CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bazar günü hava necə olacaq

© Sputnik / Murad OrujovОблачная погода в Баку, фото из архива
Облачная погода в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Abunə olmaq
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
BAKI, 9 aprel - Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-20° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sel suları - Sputnik Azərbaycan, 1920, 29.03.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Seldən əziyyət çəkənlərə kompensasiya ödəniləcək
Xəbər lenti
0