https://sputnik.az/20220411/bayramovla-mirzoyanin-telefon-danisigi-a-resmisinin-xosuna-gelib-441013874.html
Bayramovla Mirzoyanın telefon danışığı Aİ rəsmisinin xoşuna gəlib
Bayramovla Mirzoyanın telefon danışığı Aİ rəsmisinin xoşuna gəlib
Sputnik Azərbaycan
Toivo Klaar Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün baş tutmuş telefon danışığını Brüssel görüşündən sonra mühüm inkişaf adlandırıb. 11.04.2022, Sputnik Azərbaycan
2022-04-11T21:32+0400
2022-04-11T21:32+0400
2022-04-11T22:38+0400
siyasət
ai
avropa ittifaqı
toivo klaar
ermənistan
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427951781_0:0:1200:676_1920x0_80_0_0_cb72ac1c863287a891f6203bb93177e3.jpg
BAKI, 11 aprel - Sputnik. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün baş tutmuş telefon danışığına münasibət bildirib.Aİ rəsmisi öz Twitter hesabında bu barədə paylaşım edib.“Ötən həftə Brüssel görüşündən sonra mühüm inkişaf. Avropa İttifaqı birbaşa təmasları və əlaqəni dəstəkləyir”, - Toivo Klaar qeyd edib.Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub. Tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220411/azerbaycan-ve-ermenistan-xn-bascilari-telefonda-ne-danisiblar-441012082.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427951781_77:0:1144:800_1920x0_80_0_0_816c1ce7a366e2e05083e4bfc062407f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ai, avropa ittifaqı, toivo klaar, ermənistan, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, ararat mirzoyan
ai, avropa ittifaqı, toivo klaar, ermənistan, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, ararat mirzoyan
Bayramovla Mirzoyanın telefon danışığı Aİ rəsmisinin xoşuna gəlib
21:32 11.04.2022 (Yenilənib: 22:38 11.04.2022) Toivo Klaar Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün baş tutmuş telefon danışığını Brüssel görüşündən sonra mühüm inkişaf adlandırıb.
BAKI, 11 aprel - Sputnik. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün baş tutmuş telefon danışığına münasibət bildirib.
Aİ rəsmisi öz Twitter hesabında bu barədə paylaşım edib.
“Ötən həftə Brüssel görüşündən sonra mühüm inkişaf. Avropa İttifaqı birbaşa təmasları və əlaqəni dəstəkləyir”, - Toivo Klaar qeyd edib.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub. Tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.