Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" böyük hesabla qalib gəldi

© AFP 2023 / NICOLAS TUCAT"Qarabağ" futbolçuları, arxiv şəkli
Qarabağ futbolçuları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.04.2022
Abunə olmaq
Çempionatın lideri “Qarabağ” klubu bu gün “Sumqayıt”ın qonağı olub və səfərdə böyük hesabla qələbə qazanıb.
BAKI, 10 aprel - Sputnik. Aprelin 10-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Çempionatın lideri “Qarabağ” klubu “Sumqayıt”ın qonağı olub. "Kapital Bank Arena"da baş tutan matç "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə ilk qolu 16-cı dəqiqədə Kadi Borges vurub. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda da hücumlarını davam etdirən Ağdam klubu 67-ci dəqiqədə Marko Veşoviçin qolu ilə fərqi artırıb. Oyunda son nöqtəni isə Leandro Andrade qoyub. Matçın 69-cu dəqiqəsində fərqlənən kabo-verdeli yarımmüdafiəçi yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 52-yə çatdıran "Qarabağ" zirvədəki yerini möhkəmləndirib və avrokuboklara vəsiqəni təmin edib. On dörd xalı olan "Sumqayıt" isə 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, ilk oyun günündə "Neftçi" səfərdə "Şamaxı"ya 2:1, "Sabah" isə evdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. Tura bu gün keçiriləcək "Səbail" - "Qəbələ" matçı ilə yekun vurulacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0