https://sputnik.az/20220329/selden-eziyyet-cekenlere-kompensasiya-odenilecek-440554767.html
Seldən əziyyət çəkənlərə kompensasiya ödəniləcək
Seldən əziyyət çəkənlərə kompensasiya ödəniləcək
Sputnik Azərbaycan
Tahir Rzayevin sözlərinə görə, sel geniş ərazini əhatə etmədiyinə görə işlər qısa zamanda yekunlaşa bilər. 29.03.2022, Sputnik Azərbaycan
2022-03-29T10:35+0400
2022-03-29T10:35+0400
2022-03-29T10:55+0400
sel
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/03/15/440358653_0:51:1000:614_1920x0_80_0_0_36f84ab03abc2133aadf64e6d08af12f.jpg
BAKI, 29 mart — Sputnik. Mart ayında yağan intensiv yağışlar bəzi cənub rayonlarında təsərrüfat sahiblərinə ciddi zərər vurub. Əkin sahələrinin su altında qalması onları çıxılmaz vəziyyətdə qoyub. Kənd təsərrüfatı ilə yanaşı, ev və obyektlərə də ciddi ziyan dəyib. Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vətəndaşlara dəymiş zərərin ödənməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Komitə sədri bildirib ki, cənub bölgəsində seldən zərər çəkmiş vətəndaşlara kompensasiya ödənəcək. Onun sözlərinə görə, sel nəticəsində Masallı və Cəlilabad rayonlarında əhaliyə dəymiş zərərin ödənməsi nəzərdə tutulub.O qeyd edib ki, artıq selin əhaliyə vurduğu zərərin hesablanmasına başlanıb. Tahir Rzayevin sözlərinə görə, sel geniş ərazini əhatə etmədiyinə görə işlər qısa zamanda yekunlaşa bilər.Xatırladaq ki, son günlər ölkənin cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, həmçinin qısamüddətli sel və daşqın müşahidə olunub. Nəticədə Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər subasmaya məruz qalıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evlərini su basmış sakinləri təxliyə ediblər. İntensiv yağışlar kənd təsərrüfatına da ciddi ziyan vurub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/15/440358653_57:0:944:665_1920x0_80_0_0_2f4a4d2006fccf2366b9501d6837648e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
sel
Seldən əziyyət çəkənlərə kompensasiya ödəniləcək
10:35 29.03.2022 (Yenilənib: 10:55 29.03.2022) Tahir Rzayevin sözlərinə görə, sel geniş ərazini əhatə etmədiyinə görə işlər qısa zamanda yekunlaşa bilər.
BAKI, 29 mart — Sputnik. Mart ayında yağan intensiv yağışlar bəzi cənub rayonlarında təsərrüfat sahiblərinə ciddi zərər vurub. Əkin sahələrinin su altında qalması onları çıxılmaz vəziyyətdə qoyub. Kənd təsərrüfatı ilə yanaşı, ev və obyektlərə də ciddi ziyan dəyib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vətəndaşlara dəymiş zərərin ödənməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Komitə sədri bildirib ki, cənub bölgəsində seldən zərər çəkmiş vətəndaşlara kompensasiya ödənəcək. Onun sözlərinə görə, sel nəticəsində Masallı və Cəlilabad rayonlarında əhaliyə dəymiş zərərin ödənməsi nəzərdə tutulub.
O qeyd edib ki, artıq selin əhaliyə vurduğu zərərin hesablanmasına başlanıb. Tahir Rzayevin sözlərinə görə, sel geniş ərazini əhatə etmədiyinə görə işlər qısa zamanda yekunlaşa bilər.
Xatırladaq ki, son günlər ölkənin cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, həmçinin qısamüddətli sel və daşqın müşahidə olunub. Nəticədə Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər subasmaya məruz qalıb.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evlərini su basmış sakinləri təxliyə ediblər. İntensiv yağışlar kənd təsərrüfatına da ciddi ziyan vurub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.