https://sputnik.az/20220410/fermerlere-subsidiya-verilir---detallar-440962444.html
Fermerlərə subsidiya verilir - DETALLAR
Fermerlərə subsidiya verilir - DETALLAR
Sputnik Azərbaycan
Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam... 10.04.2022, Sputnik Azərbaycan
2022-04-10T07:37+0400
2022-04-10T07:37+0400
2022-04-10T10:06+0400
fermer
iqtisadiyyat
subsidiya
təfərrüat
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426238859_0:0:3072:1728_1920x0_80_0_0_bab4eb36fafb7d2f8925428d02d6531f.jpg
BAKI, 10 aprel — Sputnik. Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021/2022-ci il payızlıq əkinlərə görə subsidiyaların ödənişini davam etdirir.Sputnik Azərbaycan-ın məlumatına görə, 2021/2022-ci il üçün ümumilikdə 768 min 520 hektar əkin sahəsi üzrə 235 min nəfərdən çox fermerə payızlıq əkin subsidiyası ödənilib. Ödənişin ümumi miqdarı 151 milyon 700 min manatdan çoxdur.Qeyd edək ki, subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının "Fermer kartı"na köçürülür.Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər.Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir.Sahələrində monitorinqlər başa çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin nəticələrini və sahələri sığorta etdirmələrinə dair müqavilələrin surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçirilir.Subsidiyaların ödənişi davam edəcək.Xatırladaq ki, aprelin 7-də AKİA tərəfindən payızlıq əkinlərə görə 6424 fermerə, ümumilikdə 12 milyon 195 min manat subsidiya ödənişi həyata keçirilib. Subsidiyalar 59 min 709 hektar əkin sahəsini əhatə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220404/ag-qizilin-her-tonuna-170-manat-subsidiya-verilecek-440786030.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426238859_252:0:2983:2048_1920x0_80_0_0_a25159a48506532e9f712326ecb4fea0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
fermer, subsidiya, təfərrüat
fermer, subsidiya, təfərrüat
Fermerlərə subsidiya verilir - DETALLAR
07:37 10.04.2022 (Yenilənib: 10:06 10.04.2022) Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir.
BAKI, 10 aprel — Sputnik. Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021/2022-ci il payızlıq əkinlərə görə subsidiyaların ödənişini davam etdirir.
Sputnik Azərbaycan-ın məlumatına görə, 2021/2022-ci il üçün ümumilikdə 768 min 520 hektar əkin sahəsi üzrə 235 min nəfərdən çox fermerə payızlıq əkin subsidiyası ödənilib. Ödənişin ümumi miqdarı 151 milyon 700 min manatdan çoxdur.
Qeyd edək ki, subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının "Fermer kartı"na köçürülür.
Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər.
Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir.
Sahələrində monitorinqlər başa çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin nəticələrini və sahələri sığorta etdirmələrinə dair müqavilələrin surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçirilir.
Subsidiyaların ödənişi davam edəcək.
Xatırladaq ki, aprelin 7-də AKİA tərəfindən payızlıq əkinlərə görə 6424 fermerə, ümumilikdə 12 milyon 195 min manat subsidiya ödənişi həyata keçirilib. Subsidiyalar 59 min 709 hektar əkin sahəsini əhatə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.