Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Ferrari”nin pilotu Formula 1 Avstraliya Qran-Prisinin qalibi olub

© REUTERS / MARTIN KEEPFormula 1 Avstraliya Qran-Prisi
Formula 1 Avstraliya Qran-Prisi - Sputnik Azərbaycan, 1920, 10.04.2022
Abunə olmaq
“Red Bull”un meksikalı pilotu Serxio Peres yarışı ikinci, “Mercedes”in britaniyalı sürücüsü Corc Rassel isə üçüncü pillədə başa vurublar.
BAKI, 10 aprel - Sputnik. Melburn şəhərindəki “Albert Park”da keçirilən Formula 1 Avstraliya Qran-Prisinin qalibi müəyyənləşib.
Gərgin idman mübarizəsi şəraitindən keçən yarışda “Ferrari”nin pilotu Şarl Lekler birinci olub.
“Red Bull”un meksikalı pilotu Serxio Peres yarışı ikinci, “Mercedes”in britaniyalı sürücüsü Corc Rassel isə üçüncü pillədə başa vurublar.
Ş.Lekler karyerasında ilk dəfə “Böyük dəbilqə”yə sahib olub. Belə ki, monakolu pilot yarışa pouldan start verib və yürüşə startdan sonadək liderlik edib. Ş.Lekler, həmçinin Avstraliya Qran-Prisində ən yaxşı dövrənin sahibidir və o, mövsümdə ikinci qələbəsini qazanıb.
C.Rassel “Mercedes”in heyətində ilk dəfə podiuma qalxıb.
Pilotların sıralamasına 71 xalla Ş.Lekler başçılıq edir. C.Rassel 37 xalla ikinci, S.Peres isə 33 xalla üçüncü pillədə yer alır.
Növbəti yarış iki həftə sonra İtaliyada təşkil olunacaq. İmolada keçiriləcək yürüşdən əvvəl sprint yarışı baş tutacaq.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0