Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

DİM-in monopoliyası, yaxud biz niyə PR mütəxəssislər hazırlamırıq?

© AFP 2024 / ALAIN JOCARDOfis
Ofis - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Abunə olmaq
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul apardığı ixtisasları müəyyənləşdirməkdə sərbəstlik verilməlidir.
BAKI, 9 aprel — Sputnik. İbtidai insanlar yığıcılar və ovçular idi. Bu, ilk insan peşələri hesab edilir. Sonra əkinçilər onlara qoşuldu. Aqrar inqilab insanların işini artırdı, ərzaq çeşidi artsa da, qida təhlükəsizliyi nisbətən daha yaxşı təmin olunsa da...
Peşə bacarıqlarının artması, sənaye inqlibı və s. ilə yeni-yeni peşələrə yiyələndi insan nəsli.
Bu gün texnologiyanın, eləcə də iqtisadiyyatın inkişafındakı sıçrayış yeni ixtisaslar ortaya çıxarır. İnsanlar artıq gen mühəndisliyindən danışır, biotexnologiya, kibertəhlükəsizlik üzərində yeni axtarışlar edir – 300 min əvvəl od əldə edən Homosapiensin nəvələri indi yanığın təhlükəsizliyini süni intellektə etibar edir.
Daha bir peşə bu gün çox aktualdır və bazarda daim tələb olunur: PR menecer – ictimaiyyətlə əlaqələr (public relation) üzrə menecer. XXI əsrdə bazar iqtisadiyyatının amansız rəqabəti şəraitində şirkətlər ayaqda qalmaq, inkişaf etmək, rəqibləri ilə mübarizədə neytrallaşdırılmamaq üçün reklam, tanıtım, ictimaiyyətlə təmasa xüsusi fikir verməli olurlar.
PR menecer əslində, şirkətin reklam məsələsini həll edən adam deyil – o şirkətin simasıdır, onun təqdimatı şirkətin markalaşmasını, brendləşməsini təmin edir, onun gələcək aqibətini müəyyən edir və s.
Ümumdünya İctimai Əlaqələr Assosiasiyaları Assambleyası PR barədə belə tərif hazırlayıb: "Həm təşkilat, həm də ictimai maraqlara xidmət edəcək meylləri təhlil etmək, nəticələrini proqnozlaşdırmaq, təşkilat rəhbərlərinə məsləhət vermək və planlaşdırılmış fəaliyyət proqramlarını həyata keçirmək sənəti və sosial elm."
PR mütəxəssislər bu gün yalnız şirkətlərin satış həcmini artırmır, onların brendləşməsini, korporativ imicinin möhkəmlənməsini təmin etmir, həm də bütün sahələri əhatə edirlər, hətta siyasət meydanını. Siyasi texnoloqlar, ideoloqlarla bərabər onlar da siyasi proseslərə yön verir, siyasətçilərin imicinin formalaşmasında əhəmiyyətli dərəcədə iştirak edir, seçkilərin taleyinə təsir göstərir və s.
***
10 il öncə bir ərazinin "quş uçuşu" görüntüsünü əldə etmək üçün yekə bir vertalyot, yekə bir kamera ilə bazburutlu operatoru yuxarıya qaldırmalı idi – indi bu işi 500 qram ağırlığında dron və əlində pultla dayanan istənilən çəkidə idarəçi görür. Ola bilsin ki, bir neçə il sonra indi həyatımızda olan bir çox peşələr sıradan çıxacaq, ancaq PR menecerlər üçün belə risk görünmür.
Bazardakı bugünkü tələblərə rəğmən bir məsələ bizi qayğılandırmalıdır: axı niyə ölkəmizdə ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər yetişdirilmir, universitetlərimizdə bu sahə üzrə ixtisaslar yoxdur? Bu işlə məşğul olanların bir qismi xaricdə təhsil alıb, böyük bir hissəsi isə keçmiş jurnalistlər, filoloqlar və digər yaxın (bəzən isə uzaq) sahələrin əsasən mediada çalışmış yetirmələridir.
Bəlkə də ali təhsil müəssisələrinə qəbul apardığı ixtisasları müəyyənləşdirməkdə sərbəstlik vermək vaxtıdır. Onlar marketinq araşdırması ilə bazarda hansı ixtisaslara tələbin olduğunu öyrənməli və qəbul planını buna uyğunlaşdırmalıdır.
İstənilən vakansiya saytına baxsaq, onlarla PR, sosial media, KSM (korporativ sosial məsuliyyət) meneceri kimi vakansiyalara rast gələ bilərik. Bu, bazardakı tələbin bir hissəsidir. Təklif isə yetərincə kompetent deyil. Çünki Dövlət İmtahan Mərkəzinin ixtisas seçimi jurnallarında hələ ki, bu ixtisasların adları görünmür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0