https://sputnik.az/20220410/pakistan-resmilerine-olkeni-terk-etmek-qadagan-edildi-440974067.html
Pakistan rəsmilərinə ölkəni tərk etmək qadağan edildi
Pakistan rəsmilərinə ölkəni tərk etmək qadağan edildi
Sputnik Azərbaycan
Pakistan Federal Təhqiqat Agentliyinin immiqrasiya üzrə əməkdaşları ölkədəki bütün beynəlxalq hava limanlarında yüksək hazırlıq vəziyyətinə gətirilib 10.04.2022, Sputnik Azərbaycan
2022-04-10T12:33+0400
2022-04-10T12:33+0400
2022-04-10T12:54+0400
dünya xəbərləri
pakistan
imran xan
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440815404_0:0:3079:1731_1920x0_80_0_0_26ebb43e67d184416621801f7812afa7.jpg
BAKI, 10 aprel - Sputnik. Pakistan hakimiyyət orqanları “icazə sənədi” olmayan dövlət məmurlarına ölkəni tərk etməyi qadağan edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dawn Federal Təhqiqat Agentliyinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.Mənbə bildirib ki, Federal Təhqiqat Agentliyinin immiqrasiya üzrə əməkdaşları ölkədəki bütün beynəlxalq hava limanlarında yüksək hazırlıq vəziyyətinə gətirilib. Onlara icazə sənədi olmadan xaricə səyahət etmək niyyətində olan bütün dövlət məmurlarını dayandırmaq tapşırılıb.O, həmçinin qeyd edib ki, hava limanının təhlükəsizlik qüvvələri də yüksək hazırlıq vəziyyətinə gətirilib və xaricə gedən sərnişinlərin yoxlanılması gücləndirilib.Onun sözlərinə görə, qərar Pakistandakı siyasi vəziyyətlə əlaqədar verilib.Bundan əvvəl Pakistan parlamenti baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. Bu qərarın lehinə 174 deputat səs verib. Yeni baş nazirin seçilməsi ilə bağlı səsvermə bazar ertəsi, aprelin 11-də keçirilməlidir.Pakistanda siyasi böhran aprelin 3-dən etibarən müşahidə olunur. Xarici mənbələrin verdiyi məlumatlara görə, İmran Xanı hakimiyyətdən götürmək cəhdlərinin arxasında ABŞ dayanır. Vaşinqton İslamabadın müstəqil siyasəti, guya Rusiya və Çinlə yaxınlaşmasından narazıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220410/mran-xan-parlamentin-telebini-yerine-yetirmekden-imtina-edib-440972277.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440815404_0:0:2731:2048_1920x0_80_0_0_5b6da28b22c3a1869bbedf205fb7e9e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
pakistan, imran xan
Pakistan rəsmilərinə ölkəni tərk etmək qadağan edildi
12:33 10.04.2022 (Yenilənib: 12:54 10.04.2022) Pakistan Federal Təhqiqat Agentliyinin immiqrasiya üzrə əməkdaşları ölkədəki bütün beynəlxalq hava limanlarında yüksək hazırlıq vəziyyətinə gətirilib
BAKI, 10 aprel - Sputnik. Pakistan hakimiyyət orqanları “icazə sənədi” olmayan dövlət məmurlarına ölkəni tərk etməyi qadağan edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dawn Federal Təhqiqat Agentliyinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Federal Təhqiqat Agentliyinin immiqrasiya üzrə əməkdaşları ölkədəki bütün beynəlxalq hava limanlarında yüksək hazırlıq vəziyyətinə gətirilib. Onlara icazə sənədi olmadan xaricə səyahət etmək niyyətində olan bütün dövlət məmurlarını dayandırmaq tapşırılıb.
O, həmçinin qeyd edib ki, hava limanının təhlükəsizlik qüvvələri də yüksək hazırlıq vəziyyətinə gətirilib və xaricə gedən sərnişinlərin yoxlanılması gücləndirilib.
Onun sözlərinə görə, qərar Pakistandakı siyasi vəziyyətlə əlaqədar verilib.
Bundan əvvəl Pakistan parlamenti baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. Bu qərarın lehinə 174 deputat səs verib. Yeni baş nazirin seçilməsi ilə bağlı səsvermə bazar ertəsi, aprelin 11-də keçirilməlidir.
Pakistanda siyasi böhran aprelin 3-dən etibarən müşahidə olunur. Xarici mənbələrin verdiyi məlumatlara görə, İmran Xanı hakimiyyətdən götürmək cəhdlərinin arxasında ABŞ dayanır. Vaşinqton İslamabadın müstəqil siyasəti, guya Rusiya və Çinlə yaxınlaşmasından narazıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.