https://sputnik.az/20220409/cinayetin-verilisde-acilmasi-huquq-muhafize-orqanlarinin-zeifliyinden-xeber-verir-440157888.html
Cinayətin verilişdə açılması hüquq mühafizə orqanlarının zəifliyindən xəbər verir?
Cinayətin verilişdə açılması hüquq mühafizə orqanlarının zəifliyindən xəbər verir?
Sputnik Azərbaycan
Ölkədə uşaqların zərərli informasiyalardan qorunması haqqında qanunvericiliyin tələblərinə nə dərəcədə riaytə olunur? 09.04.2022, Sputnik Azərbaycan
2022-04-09T21:52+0400
2022-04-09T21:52+0400
2022-04-09T22:48+0400
cəmiyyət
veriliş
cinayət
televiziya
psixoloq
hüquq-mühafizə orqanları
https://cdnn1.img.sputnik.az/img/42280/58/422805842_0:0:3073:1728_1920x0_80_0_0_8560fcbecbda36af892c9973ee8db404.jpg
BAKI, 9 aprel — Sputnik. Son zamanlar bəzi sosialyönümlü verilişlərdə bir neçə cinayətin üstü açılıb. Bəs ümumiyyətlə, həmin verilişlərdə cinayətlərin açılması və bu tipli verilişlərin gündüz saatlarında, uşaqların onlara baxa biləcəyi vaxt efirə getməsi doğrudurmu? Sputnik Azərbaycan bu məsələni araşdırıb.Bir çox yerli televiziyalarda rejissor kimi fəaliyyət göstərən Elçin Elxanlı hesab edir ki, cinayətin harada və necə açılmasından söhbət gedirsə, bu müsbət haldır:"Əgər cinayətin üstünü kimsə, haradasa açırsa, cinayətkar öz cəzasını alırsa, ədalət bərpa olursa, nə gözəl. Cinayətlərin verilişlərdə açılması həm də hüquq mühafizə orqanlarının, dövlət strukturlarının zəifliyindən xəbər verir. Məsələn, mənim bu yaxınlarda pulum oğurlanmışdı. Oğrunun şəxsiyyət vəsiqəsi, kart hesabları, nömrəsi də var idi. Mən şikayət etdim. Heç bir nəticə olmadı".Rejissorun fikrincə, xalq hüquq-mühafizə orqanlarından əlini üzdüyünə görə həmin verilişlərə üz tuturlar:"Orada təkcə cinayət hadisələri açılmır. Uzun illər itkin düşmüş insanları da axtarırlar və müsbət nəticələrinin də şahidi olmuşuq. Hər halda həmin insanlar verilişdən öncə hüquq-mühafizə orqanlarına da müraciət ediblər. Amma heç bir nəticə əldə etmədiklərinə görə bura üz tutublar".Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli açıqlamasında bildirir ki, Azərbaycanda uşaqların zərərli informasiyalardan qorunması haqqında xüsusi bir qanun var. Həmin qanunda anlayışlar bölümündə uşaqlar üçün zərərli verilişlər nədirsə, bunların hamısının təsnifatı verilib:"Qanunun ikinci fəslində bu verilişlərdən uşaqları necə qorumaqları ilə bağlı istiqamət verilib. Orada göstərilib ki, əslində KİV-lər yayımladıqları verilişlərin işarələnməsini aparmalıdırlar, yaş kateqoriyalarına bölməlidirlər, onları 0-6 yaş, 6-12, 12-18 olan insanlar üçün təsnifatlaşdırmaldırlar".Ekspert əlavə edir ki, həmin verilişlərin müəyyən efir saatlarında verilməsi nəzərdə tutulur ki, həmin saatlar uşaqların baxdığı saatlara təsadüf etməsin:"Təəssüf ki, bu qanunlara riayət etmirlər. Yalnız bir-iki telekanal buna riayət edir. O da simvolik xarakter daşıyır. Təəssüf ki, təkcə televiziyalarda deyil, sosial mediada da uşaqların zərərinə olan informasiyalar yayılır. Bu qanunun icrasına nəzərəti dövlət qrumu və ictimai təşkilatlar, vətəndaş cəmiyyətləri institutları həyata keçirə bilərlər. Burada konkret hansısa qurumun nəzarət etməsi ilə bağlı tapşırıq yoxdur".MTRŞ-nin Aparat rəhbəri Fazil Novruzov bildirir ki, sosial yönümlü verilişlərdə cinayətlərin üstü açıla bilməz. Bu, hüquq mühafizə orqanlarının işinə müdaxilə kimi sayıla bilər. Digər məsələlər monitoriq qrupumuzun nəzarəti altındadır. Əgər uşaqların zərərli informasiyalardan qorunması haqqında qanunvericiliyə zidd hadisə baş veribsə, ya onlara xəbərdarlıq olunur, ya da cəza tətbiq olunur: "Tutaq ki, verilişə bir nəfər çıxır və deyir ki, "mən filankəsi öldürmüşəm". Ona televiziya nə etsin, biz nə edək? Buna görə televiziya cərimələnə bilməz. Yəni, hər səsləndirilən fikirə görə, televiziya cərimələnə bilməz. Verilişin hansı saatda getməsinə gəldikdə isə, biz ona nəzarət edə bilmərik. Orada hanısa 16+, 18+ informasiyanın açıqlanması baş verərsə, biz ona müdaxilə edirik. Əks halda bizim o verilişlərə müdaxilə etməyə ixtiyarımız yoxdur".Psixoloq Leyla Əliyeva bildirir ki, haqqında danışılan verilişlər uşaqlarda aqressiyaya yol açır:"Mən uzun müddət Almaniyada psixoloq kimi çalışmışam. Orada uşaqların təlim-tərbiyəsinə xüsusi diqqət ayırırlar. Gecə saat 1-də şəhərə çıxın, görəcəksiniz ki, restoranda uşaqlar ailələri ilə birlikdə yemək yeyirlər və ya əylənirlər".Mütəxəssis bu cür verilişlərin həmin saatlarda efirə getməsini düzgün hesab etmir:"Mən əminəm ki, dediyiniz verilişlər 23:00-da da efirə getsə, uşaqlar oturub ona ailələri ilə birlikdə baxacaqlar. Bəzən orada elə hadislər baş verir ki, ora baxan uşaq yeniyetmə düşünür ki, efirdə belə danışırlarsa, onda o ifadələri mən də işlədə bilərəm. Bu verilişlər həm onların psixologiyasına, tərbiyəsinə mənfi təsir göstərir. Dərd orasındadır ki, bütün televiziyalar bir-biri ilə bəhsə girib sanki. Kanalların əksəriyyətində bu tipli verilişlər var və onlar ən çox reytinq toplayır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20211012/yalanci-mollalar-pedofil-kesisler-viruslu-facebook-ve-etirafci-bas-nazir-434013339.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42280/58/422805842_161:0:2892:2048_1920x0_80_0_0_8c3ccabda22121a189e13e6a4f1a86fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
veriliş, cinayət, televiziya, psixoloq, hüquq-mühafizə orqanları
veriliş, cinayət, televiziya, psixoloq, hüquq-mühafizə orqanları
Cinayətin verilişdə açılması hüquq mühafizə orqanlarının zəifliyindən xəbər verir?
21:52 09.04.2022 (Yenilənib: 22:48 09.04.2022) Ölkədə uşaqların zərərli informasiyalardan qorunması haqqında qanunvericiliyin tələblərinə nə dərəcədə riaytə olunur?
BAKI, 9 aprel — Sputnik. Son zamanlar bəzi sosialyönümlü verilişlərdə bir neçə cinayətin üstü açılıb. Bəs ümumiyyətlə, həmin verilişlərdə cinayətlərin açılması və bu tipli verilişlərin gündüz saatlarında, uşaqların onlara baxa biləcəyi vaxt efirə getməsi doğrudurmu? Sputnik Azərbaycan bu məsələni araşdırıb.
Bir çox yerli televiziyalarda rejissor kimi fəaliyyət göstərən Elçin Elxanlı hesab edir ki, cinayətin harada və necə açılmasından söhbət gedirsə, bu müsbət haldır:
"Əgər cinayətin üstünü kimsə, haradasa açırsa, cinayətkar öz cəzasını alırsa, ədalət bərpa olursa, nə gözəl. Cinayətlərin verilişlərdə açılması həm də hüquq mühafizə orqanlarının, dövlət strukturlarının zəifliyindən xəbər verir. Məsələn, mənim bu yaxınlarda pulum oğurlanmışdı. Oğrunun şəxsiyyət vəsiqəsi, kart hesabları, nömrəsi də var idi. Mən şikayət etdim. Heç bir nəticə olmadı".
Rejissorun fikrincə, xalq hüquq-mühafizə orqanlarından əlini üzdüyünə görə həmin verilişlərə üz tuturlar:
"Orada təkcə cinayət hadisələri açılmır. Uzun illər itkin düşmüş insanları da axtarırlar və müsbət nəticələrinin də şahidi olmuşuq. Hər halda həmin insanlar verilişdən öncə hüquq-mühafizə orqanlarına da müraciət ediblər. Amma heç bir nəticə əldə etmədiklərinə görə bura üz tutublar".
Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli açıqlamasında bildirir ki, Azərbaycanda uşaqların zərərli informasiyalardan qorunması haqqında xüsusi bir qanun var. Həmin qanunda anlayışlar bölümündə uşaqlar üçün zərərli verilişlər nədirsə, bunların hamısının təsnifatı verilib:
"Qanunun ikinci fəslində bu verilişlərdən uşaqları necə qorumaqları ilə bağlı istiqamət verilib. Orada göstərilib ki, əslində KİV-lər yayımladıqları verilişlərin işarələnməsini aparmalıdırlar, yaş kateqoriyalarına bölməlidirlər, onları 0-6 yaş, 6-12, 12-18 olan insanlar üçün təsnifatlaşdırmaldırlar".
Ekspert əlavə edir ki, həmin verilişlərin müəyyən efir saatlarında verilməsi nəzərdə tutulur ki, həmin saatlar uşaqların baxdığı saatlara təsadüf etməsin:
"Təəssüf ki, bu qanunlara riayət etmirlər. Yalnız bir-iki telekanal buna riayət edir. O da simvolik xarakter daşıyır. Təəssüf ki, təkcə televiziyalarda deyil, sosial mediada da uşaqların zərərinə olan informasiyalar yayılır. Bu qanunun icrasına nəzərəti dövlət qrumu və ictimai təşkilatlar, vətəndaş cəmiyyətləri institutları həyata keçirə bilərlər. Burada konkret hansısa qurumun nəzarət etməsi ilə bağlı tapşırıq yoxdur".
MTRŞ-nin Aparat rəhbəri Fazil Novruzov bildirir ki, sosial yönümlü verilişlərdə cinayətlərin üstü açıla bilməz. Bu, hüquq mühafizə orqanlarının işinə müdaxilə kimi sayıla bilər. Digər məsələlər monitoriq qrupumuzun nəzarəti altındadır. Əgər uşaqların zərərli informasiyalardan qorunması haqqında qanunvericiliyə zidd hadisə baş veribsə, ya onlara xəbərdarlıq olunur, ya da cəza tətbiq olunur:
"Tutaq ki, verilişə bir nəfər çıxır və deyir ki, "mən filankəsi öldürmüşəm". Ona televiziya nə etsin, biz nə edək? Buna görə televiziya cərimələnə bilməz. Yəni, hər səsləndirilən fikirə görə, televiziya cərimələnə bilməz. Verilişin hansı saatda getməsinə gəldikdə isə, biz ona nəzarət edə bilmərik. Orada hanısa 16+, 18+ informasiyanın açıqlanması baş verərsə, biz ona müdaxilə edirik. Əks halda bizim o verilişlərə müdaxilə etməyə ixtiyarımız yoxdur".
Psixoloq Leyla Əliyeva bildirir ki, haqqında danışılan verilişlər uşaqlarda aqressiyaya yol açır:
"Mən uzun müddət Almaniyada psixoloq kimi çalışmışam. Orada uşaqların təlim-tərbiyəsinə xüsusi diqqət ayırırlar. Gecə saat 1-də şəhərə çıxın, görəcəksiniz ki, restoranda uşaqlar ailələri ilə birlikdə yemək yeyirlər və ya əylənirlər".
Mütəxəssis bu cür verilişlərin həmin saatlarda efirə getməsini düzgün hesab etmir:
"Mən əminəm ki, dediyiniz verilişlər 23:00-da da efirə getsə, uşaqlar oturub ona ailələri ilə birlikdə baxacaqlar. Bəzən orada elə hadislər baş verir ki, ora baxan uşaq yeniyetmə düşünür ki, efirdə belə danışırlarsa, onda o ifadələri mən də işlədə bilərəm. Bu verilişlər həm onların psixologiyasına, tərbiyəsinə mənfi təsir göstərir. Dərd orasındadır ki, bütün televiziyalar bir-biri ilə bəhsə girib sanki. Kanalların əksəriyyətində bu tipli verilişlər var və onlar ən çox reytinq toplayır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.