https://sputnik.az/20220409/qapali-mekanlarda-maska-ne-vaxt-legv-olunacaq---resmi-440953382.html
Qapalı məkanlarda maska nə vaxt ləğv olunacaq? - Rəsmi
Qapalı məkanlarda maska nə vaxt ləğv olunacaq? - Rəsmi
Sputnik Azərbaycan
Maska rejimi Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da... 09.04.2022, Sputnik Azərbaycan
2022-04-09T10:17+0400
2022-04-09T10:17+0400
2022-04-09T10:21+0400
səhiyyə
səhiyyə naziri
nazirlər kabineti yanında operativ qərargah
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427400574_0:120:1200:796_1920x0_80_0_0_07f948270f4da7cbd4760422a4ca9ce7.jpg
BAKI, 9 aprel - Sputnik. Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğv edilib-edilməməsi məsələsinə münasibət bildirib.Sputnik Azərbaycan-ın məlumatına görə, nazir açıqlamasında Azərbaycanda koronavirusa yoluxma saylarının kəskin şəkildə azaldığını deyib.Onun sözlərinə görə, gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur:“Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır və yəqin ki müəyyən qərarlar veriləcək. Nəzərə alsaq ki, iki ildən artıq müddətdə davam edən pandemik dövr insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Odur ki, vətəndaşlarımızı səbirli olmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram”.Nazir həmçinin Avropanın bir sıra ölkələrində COVID-19 infeksiyasının yeni ştamlarına yoluxma sayındakı artım məsələsinə də toxunub:“Sars-Cov-2 virusu dəfələrlə mutasiyaya uğrayıb və yeni ştamlar peyda olub. Bu səbəbdən hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını öncədən bilmək olmur. Sevindirici haldır ki, “Omikron” ştamından sonrakı bir neçə növdə yoluxduruculuq zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı demək olar ki, çox nadir hallarda baş verir. Ümid edirik ki, pandemiya sona doğru gedir”.Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi olub. Nazirlər Kabineti yanında Operativ Qərargah 31 may saat 06:00-dan etibarən açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbini ləğv etdi. Bununla belə qapalı məkanlarda maska rejimi qüvvədə qalıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220407/rusiyada-covid-19-a-qarsi-revaksinasiya-ile-bagli-yeni-tovsiyeler-hazirlayacaq-440906233.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427400574_76:0:1137:796_1920x0_80_0_0_bb7674f993170f50ffb05c0d69c85df1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
səhiyyə naziri, nazirlər kabineti yanında operativ qərargah
səhiyyə naziri, nazirlər kabineti yanında operativ qərargah
Qapalı məkanlarda maska nə vaxt ləğv olunacaq? - Rəsmi
10:17 09.04.2022 (Yenilənib: 10:21 09.04.2022) Maska rejimi Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi olub.
BAKI, 9 aprel - Sputnik. Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğv edilib-edilməməsi məsələsinə münasibət bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, nazir açıqlamasında Azərbaycanda koronavirusa yoluxma saylarının kəskin şəkildə azaldığını deyib.
Onun sözlərinə görə, gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur:
“Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır və yəqin ki müəyyən qərarlar veriləcək. Nəzərə alsaq ki, iki ildən artıq müddətdə davam edən pandemik dövr insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Odur ki, vətəndaşlarımızı səbirli olmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram”.
Nazir həmçinin Avropanın bir sıra ölkələrində COVID-19 infeksiyasının yeni ştamlarına yoluxma sayındakı artım məsələsinə də toxunub:
“Sars-Cov-2 virusu dəfələrlə mutasiyaya uğrayıb və yeni ştamlar peyda olub. Bu səbəbdən hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını öncədən bilmək olmur. Sevindirici haldır ki, “Omikron” ştamından sonrakı bir neçə növdə yoluxduruculuq zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı demək olar ki, çox nadir hallarda baş verir. Ümid edirik ki, pandemiya sona doğru gedir”.
Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi olub. Nazirlər Kabineti yanında Operativ Qərargah 31 may saat 06:00-dan etibarən açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbini ləğv etdi. Bununla belə qapalı məkanlarda maska rejimi qüvvədə qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.