilir-440994973.html
Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən çıxarılır
Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən çıxarılır
Sputnik Azərbaycan
Elman Rüstəmovun 27 illik Azərbaycanın "baş bankir"i statusu sona çatmaq üzrədir. 11.04.2022, Sputnik Azərbaycan
2022-04-11T15:15+0400
2022-04-11T15:15+0400
2022-04-11T15:19+0400
iqtisadiyyat
bank
amb
elman rüstəmov
https://cdnn1.img.sputnik.az/img/40384/38/403843815_0:0:1800:1014_1920x0_80_0_0_3f0121042b59578e1173bc5870ca552f.jpg
BAKI, 11 aprel - Sputnik. Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.Report xəbər verir ki, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.Elman Rüstəmov 1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı (hazırkı Mərkəzi Bank) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdi.Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya qısaca AMB — Azərbaycan Respublikasının mərkəzi bankıdır.Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur.Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Fərmanı ilə Azərbaycan Respublikasının Milli Bankı yaradılmışdır. Fərmanın qüvvəyə mindiyi gün (12 fevral tarixi) Bankın yaradılması günü kimi qeyd edilir.Dövlətin mərkəzi bankı funksiyasının həyata keçirilməsi bankın adına da yenidən baxılmasını şərtləndirmiş və "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə o, "Azərbaycan Respublikasının Mərkəzi Bankı" kimi adlandırılmışdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20211219/maaslar-da-qalxdi-amb-nin-ucot-dereceleri-de---heftelik-icmal-437377892.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40384/38/403843815_200:0:1800:1200_1920x0_80_0_0_213e3553560b225b3e2f0b9c7faee111.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bank, amb, elman rüstəmov
bank, amb, elman rüstəmov
Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən çıxarılır
15:15 11.04.2022 (Yenilənib: 15:19 11.04.2022) Elman Rüstəmovun 27 illik Azərbaycanın "baş bankir"i statusu sona çatmaq üzrədir.
BAKI, 11 aprel - Sputnik. Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.
Report xəbər verir ki, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.
Elman Rüstəmov 1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı (hazırkı Mərkəzi Bank) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdi.
Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya qısaca AMB — Azərbaycan Respublikasının mərkəzi bankıdır.
Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Fərmanı ilə Azərbaycan Respublikasının Milli Bankı yaradılmışdır. Fərmanın qüvvəyə mindiyi gün (12 fevral tarixi) Bankın yaradılması günü kimi qeyd edilir.
Dövlətin mərkəzi bankı funksiyasının həyata keçirilməsi bankın adına da yenidən baxılmasını şərtləndirmiş və "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə o, "Azərbaycan Respublikasının Mərkəzi Bankı" kimi adlandırılmışdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.