https://sputnik.az/20220409/modul-tipli-xestexanalarin-gelecek-fealiyyetine-aydinliq-getirilib-440956002.html
Modul tipli xəstəxanaların gələcək fəaliyyətinə aydınlıq gətirilib
Modul tipli xəstəxanaların gələcək fəaliyyətinə aydınlıq gətirilib
Sputnik Azərbaycan
Dünəndən Masallı və Sabirabad Rayon Mərkəzi Xəstəxanalarının pandemiya tibb müəssisəsi kimi fəaliyyətləri dayandırılaraq, ənənəvi xidmət bərpa edilib. 09.04.2022, Sputnik Azərbaycan
2022-04-09T12:29+0400
2022-04-09T12:29+0400
2022-04-09T13:42+0400
səhiyyə
xəstəxana
nazir
səhiyyə
xəstə
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608699_0:61:3066:1786_1920x0_80_0_0_1cadea924b7f7652c4f6a7d1ae38c239.jpg
BAKI, 9 aprel - Sputnik. Səhiyyə Nazirliyi koronavirus xəstələrinin müalicəsi üçün inşa edilən modul tipli xəstəxanaların gələcək fəaliyyətinə aydınlıq gətirib. Sputnik Azərbaycan-ın məlumatına görə, səhiyyə naziri Teymur Musayev açıqlamasında ölkədə COVID-19-a gündəlik yoluxma sayının kifayət qədər azaldığını bildirib.Nazirin sözlərinə görə, simptomlu xəstələrin sayı da nəzərəçarpacaq dərəcədə aşağı düşüb:“Eyni zamanda xəstəxanaya yerləşdirilən pasiyentlərin sayı da tək-tük olur. Ona görə də əksər xəstəxanalar, demək olar ki, boşdur. Modul tipli xəstəxanaların gələcək fəaliyyətinə gəlincə, həmin səhiyyə ocaqları bağlanmayıb, sadəcə fəaliyyətlərini dayandırıblar. Xatırladım ki, anoloji hal pandemiyanın müxtəlif dalğaları zamanı da baş verib. Ümid edək ki, həmin xəstəxanalar elə ehtiyat fondu kimi də qalacaq”.Xatırladaq ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin, eləcə də, modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.Qeyd edək ki, 7 saylı Uşaq Yoluxucu Xəstəxanası, FHN Modul, Quba Rayon Mərkəzi Xəstəxanası, Kiliniki Tibbi Mərkəzi, Gəncə Modul Pandemiya tibb müəssisəsi kimi fəaliyyəti dayandırılıb.Bakı/Abşeron bölgəsi üzrə 4 tibb müəssisəsi - Yeni Klinika, Mərkəzi Gömrük Xəstəxanası, Məhəmmədli modul, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETACXİ), qərb bölgəsi üzrə 2 tibb müəssisəsi - Ağdaş Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Kür Qəsəbə Xəstəxanası fəaliyyətini qismən davam etdirir.Dünən COVID-19 infeksiyasına yoluxma üzrə gündəlik aktiv xəstə sayında müşahidə olunan kəskin azalmaya uyğun olaraq, Masallı və Sabirabad Rayon Mərkəzi Xəstəxanalarının pandemiya tibb müəssisəsi kimi fəaliyyətləri dayandırılaraq, ənənəvi xidmət bərpa edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220409/qapali-mekanlarda-maska-ne-vaxt-legv-olunacaq---resmi-440953382.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608699_335:0:3066:2048_1920x0_80_0_0_3acb738194c12d983a0d4de9bb077e99.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəstəxana, nazir, səhiyyə, xəstə
xəstəxana, nazir, səhiyyə, xəstə
Modul tipli xəstəxanaların gələcək fəaliyyətinə aydınlıq gətirilib
12:29 09.04.2022 (Yenilənib: 13:42 09.04.2022) Dünəndən Masallı və Sabirabad Rayon Mərkəzi Xəstəxanalarının pandemiya tibb müəssisəsi kimi fəaliyyətləri dayandırılaraq, ənənəvi xidmət bərpa edilib.
BAKI, 9 aprel - Sputnik. Səhiyyə Nazirliyi koronavirus xəstələrinin müalicəsi üçün inşa edilən modul tipli xəstəxanaların gələcək fəaliyyətinə aydınlıq gətirib. Sputnik Azərbaycan-ın məlumatına görə, səhiyyə naziri Teymur Musayev açıqlamasında ölkədə COVID-19-a gündəlik yoluxma sayının kifayət qədər azaldığını bildirib.
Nazirin sözlərinə görə, simptomlu xəstələrin sayı da nəzərəçarpacaq dərəcədə aşağı düşüb:
“Eyni zamanda xəstəxanaya yerləşdirilən pasiyentlərin sayı da tək-tük olur. Ona görə də əksər xəstəxanalar, demək olar ki, boşdur. Modul tipli xəstəxanaların gələcək fəaliyyətinə gəlincə, həmin səhiyyə ocaqları bağlanmayıb, sadəcə fəaliyyətlərini dayandırıblar. Xatırladım ki, anoloji hal pandemiyanın müxtəlif dalğaları zamanı da baş verib. Ümid edək ki, həmin xəstəxanalar elə ehtiyat fondu kimi də qalacaq”.
Xatırladaq ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin, eləcə də, modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.
Qeyd edək ki, 7 saylı Uşaq Yoluxucu Xəstəxanası, FHN Modul, Quba Rayon Mərkəzi Xəstəxanası, Kiliniki Tibbi Mərkəzi, Gəncə Modul Pandemiya tibb müəssisəsi kimi fəaliyyəti dayandırılıb.
Bakı/Abşeron bölgəsi üzrə 4 tibb müəssisəsi - Yeni Klinika, Mərkəzi Gömrük Xəstəxanası, Məhəmmədli modul, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETACXİ), qərb bölgəsi üzrə 2 tibb müəssisəsi - Ağdaş Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Kür Qəsəbə Xəstəxanası fəaliyyətini qismən davam etdirir.
Dünən COVID-19 infeksiyasına yoluxma üzrə gündəlik aktiv xəstə sayında müşahidə olunan kəskin azalmaya uyğun olaraq, Masallı və Sabirabad Rayon Mərkəzi Xəstəxanalarının pandemiya tibb müəssisəsi kimi fəaliyyətləri dayandırılaraq, ənənəvi xidmət bərpa edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.