Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda daha bir vaksinin sınağına başlanılacaq

© AFP 2024 / ADEM ALTAN"Turkovac" peyvəndi
Turkovac peyvəndi - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Abunə olmaq
Hazırda Azərbaycanda koronavirus əleyhinə peyvəndin 3-cü qüvvətləndirici dozası tətbiq edilir.
BAKI, 9 aprel - Sputnik. “Azərbaycanda Türkiyə istehsalı olan “TURKOVAC” vaksininin üçüncü faza sınaqlarında könüllü iştirak etmək istəyən şəxslər var". Sputnik Azərbaycan xəbər verir, bunu səhiyyə naziri Teymur Musayev açıqlamasında deyib.
İki ölkə arasında imzalanan müqaviləyə əsasən, sınaqların Bakı Sağlamlıq Mərkəzində baş tutacağını xatırladan nazir bildirib ki, artıq könüllü olmaq üçün müraciət edənlər var:
“Ümumi nəticələr əldə olunduqdan sonra yekun məlumatlar Türkiyə tərəfinə təqdim olunacaq. Yekun nəticələr barədə də ictimaiyyətə rəsmi açıqlama veriləcək”.
T.Musayev vurğulayıb ki, Azərbaycan pandemiya dövründə vaksinasiya kampaniyasına qoşulan ilk ölkələrdən olub:
“Həm ölkə vətəndaşlarının, həm də Azərbaycanda daimi və müvəqqəti yaşayış icazəsi olan xarici vətəndaşların vaksinlərə əlçatanlığı təmin edilib. “TURKOVAC”ın üçüncü faza sınaqları isə sırf buster doza kimi istifadə üçün nəzərdə tutulub. Təbii ki, uğurlu olandan sonra vətəndaşlarımıza seçim kimi təqdim olunacaq”.
Qeyd edək ki, martın 9-da Türkiyə Sağlamlıq İnstitutu ilə Bakı Sağlamlıq Mərkəzi arasında “TURKOVAC” vaksininin kliniki sınaqlarının başlanmasına dair müqavilə imzalanıb. Məlumat üçün bildirək ki, 2021-ci ilin yanvarından Azərbaycanda əhalinin risk qrupuna aid təbəqəsinin vaksinasiyasına başlanılıb.
Yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanıldı və 70%-dən yuxarı tibb işçisi vaksinasiya olundu. 8 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşlar üçün, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına başlanıldı. Bundan sonra 18 yaşdan yuxarı əhalinin peyvəndlənməsinə start verildi.
Ölkədə artıq 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası da aparılır. Ancaq bu zaman müəyyən şərtlər irəli sürülür. Azyaşlılar COVID-19-a qarşı yalnız RNT texnologiyası əsasında hazırlanmış "Pfizer" peyvəndi ilə vaksinasiya oluna bilərlər. Bundan başqa, bu barədə müvafiq tibbi göstəriş və hər iki valideynin razılığı tələb olunur.
Hazırda ölkəmizdə koronavirus əleyhinə peyvəndin 3-cü qüvvətləndirici dozası tətbiq edilir. İndiyədək ölkəmizdə koronavirusa qarşı 4 növ vaksin tətbiq edilirdi. Bunlar "Pfizer", "AstraZeneca", "Sinovac" və "Sputnik V" vaksinləridir. Azərbaycanda COVID-19 əleyhinə "AstraZeneca" peyvəndinin istifadəsi dayandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Səhiyyə naziri Teymur Musayev  - Sputnik Azərbaycan, 1920, 09.04.2022
SƏHİYYƏ
Qapalı məkanlarda maska nə vaxt ləğv olunacaq? - Rəsmi
Xəbər lenti
0