https://sputnik.az/20220409/sehiyye-nazirinden-koronovirusun-cinde-yayilan-yeni-novu-barede-aciqlama-440954563.html
Səhiyyə nazirindən koronovirusun Çində yayılan yeni növü barədə açıqlama
Səhiyyə nazirindən koronovirusun Çində yayılan yeni növü barədə açıqlama
Sputnik Azərbaycan
Yeni alt növ BA.1.1 "omikron" ştamının qoludur, həmçinin, əvvəllər müəyyən edilmiş digər koronavirus variantlarına uyğun gəlmir. 09.04.2022, Sputnik Azərbaycan
2022-04-09T10:45+0400
2022-04-09T10:45+0400
2022-04-09T10:45+0400
səhiyyə
çin
koronavirus
nazir
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/04/06/440847581_0:0:3079:1731_1920x0_80_0_0_eace1a66217036078d5c592584c1c149.jpg
BAKI, 9 aprel - Sputnik. Koronavirusun Çində aşkarlanan yeni variantı həddən artıq zəifdir. Sputnik Azərbaycan-ın məlumatına görə,bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.O bildirib ki, virusun yoluxuculuğu "Omikron"dan daha yüksək ola bilər, amma törətdiyi xəstəlik daha zəifdir:"Bilirsiniz ki, Sars-Cov-2 virusu dəfələrlə mutasiyaya uğrayıb və yeni ştammlar peyda olub. Buna görə biz hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını heç kəs öncədən bilə bilməz. Sevindirici haldır ki, "Omikron"dan sonra başlayan son bir neçə mutasiyada virusun yoluxuculuğu zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı, demək olar ki, çox nadir hallarda baş verir. Ona görə ümid bəsləyirdik ki, pandemiya sona doğru inkişaf edir. Çində bir çox ölkələrdən fərqli olaraq "sıfır Covid" rejimi ana xətt kimi qəbul olunub. Yəni, istənilən kiçik saylarla belə qeydə alınan yoluxmalar icma və şəhərlərdə tam qapanmaya gəririrdi. Yeni ştamın da həmin şəraitdə peyda olması ümumilikdə tibb icmasını kifayət qədər gərginləşdirmişdi. Lakin şükürlər olsun, həmin ştam həddən artıq zəifdir".Qeyd edək ki, Çində koronavirusun "omikron" ştamının yeni alt növü müəyyən edilib. Yeni alt növ BA.1.1 "omikron" ştamının qoludur, həmçinin, əvvəllər müəyyən edilmiş digər koronavirus variantlarına uyğun gəlmir.Bundan əvvəl Şanxay, COVID-19 pandemiyasının başlanmasından indiyədək ən sərt məhdudiyyətlər tətbiq edib. Paytaxtın 25 milyon sakininin demək olar ki, hamısı hazırda karantindədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220409/qapali-mekanlarda-maska-ne-vaxt-legv-olunacaq---resmi-440953382.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/06/440847581_173:0:2904:2048_1920x0_80_0_0_a079adfe0ae2400d06f3cf2528124484.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
çin, koronavirus, nazir, azərbaycan
çin, koronavirus, nazir, azərbaycan
Səhiyyə nazirindən koronovirusun Çində yayılan yeni növü barədə açıqlama
Yeni alt növ BA.1.1 "omikron" ştamının qoludur, həmçinin, əvvəllər müəyyən edilmiş digər koronavirus variantlarına uyğun gəlmir.
BAKI, 9 aprel - Sputnik. Koronavirusun Çində aşkarlanan yeni variantı həddən artıq zəifdir. Sputnik Azərbaycan-ın məlumatına görə,bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
O bildirib ki, virusun yoluxuculuğu "Omikron"dan daha yüksək ola bilər, amma törətdiyi xəstəlik daha zəifdir:
"Bilirsiniz ki, Sars-Cov-2 virusu dəfələrlə mutasiyaya uğrayıb və yeni ştammlar peyda olub. Buna görə biz hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını heç kəs öncədən bilə bilməz. Sevindirici haldır ki, "Omikron"dan sonra başlayan son bir neçə mutasiyada virusun yoluxuculuğu zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı, demək olar ki, çox nadir hallarda baş verir. Ona görə ümid bəsləyirdik ki, pandemiya sona doğru inkişaf edir. Çində bir çox ölkələrdən fərqli olaraq "sıfır Covid" rejimi ana xətt kimi qəbul olunub. Yəni, istənilən kiçik saylarla belə qeydə alınan yoluxmalar icma və şəhərlərdə tam qapanmaya gəririrdi. Yeni ştamın da həmin şəraitdə peyda olması ümumilikdə tibb icmasını kifayət qədər gərginləşdirmişdi. Lakin şükürlər olsun, həmin ştam həddən artıq zəifdir".
Qeyd edək ki, Çində koronavirusun "omikron" ştamının yeni alt növü müəyyən edilib. Yeni alt növ BA.1.1 "omikron" ştamının qoludur, həmçinin, əvvəllər müəyyən edilmiş digər koronavirus variantlarına uyğun gəlmir.
Bundan əvvəl Şanxay, COVID-19 pandemiyasının başlanmasından indiyədək ən sərt məhdudiyyətlər tətbiq edib. Paytaxtın 25 milyon sakininin demək olar ki, hamısı hazırda karantindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.