DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İmran Xan parlamentin tələbini yerinə yetirməkdən imtina edib

© Sputnik / FAROOQ NAEEMİmran Xan
İmran Xan - Sputnik Azərbaycan, 1920, 10.04.2022
Abunə olmaq
Pakistanın baş naziri İmran Xan parlamentin qərarını qeyri-qanuni adlandırıb və tərəfdarlarını küçələrə çıxaraq etiraz etməyə, çevrilişə imkan verməməyə çağırıb.
BAKI, 10 aprel - Sputnik. Pakistanın baş naziri İmran Xan ona etimadsızlıq göstərmiş parlamentin qərarını yerinə yetiməkdən imtina edib.

O, öz tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Ölkə parlament isə aprelin 11-ə yeni baş nazir seçkilərini təyin edib.

Pakistanda siyasi böhran aprelin 3-dən etibarən müşahidə olunur. Həmin tarixdə müxalifət hökümətə etimadsızlıq üzrə dinləmələr keçirmək istəsə də, hakim partiya bunu ertələyə bilib.

Bazar gününə keçən gecə isə müxalifət istədiyi qərarı qəbul etdirib. Lakin İmran Xan onu qeyri-qanuni adlandırıb və tərəfdarlarını küçələrə çıxaraq etiraz etməyə, çevrilişə imkan verməməyə çağırıb.

Xarici mənbələrin verdiyi məlumatlara görə, İmran Xanı hakimiyyətdən götürmək cəhdlərinin arxasında ABŞ dayanır. Vaşinqton İslamabadın müstəqil siyasəti, guya Rusiya və Çinlə yaxınlaşmasından narazıdır.
Bu arada Pakistan hakimiyyəti dövlət məmurlarına ölkəni tərk etməyi qadağan edib. Qərar Pakistandakı siyasi vəziyyətlə əlaqədardır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0