https://sputnik.az/20211219/maaslar-da-qalxdi-amb-nin-ucot-dereceleri-de---heftelik-icmal-437377892.html
Maaşlar da qalxdı, AMB-nin uçot dərəcələri də - Həftəlik icmal
Maaşlar da qalxdı, AMB-nin uçot dərəcələri də - Həftəlik icmal
Sputnik Azərbaycan
Daxili bazarda kərə yağının qiymətinin artımına yol verilməməsi üçün kərə yağının idxalına qoyulan rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılıb.
2021-12-19T12:00+0400
2021-12-19T12:00+0400
2021-12-19T12:07+0400
manat
cəmiyyət
iqtisadi
yarmarka
maaş
artım
kərə yağı
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268510_0:0:2000:1125_1920x0_80_0_0_0e4870c47f038695a898611c7bb637db.jpg
BAKI, 17 dekabr — Sputnik. Bu həftə Azərbaycanda baş verən maraqlı iqtisadi hadisələri oxucuların diqqətinə çatdırırıq. Yola saldığımız həftədə minimum əməkhaqqının, maaşların artırılması, uçot dərəcəsinin qaldırılması, sahibkarlara subsidiya verilməsi və digərləri mühüm məsələlərdəndir.Minimum əməkhaqqı artırıldıPrezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.Sərəncama əsasən, minimum əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib.Nazirlər Kabinetinə tapşırılıb ki, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.Minimum əməkhaqqı artımı 800 min nəfərə şamil olunacaqDövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək.Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq.Qeyd edək ki, indiyədək Azərbaycanda minimum əməkhaqqı 250 manat olub.Bir sıra büdcə təşkilatlarında çalışanların maaşları qalxıbPrezident İlham Əliyev "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20 % artırılır:Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı, Heydər Əliyev Mərkəzi, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və s.Təhsil işçilərinin əməkhaqları artırılıbPrezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında" Sərəncam imzalayıb.Sərəncamla 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 %, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 % artırılır.Peşə məktəblərində çalışanların maaşı artırılıbPrezident İlham Əliyev dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb.Mərkəzi Bank uçot dərəcəsini qaldırdıAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini yüksəldilməsi haqda qərar qəbul edib.Uçot dərəcəsi 7%-dən 7,25%-ə, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8%-dən 8,25%-ə yüksəldilib.İnflyasiya təzyiqləri son vaxtlar qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır. Dünya bazarında birja məhsulları qiymətlərinin və ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, təchizat zəncirində qırılmalar və daşınma xərclərinin artımının təsirləri gözlənildiyindən daha əhəmiyyətli və davamlı xarakter alır. Daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının inflyasiya proseslərinə təsiri davam etməkdədir. Qeyd olunan amillər qiymət gözləntilərini yüksəltməklə inflyasiyanın hədəf ətrafında lövbərləşməsini mürəkkəbləşdirir.İnflyasiyanın dinamikasının formalaşmasında monetar amillərin rolu əhəmiyyətli aşağıdir. Valyuta bazarında tarazlıq qiymətlər sabitliyinin əsas lövbərini gücləndirir və xarici mənşəli inflyasiyanı əhəmiyyətli dərəcədə neytrallaşdırır.Monetar şəraitin sərtləşdirilməsi ilə bağlı qərarlar monetar amillərin inflyasiya üzərində balanslaşdırıcı təsirlərini gücləndirir.İnflyasiyanın risk balansında dəyişikliklər və iqtisadiyyatın ortamüddətli dövrdə perspektivləri nəzərə alınacaqFaiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar ortamüddətli dövrə makroiqtisadi proqnozlar və inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək. Pul siyasətinə dair adekvat qərarlar verə bilmək üçün Mərkəzi Bank bundan sonra da inflyasiyanın xərc və təklif amillərini sıx monitorinq edəcək, dünya və ölkə iqtisadiyyatlarının müxtəlif ssenarilərdə inkişaf proqnozlarını nəzərdən keçirəcək.Sərnişindaşıma ilə məşğul olan sahibkarlara subsidiya verilirSubsidiya təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25%-i həcmində, lakin müntəzəm şəhərdaxili (rayondaxili) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 6,7%-dən, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 8,3%-dən, müntəzəm şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 7,5%-dən çox olmamaqla hesablanır.Vergi ödəyiciləri tələb olunan sənədləri vergi orqanına təqdim etməlidirlərVergi ödəyiciləri istifadə olunan dizel yanacağına görə subsidiyanın verilməsi ilə bağlı dəstək proqramından yararlanmaq üçün qeydiyyatda olduqları vergi orqanlarına müraciət etməlidirlər. Bu zaman vergi ödəyiciləri subsidiya məbləğinin köçürüləcəyi bank hesabı barədə məlumatları, avtobusların yanacaq sərfi üzrə texniki göstəricilərini (texniki pasportlar), səlahiyyətli orqanlar tərəfindən verilmiş marşrut pasportunun elektron surətini, bank əməliyyatlarına dair məlumatı (bank çıxarışları) vergi orqanına təqdim etməlidirlər.Daşıyıcıların müraciətinə 20 gün müddətində baxılır. Dövlət Vergi Xidməti təqdim olunan elektron məlumatlar əsasında müraciətlərə baxaraq ödəniləcək subsidiyanın məbləğini müəyyən edir. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların 5 iş günündən gec olmayaraq müddətdə aradan qaldırılması üçün daşıyıcılara 3 iş günü ərzində məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ödəniləcək subsidiyanın məbləği müəyyən edilir.Dövlət Vergi Xidməti hər ayın 25-dək icmallaşdırılmış məlumatlar əsasında subsidiyanın ödənilməsi ilə bağlı uyğun ödəniş sifarişini Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edəcək. Agentlik 2 iş günü müddətində ödəniş sifarişi əsasında subsidiya məbləğlərinin daşıyıçıların bank hesablarına köçürülməsini həyata keçirəcək.Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dolları keçibTədiyə balansının profisitli olması ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. Cari ilin 11 ayında strateji valyuta ehtiyatları 4.4% (2.2 mlrd. ABŞ dolları) artaraq 53 mlrd. ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10.2% artaraq 7 mlrd. ABŞ dollarını üstələyib. Cari meyillərin davam etməsi halında 2022-ci ildə də tədiyə balansında əhəmiyyətli profisit gözlənilir.Rusiya Qarabağa sərmayə qoymağa hazırdırRusiya şirkətləri Qarabağın bərpasında iştirak etmək üçün Azərbaycana 13 təklif paketi təqdim edib. Bunu Bakıda, ADA Universitetində "İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" mövzusunda keçirilən konfransda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas ticarət tərəfdaşı olaraq qalır və qarşılıqlı ticarətin artım tempinin daha da yüksələcəyi gözlənilir. Mustafayev bunun üçün bütün ilkin şərtlərin mövcud olduğunu bildirib."Rusiyanın Azərbaycana yatırdığı sərmayələrin həcmi 6 milyard dollar təşkil edib ki, bunun da 4,5 milyard dolları birbaşa investisiyalardır. Rusiya iqtisadiyyatına Azərbaycanın birbaşa investisiyaları isə 1,2 milyard dollar təşkil edir. Azərbaycanda Rusiya kapitallı 1100-dən çox şirkət qeydiyyatdan keçib", - deyə Mustafayev vurğulayıb.Konfransda iştirak edən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə Azərbaycanın Rusiyaya 1,5 milyard dollar həcmində investisiya yatırdığı barədə məlumat verib."Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası çərçivəsində də Bakı ilə Moskva arasında əməkdaşlıq üçün yeni imkanlar açılır", - deyə Mustafayev vurğulayıb."Rusiyanın təkliflərinə əsaslanan 13 layihədən ibarət paket də var. Bundan başqa, Cəbrayılda xidmət mərkəzi açan KAMAZ-ın timsalında Rusiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyətinə dair konkret nümunə də var", - deyə o vurğulayıb.Azərbaycan Baş nazirinin müavini onu qeyd edib ki, son iki ildə dünya ictimaiyyəti və bütövlükdə region bir sıra ciddi problemlərlə - pandemiya, silahlı münaqişələr, enerji daşıyıcılarının qiymətlərinin ucuzlaşması ilə üz-üzə qalıb."Bununla belə, yeni reallıqlar yeni imkanlar açdı və bizi əməkdaşlığın yeni formalarına yenidən nəzər salmağa, əlavə inkişaf nöqtələri tapmağa sövq etdi", - deyə Mustafayev bildirib.Azərbaycanla Rusiya arasında əməkdaşlığın yeddi yol xəritəsi varŞahin Mustafayev onu da deyib ki, Azərbaycanla Rusiya arasında əməkdaşlığın yeddi yol xəritəsi var və onların üzərində iş uğurla davam etdirilir."Biz qarşıya qoyduğumuz məqsədlərə nail oluruq", - deyə Baş nazirin müavini vurğulayıb.O xatırladıb ki, 2020-ci ildə koronavirus səbəbindən Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bir qədər azalıb. Bununla belə, 2021-ci ilin 10 ayı ərzində 7% və ya 2,350 milyard dollara qədər artıb.Daha 3 müəssisəsinin Rusiyaya pomidor və alma ixracına icazə verilibRusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") dekabrın 17-dən etibarən Azərbaycanın daha 3 müəssisəsinə Rusiyaya pomidor və alma tədarük etməyə icazə verib. Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 141 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.Bu günədək Azərbaycanın 214 müəssisəsindən və 1 kooperativdən pomidor, 79 müəssisədən isə Rusiyaya alma ixracına icazə verilib.Deputatlardan narazılıq: AZAL-ın qiymət siyasəti turistlərin gəlişinə mane olurMilli Məclisin iclasında deputat Hikmət Babaoğlu deyib ki, turizm hər şeydən öncə mədəniyyət hadisəsi, mədəniyyət mübadiləsidir.Odur ki, turizmdə mədəni irsimizi təqdim etməyi bacarmalıyıq: "Bu gün turizmin inkişafı üçün işğaldan azad edilmiş ərazilərin timsalında böyük potensial var. Əsas məsələ burada olan abidələrin necə təqdim ediləcəyidir. Yaxşı olardı ki, Turizm Agentliyi bu sahədə işlərə başlasın".Deputat Aqil Abbas isə söz alaraq Naxçıvanda artıq kənd turizmi sahəsində işlərə başlanıldığını və nailiyyətlərin əldə olunduğunu qeyd edib. Lakin AZAL-ın təyyarə biletlərini baha satmasına irad bildirib:"AZAL qiymətləri endirəcəkmi? Yox, endirməyəcək. Artıq İrəvandan İstanbula reys açılır, bizim pulla 80 manat. Mən də gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum".Deputat qeyd edib ki, bu məsələyə ciddi şəkildə baxılmalıdır."Deputatların bu gün burda dediyi qalır havada. Sözümüzün havada qalmaması üçün bəlkə bu məsələyə qayıtmayaq, AZAL qiymətləri qaldıra-qaldıra getsin? AZAL-ın bu qədər pulu var, Allahın bir futbol komandasını da saxlaya bilmədi. Dünən Prezident İlham Əliyev "Qarabağ" futbol klubunu qəbul etdi, dedi ki, niyə Azərbaycanın bir futbol klubu olmalıdır? İş adamları pul ayırmır. Digər tərəfdən, qiymətlər çox bahadır. Hotellərdə bir gecə, iki gün qalmaq üçün mənim 1 aylıq maaşım qədər pul verməlisən. Qiymət məsələsi birdəfəlik həll olunmalıdır. Xahiş edirəm, Sahibə xanım, özünüz Milli Məcisin sədri kimi bu işə qarışın", - deyə Aqil Abbas əlavə edib.Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə deyib ki, son illərdə aparılan islahatlara baxmayaraq, hələ də mühafizəkar viza rejimi ölkədə turizmin inkişafına maneə olaraq qalmaqdadır. Azərbaycana yalnız 10 ölkədən xarici vətəndaş vizasız gələ bildiyi halda, Gürcüstana 100-ə yaxın, Özbəkistana 80-dən çox, Qazaxıstana 70-dən çox, Türkiyəyə isə 90-dan çox ölkədən əcnəbilər vizasız gələ bilərlər.Musa Quliyevin sözlərinə görə, təyyarə biletlərinin baha olması da turistlərin gəlişinə maneədir. Sərfəli olmayan bazar şərtləri aşağı büdcəli hava yolu şirkətlərinin cəlb olunmasına, uçuş istiqamətlərinin şaxələndirilməsinə və uçuş reyslərinin sayının artmasına maneə yaradır. Eyni zamanda, Azərbaycanda beynəlxalq statuslu regional hava limanları mövcud olsa da, birbaşa hava əlaqələrinin qurulmasında onlardan səmərəli istifadə edilmir."Üçüncü səbəb quru sərhəd-keçid infrastrukturunun turistlər üçün əlverişli olmamasıdır. Turist məmnunluğunun yaxşılaşdırılması, qonşu ölkələrdən gələn turist sayının artırılması məqsədilə quru sərhəd-keçid məntəqələrində viza verilməsi işinin təşkilinə, gözləmə rejiminin azaldılmasına, infrastrukturun təkmilləşdirilməsinə, keçid prosedurların optimallaşdırılmasına, habelə əlavə resursların cəlb olunmasına ehtiyac var", - deyə Quliyev bildirib.O əlavə edib ki, ölkəmizdə indiyədək turizm sahəsinə 2 milyard dollardan artıq vəsait qoyulub.Qeyd edək ki, Milli Məclisdə "Turizm haqqında" yeni qanun layihəsi müzakirə edilir. Bu qanun Azərbaycanda turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.Turoperator və turagentlər turistlərin getdiyi ölkənin (yerin) qanunvericiliyi ilə tələb edildiyi halda, habelə gəlmə turizm sahəsində formalaşdırdıqları turizm zərfləri çərçivəsində turistlərin səfər sığortası ilə təmin edilmələri üçün zəruri tədbirlər görməlidirlər. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.Nazirlər Kabineti kərə yağının qiymətinin artmaması üçün qərar qəbul edibXarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərar daxili bazarda kərə yağının qiymətinin artımına yol verilməməsi üçün kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına tətbiq olunan rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması məqsədilə qəbul edilib.Qərarın qəbul edilməsi ilə kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalı üzrə rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması nəticəsində istehlak qiymətlərində sabitliyin təmin olunması və kərə yağı məhsulları ilə təminatın səviyyəsinin qorunub saxlanılması proqnozlaşdırılır.Qeyd edək ki, kərə yağı ən çox istifadə olunan məhsullardandır. Xüsusilə azərbaycanlılar qida rasionunda, mətbəxdə geninə-boluna kərə yağı işlətməyi sevirlər. Yəqin, bu səbəbdəndir ki, bazarın işbazları da çoxdur. Hazırda ölkənin dükan və marketlərində 50-dən çox çeşiddə kərə yağı satılır. Bu əmtəələrdən hansının təmiz kərə yağı olmasını müəyyən etməksə alıcı üçün həmişə çətin iş olaraq qalır. Bəs kərə yağının təbii və təmiz olduğunu necə anlamaq olar?Kərə yağının qüsurlu olması özünü daha çox onun dadında, qoxusunda, xarici görünüşündə, konsistensiyasında, rəngində büruzə verir. Bu qüsurların bəziləri istehsal prosesi zamanı, bəziləri isə saxlanma müddətində yaranır. Ekspertlər deyirlər ki, inək südündən hazırlanmış təbii yağı ilk növbədə onun qiymətinə əsasən müəyyən etmək olur. Bu yağlar bütün digər əvəzedicilərdən bahadır. Qiymət məsələsində şübhəni aradan qaldırdıqdan sonra isə mağazada yağı yoxlamaq üçün bunlara diqqət edin:- məhsulun içini açıb baxmağa imkanınız varsa (məsələn, yağ çəki ilə satıldıqda), onun rənginə diqqət edin. Təmiz kərə yağı nə kəskin sarı olmalıdır, nə də kəskin ağ;- təbii kərə yağı toxunduqda möhkəm olmalıdır;- inək yağı paketini açdıqda paketə bulaşmır. Həmçinin də kəsəndə bıçağa yapışmır, bıçaqda qalmır.Yağın saxta olduğunu ev şəraitində də müəyyən etmək olar:- əgər təbii yağdırsa, bərabər şəkildə əriyəcək, əgər səthində damcılar əmələ gəlirsə, deməli, marqarindir;- təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə, əriməyə başlayan (tərkibindəki bitki yağlarına görə) marqarin kimi tezcə yumşalmır.Həmçinin, kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır.- keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olur.- kəsildikdə qatlara bölünmür (təbəqələşmir) və parlaq görünür.- əsl kərə yağı çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi yaxılır.Xatırladaq ki, ölkəmizə kərə yağı əsasən Yeni Zelandiya, Rusiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir. Hazırda satışda 70-80 faiz yağlılığı olan kərə yağlarının bir kiloqramının qiyməti 17 manatdan aşağı deyil.Bakı və Abşeronda bayram yarmarkası keçiriləcəkKənd Təsərrüfatı Nazirliyi tərəfindən 20-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Kənddən Şəhərə" Yeni il yarmarkası təşkil olunacaq.Yarmarka Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda baş tutacaq. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermer kənd təsərrüfatı məhsullarının satışını həyata keçirəcək.Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır."Kənddən Şəhərə" Yeni il yarmarkası aşağıdakı ünvanlarda keçiriləcək:Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı)Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B ("İnqilab" kinoteatrının yanı)Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A."Kənddən Şəhərə" Yeni il yarmarkası karantin rejiminin tələblərinə tam əməl olunmaqla keçiriləcək. Belə ki, yarmarkanın təşkil olunduğu ərazilərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq, tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. Həmçinin, fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçüləcək, onlar zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunacaqlar.Qeyd edək ki, "Kənddən Şəhərə" Yeni il yarmarkasında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən logistika dəstəyi göstəriləcək.Xatırladaq ki, artıq bir neçə ildir ki, bu cür yarmarkalar keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268510_227:0:2000:1330_1920x0_80_0_0_66ebba9bafdc4105e0b69ef76f11a6db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
maaşlar da qalxdı amb-nin uçot dərəcələri də həftəlik icmal
maaşlar da qalxdı amb-nin uçot dərəcələri də həftəlik icmal
BAKI, 17 dekabr — Sputnik. Bu həftə Azərbaycanda baş verən maraqlı iqtisadi hadisələri oxucuların diqqətinə çatdırırıq. Yola saldığımız həftədə minimum əməkhaqqının, maaşların artırılması, uçot dərəcəsinin qaldırılması, sahibkarlara subsidiya verilməsi və digərləri mühüm məsələlərdəndir.
Minimum əməkhaqqı artırıldı
Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, minimum əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib.
Nazirlər Kabinetinə tapşırılıb ki, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Minimum əməkhaqqı artımı 800 min nəfərə şamil olunacaq
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək.
Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq.
Qeyd edək ki, indiyədək Azərbaycanda minimum əməkhaqqı 250 manat olub.
Bir sıra büdcə təşkilatlarında çalışanların maaşları qalxıb
Prezident İlham Əliyev "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20 % artırılır:
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı, Heydər Əliyev Mərkəzi, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və s.
Təhsil işçilərinin əməkhaqları artırılıb
Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında" Sərəncam imzalayıb.
Sərəncamla 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 %, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 % artırılır.
Peşə məktəblərində çalışanların maaşı artırılıb
Prezident İlham Əliyev dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb.
Mərkəzi Bank uçot dərəcəsini qaldırdı
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini yüksəldilməsi haqda qərar qəbul edib.
Uçot dərəcəsi 7%-dən 7,25%-ə, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8%-dən 8,25%-ə yüksəldilib.
İnflyasiya təzyiqləri son vaxtlar qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır. Dünya bazarında birja məhsulları qiymətlərinin və ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, təchizat zəncirində qırılmalar və daşınma xərclərinin artımının təsirləri gözlənildiyindən daha əhəmiyyətli və davamlı xarakter alır. Daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının inflyasiya proseslərinə təsiri davam etməkdədir. Qeyd olunan amillər qiymət gözləntilərini yüksəltməklə inflyasiyanın hədəf ətrafında lövbərləşməsini mürəkkəbləşdirir.
İnflyasiyanın dinamikasının formalaşmasında monetar amillərin rolu əhəmiyyətli aşağıdir. Valyuta bazarında tarazlıq qiymətlər sabitliyinin əsas lövbərini gücləndirir və xarici mənşəli inflyasiyanı əhəmiyyətli dərəcədə neytrallaşdırır.
Monetar şəraitin sərtləşdirilməsi ilə bağlı qərarlar monetar amillərin inflyasiya üzərində balanslaşdırıcı təsirlərini gücləndirir.
İnflyasiyanın risk balansında dəyişikliklər və iqtisadiyyatın ortamüddətli dövrdə perspektivləri nəzərə alınacaq
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar ortamüddətli dövrə makroiqtisadi proqnozlar və inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək. Pul siyasətinə dair adekvat qərarlar verə bilmək üçün Mərkəzi Bank bundan sonra da inflyasiyanın xərc və təklif amillərini sıx monitorinq edəcək, dünya və ölkə iqtisadiyyatlarının müxtəlif ssenarilərdə inkişaf proqnozlarını nəzərdən keçirəcək.
Sərnişindaşıma ilə məşğul olan sahibkarlara subsidiya verilir
Subsidiya təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25%-i həcmində, lakin müntəzəm şəhərdaxili (rayondaxili) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 6,7%-dən, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 8,3%-dən, müntəzəm şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 7,5%-dən çox olmamaqla hesablanır.
Vergi ödəyiciləri tələb olunan sənədləri vergi orqanına təqdim etməlidirlər
Vergi ödəyiciləri istifadə olunan dizel yanacağına görə subsidiyanın verilməsi ilə bağlı dəstək proqramından yararlanmaq üçün qeydiyyatda olduqları vergi orqanlarına müraciət etməlidirlər. Bu zaman vergi ödəyiciləri subsidiya məbləğinin köçürüləcəyi bank hesabı barədə məlumatları, avtobusların yanacaq sərfi üzrə texniki göstəricilərini (texniki pasportlar), səlahiyyətli orqanlar tərəfindən verilmiş marşrut pasportunun elektron surətini, bank əməliyyatlarına dair məlumatı (bank çıxarışları) vergi orqanına təqdim etməlidirlər.
Daşıyıcıların müraciətinə 20 gün müddətində baxılır. Dövlət Vergi Xidməti təqdim olunan elektron məlumatlar əsasında müraciətlərə baxaraq ödəniləcək subsidiyanın məbləğini müəyyən edir. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların 5 iş günündən gec olmayaraq müddətdə aradan qaldırılması üçün daşıyıcılara 3 iş günü ərzində məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ödəniləcək subsidiyanın məbləği müəyyən edilir.
Dövlət Vergi Xidməti hər ayın 25-dək icmallaşdırılmış məlumatlar əsasında subsidiyanın ödənilməsi ilə bağlı uyğun ödəniş sifarişini Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edəcək. Agentlik 2 iş günü müddətində ödəniş sifarişi əsasında subsidiya məbləğlərinin daşıyıçıların bank hesablarına köçürülməsini həyata keçirəcək.
Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dolları keçib
Tədiyə balansının profisitli olması ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. Cari ilin 11 ayında strateji valyuta ehtiyatları 4.4% (2.2 mlrd. ABŞ dolları) artaraq 53 mlrd. ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10.2% artaraq 7 mlrd. ABŞ dollarını üstələyib. Cari meyillərin davam etməsi halında 2022-ci ildə də tədiyə balansında əhəmiyyətli profisit gözlənilir.
Rusiya Qarabağa sərmayə qoymağa hazırdır
Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etmək üçün Azərbaycana 13 təklif paketi təqdim edib. Bunu Bakıda, ADA Universitetində "İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" mövzusunda keçirilən konfransda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas ticarət tərəfdaşı olaraq qalır və qarşılıqlı ticarətin artım tempinin daha da yüksələcəyi gözlənilir. Mustafayev bunun üçün bütün ilkin şərtlərin mövcud olduğunu bildirib.
"Rusiyanın Azərbaycana yatırdığı sərmayələrin həcmi 6 milyard dollar təşkil edib ki, bunun da 4,5 milyard dolları birbaşa investisiyalardır. Rusiya iqtisadiyyatına Azərbaycanın birbaşa investisiyaları isə 1,2 milyard dollar təşkil edir. Azərbaycanda Rusiya kapitallı 1100-dən çox şirkət qeydiyyatdan keçib", - deyə Mustafayev vurğulayıb.
Konfransda iştirak edən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə Azərbaycanın Rusiyaya 1,5 milyard dollar həcmində investisiya yatırdığı barədə məlumat verib.
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası çərçivəsində də Bakı ilə Moskva arasında əməkdaşlıq üçün yeni imkanlar açılır", - deyə Mustafayev vurğulayıb.
"Rusiyanın təkliflərinə əsaslanan 13 layihədən ibarət paket də var. Bundan başqa, Cəbrayılda xidmət mərkəzi açan KAMAZ-ın timsalında Rusiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyətinə dair konkret nümunə də var", - deyə o vurğulayıb.
Azərbaycan Baş nazirinin müavini onu qeyd edib ki, son iki ildə dünya ictimaiyyəti və bütövlükdə region bir sıra ciddi problemlərlə - pandemiya, silahlı münaqişələr, enerji daşıyıcılarının qiymətlərinin ucuzlaşması ilə üz-üzə qalıb.
"Bununla belə, yeni reallıqlar yeni imkanlar açdı və bizi əməkdaşlığın yeni formalarına yenidən nəzər salmağa, əlavə inkişaf nöqtələri tapmağa sövq etdi", - deyə Mustafayev bildirib.
Azərbaycanla Rusiya arasında əməkdaşlığın yeddi yol xəritəsi var
Şahin Mustafayev onu da deyib ki, Azərbaycanla Rusiya arasında əməkdaşlığın yeddi yol xəritəsi var və onların üzərində iş uğurla davam etdirilir.
"Biz qarşıya qoyduğumuz məqsədlərə nail oluruq", - deyə Baş nazirin müavini vurğulayıb.
O xatırladıb ki, 2020-ci ildə koronavirus səbəbindən Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bir qədər azalıb. Bununla belə, 2021-ci ilin 10 ayı ərzində 7% və ya 2,350 milyard dollara qədər artıb.
Daha 3 müəssisəsinin Rusiyaya pomidor və alma ixracına icazə verilib
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") dekabrın 17-dən etibarən Azərbaycanın daha 3 müəssisəsinə Rusiyaya pomidor və alma tədarük etməyə icazə verib. Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.
Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 141 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.
Bu günədək Azərbaycanın 214 müəssisəsindən və 1 kooperativdən pomidor, 79 müəssisədən isə Rusiyaya alma ixracına icazə verilib.
Deputatlardan narazılıq: AZAL-ın qiymət siyasəti turistlərin gəlişinə mane olur
Milli Məclisin iclasında deputat Hikmət Babaoğlu deyib ki, turizm hər şeydən öncə mədəniyyət hadisəsi, mədəniyyət mübadiləsidir.
Odur ki, turizmdə mədəni irsimizi təqdim etməyi bacarmalıyıq: "Bu gün turizmin inkişafı üçün işğaldan azad edilmiş ərazilərin timsalında böyük potensial var. Əsas məsələ burada olan abidələrin necə təqdim ediləcəyidir. Yaxşı olardı ki, Turizm Agentliyi bu sahədə işlərə başlasın".
Deputat Aqil Abbas isə söz alaraq Naxçıvanda artıq kənd turizmi sahəsində işlərə başlanıldığını və nailiyyətlərin əldə olunduğunu qeyd edib. Lakin AZAL-ın təyyarə biletlərini baha satmasına irad bildirib:
"AZAL qiymətləri endirəcəkmi? Yox, endirməyəcək. Artıq İrəvandan İstanbula reys açılır, bizim pulla 80 manat. Mən də gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum".
Deputat qeyd edib ki, bu məsələyə ciddi şəkildə baxılmalıdır.
"Deputatların bu gün burda dediyi qalır havada. Sözümüzün havada qalmaması üçün bəlkə bu məsələyə qayıtmayaq, AZAL qiymətləri qaldıra-qaldıra getsin? AZAL-ın bu qədər pulu var, Allahın bir futbol komandasını da saxlaya bilmədi. Dünən Prezident İlham Əliyev "Qarabağ" futbol klubunu qəbul etdi, dedi ki, niyə Azərbaycanın bir futbol klubu olmalıdır? İş adamları pul ayırmır. Digər tərəfdən, qiymətlər çox bahadır. Hotellərdə bir gecə, iki gün qalmaq üçün mənim 1 aylıq maaşım qədər pul verməlisən. Qiymət məsələsi birdəfəlik həll olunmalıdır. Xahiş edirəm, Sahibə xanım, özünüz Milli Məcisin sədri kimi bu işə qarışın", - deyə Aqil Abbas əlavə edib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə deyib ki, son illərdə aparılan islahatlara baxmayaraq, hələ də mühafizəkar viza rejimi ölkədə turizmin inkişafına maneə olaraq qalmaqdadır. Azərbaycana yalnız 10 ölkədən xarici vətəndaş vizasız gələ bildiyi halda, Gürcüstana 100-ə yaxın, Özbəkistana 80-dən çox, Qazaxıstana 70-dən çox, Türkiyəyə isə 90-dan çox ölkədən əcnəbilər vizasız gələ bilərlər.
Musa Quliyevin sözlərinə görə, təyyarə biletlərinin baha olması da turistlərin gəlişinə maneədir. Sərfəli olmayan bazar şərtləri aşağı büdcəli hava yolu şirkətlərinin cəlb olunmasına, uçuş istiqamətlərinin şaxələndirilməsinə və uçuş reyslərinin sayının artmasına maneə yaradır. Eyni zamanda, Azərbaycanda beynəlxalq statuslu regional hava limanları mövcud olsa da, birbaşa hava əlaqələrinin qurulmasında onlardan səmərəli istifadə edilmir.
"Üçüncü səbəb quru sərhəd-keçid infrastrukturunun turistlər üçün əlverişli olmamasıdır. Turist məmnunluğunun yaxşılaşdırılması, qonşu ölkələrdən gələn turist sayının artırılması məqsədilə quru sərhəd-keçid məntəqələrində viza verilməsi işinin təşkilinə, gözləmə rejiminin azaldılmasına, infrastrukturun təkmilləşdirilməsinə, keçid prosedurların optimallaşdırılmasına, habelə əlavə resursların cəlb olunmasına ehtiyac var", - deyə Quliyev bildirib.
O əlavə edib ki, ölkəmizdə indiyədək turizm sahəsinə 2 milyard dollardan artıq vəsait qoyulub.
Qeyd edək ki, Milli Məclisdə "Turizm haqqında" yeni qanun layihəsi müzakirə edilir. Bu qanun Azərbaycanda turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.
Turoperator və turagentlər turistlərin getdiyi ölkənin (yerin) qanunvericiliyi ilə tələb edildiyi halda, habelə gəlmə turizm sahəsində formalaşdırdıqları turizm zərfləri çərçivəsində turistlərin səfər sığortası ilə təmin edilmələri üçün zəruri tədbirlər görməlidirlər. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Nazirlər Kabineti kərə yağının qiymətinin artmaması üçün qərar qəbul edib
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar daxili bazarda kərə yağının qiymətinin artımına yol verilməməsi üçün kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına tətbiq olunan rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması məqsədilə qəbul edilib.
Qərarın qəbul edilməsi ilə kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalı üzrə rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması nəticəsində istehlak qiymətlərində sabitliyin təmin olunması və kərə yağı məhsulları ilə təminatın səviyyəsinin qorunub saxlanılması proqnozlaşdırılır.
Qeyd edək ki, kərə yağı ən çox istifadə olunan məhsullardandır. Xüsusilə azərbaycanlılar qida rasionunda, mətbəxdə geninə-boluna kərə yağı işlətməyi sevirlər. Yəqin, bu səbəbdəndir ki, bazarın işbazları da çoxdur. Hazırda ölkənin dükan və marketlərində 50-dən çox çeşiddə kərə yağı satılır. Bu əmtəələrdən hansının təmiz kərə yağı olmasını müəyyən etməksə alıcı üçün həmişə çətin iş olaraq qalır. Bəs kərə yağının təbii və təmiz olduğunu necə anlamaq olar?
Kərə yağının qüsurlu olması özünü daha çox onun dadında, qoxusunda, xarici görünüşündə, konsistensiyasında, rəngində büruzə verir. Bu qüsurların bəziləri istehsal prosesi zamanı, bəziləri isə saxlanma müddətində yaranır. Ekspertlər deyirlər ki, inək südündən hazırlanmış təbii yağı ilk növbədə onun qiymətinə əsasən müəyyən etmək olur. Bu yağlar bütün digər əvəzedicilərdən bahadır. Qiymət məsələsində şübhəni aradan qaldırdıqdan sonra isə mağazada yağı yoxlamaq üçün bunlara diqqət edin:
- məhsulun içini açıb baxmağa imkanınız varsa (məsələn, yağ çəki ilə satıldıqda), onun rənginə diqqət edin. Təmiz kərə yağı nə kəskin sarı olmalıdır, nə də kəskin ağ;
- təbii kərə yağı toxunduqda möhkəm olmalıdır;
- inək yağı paketini açdıqda paketə bulaşmır. Həmçinin də kəsəndə bıçağa yapışmır, bıçaqda qalmır.
Yağın saxta olduğunu ev şəraitində də müəyyən etmək olar:
- əgər təbii yağdırsa, bərabər şəkildə əriyəcək, əgər səthində damcılar əmələ gəlirsə, deməli, marqarindir;
- təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə, əriməyə başlayan (tərkibindəki bitki yağlarına görə) marqarin kimi tezcə yumşalmır.
Həmçinin, kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır.
- keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olur.
- kəsildikdə qatlara bölünmür (təbəqələşmir) və parlaq görünür.
- əsl kərə yağı çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi yaxılır.
Xatırladaq ki, ölkəmizə kərə yağı əsasən Yeni Zelandiya, Rusiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir. Hazırda satışda 70-80 faiz yağlılığı olan kərə yağlarının bir kiloqramının qiyməti 17 manatdan aşağı deyil.
Bakı və Abşeronda bayram yarmarkası keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 20-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Kənddən Şəhərə" Yeni il yarmarkası təşkil olunacaq.
Yarmarka Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda baş tutacaq. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermer kənd təsərrüfatı məhsullarının satışını həyata keçirəcək.
Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır.
"Kənddən Şəhərə" Yeni il yarmarkası aşağıdakı ünvanlarda keçiriləcək:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı)
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B ("İnqilab" kinoteatrının yanı)
Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.
"Kənddən Şəhərə" Yeni il yarmarkası karantin rejiminin tələblərinə tam əməl olunmaqla keçiriləcək. Belə ki, yarmarkanın təşkil olunduğu ərazilərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq, tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. Həmçinin, fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçüləcək, onlar zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunacaqlar.
Qeyd edək ki, "Kənddən Şəhərə" Yeni il yarmarkasında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən logistika dəstəyi göstəriləcək.
Xatırladaq ki, artıq bir neçə ildir ki, bu cür yarmarkalar keçirilir.