https://sputnik.az/20220411/azerbaycan-ve-ermenistan-xn-bascilari-telefonda-ne-danisiblar-441012082.html
Azərbaycan və Ermənistan XİN başçıları telefonda nə danışıblar?
Azərbaycan və Ermənistan XİN başçıları telefonda nə danışıblar?
Sputnik Azərbaycan
Söhbət zamanı nazirlər gələcək sülh sazişinin hazırlanması, Birgə Sərhəd Komissiyasının yaradılması və humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar. 11.04.2022, Sputnik Azərbaycan
2022-04-11T19:41+0400
2022-04-11T19:41+0400
2022-04-11T19:55+0400
siyasət
ararat mirzoyan
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/41234/66/412346665_0:115:3500:2084_1920x0_80_0_0_fa735ca7d76b4e10bad3de032cf21ff1.jpg
BAKI, 11 aprel - Sputnik. Aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub.Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi yayıb. Bildirilib ki, tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.Xatırladaq ki, aprelin 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyanın görüşü olub. Görüşdə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların icrası vəziyyəti müzakirə olunub.Rusiya XİN rəhbəri erməni həmkarına bildirib ki, ölkəsi bundan sonra da üçtərəfli bəyanatların icrasının təmin olunması istiqamətində fəaliyyət göstərəcək.Rusiya XİN rəhbəri onu da bildirib ki, 10 noyabr üçtərəfli bəyanatı əsasında bölgədə fəaliyyət göstərən Rusiya sülhməramlı kontingenti də öhdəliyinə düşən vəzifələrin icrasını ciddi şəkildə davam etdirəcək."Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün şəraitin yaradılmasına kömək etməyə hazırdır". Bunu da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.Nazir deyib: “Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün şəraitin yaradılması ilə bağlı indi İrəvan və Bakı arasında gedən işə yardım etməyə hazırdır”.Diplomatlar, həmçinin MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT daxilində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
https://sputnik.az/20220408/lavrov-mirzoyanla-gorusde-neden-danisib--440932470.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41234/66/412346665_292:0:3500:2406_1920x0_80_0_0_ee6fc332c2f0a7456d22877274e630d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ararat mirzoyan, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
ararat mirzoyan, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Azərbaycan və Ermənistan XİN başçıları telefonda nə danışıblar?
19:41 11.04.2022 (Yenilənib: 19:55 11.04.2022) Söhbət zamanı nazirlər gələcək sülh sazişinin hazırlanması, Birgə Sərhəd Komissiyasının yaradılması və humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.
BAKI, 11 aprel - Sputnik. Aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub.
Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi yayıb.
Bildirilib ki, tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, aprelin 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyanın görüşü olub. Görüşdə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların icrası vəziyyəti müzakirə olunub.
Rusiya XİN rəhbəri erməni həmkarına bildirib ki, ölkəsi bundan sonra da üçtərəfli bəyanatların icrasının təmin olunması istiqamətində fəaliyyət göstərəcək.
Rusiya XİN rəhbəri onu da bildirib ki, 10 noyabr üçtərəfli bəyanatı əsasında bölgədə fəaliyyət göstərən Rusiya sülhməramlı kontingenti də öhdəliyinə düşən vəzifələrin icrasını ciddi şəkildə davam etdirəcək.
"Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün şəraitin yaradılmasına kömək etməyə hazırdır". Bunu da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir deyib: “Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün şəraitin yaradılması ilə bağlı indi İrəvan və Bakı arasında gedən işə yardım etməyə hazırdır”.
Diplomatlar, həmçinin MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT daxilində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.