SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov Mirzoyanla görüşdə nədən danışıb?

© Sputnik / POOL / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyan, arxiv şəkli
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.04.2022
Abunə olmaq
Rusiya xarici siyasət idarəsinin başçısı Azərbaycan və Ermənistan arasında sülh razılaşması ilə bağlı prosesə reaksiya verib.
BAKI, 8 aprel — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyanın görüşündə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların icrası vəziyyəti müzakirə olunub.
Sputnik Azərbaycan xəbər verir ki, Rusiya XİN rəhbəri erməni həmkarına bildirib ki, ölkəsi bundan sonra da üçtərəfli bəyanatların icrasının təmin olunması istiqamətində fəaliyyət göstərəcək.
Rusiya XİN rəhbəri onu da bildirib ki, 10 noyabr üçtərəfli bəyanatı əsasında bölgədə fəaliyyət göstərən Rusiya sülhməramlı kontingenti də öhdəliyinə düşən vəzifələrin icrasını ciddi şəkildə davam etdirəcək.
"Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün şəraitin yaradılmasına kömək etməyə hazırdır". Bunu da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir deyib: “Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün şəraitin yaradılması ilə bağlı indi İrəvan və Bakı arasında gedən işə yardım etməyə hazırdır”.
Diplomatlar, həmçinin MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT daxilində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0