https://sputnik.az/20220407/eliyev-ve-erdogan-brussel-gorusunun-neticelerini-muzakire-edibler-440912880.html
Əliyev və Ərdoğan Brüssel görüşünün nəticələrini müzakirə ediblər
Əliyev və Ərdoğan Brüssel görüşünün nəticələrini müzakirə ediblər
Sputnik Azərbaycan
Prezidentlərin söhbəti zamanı Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasının region ölkələrinin inkişafına və firavanlığına xidmət edəcəyi vurğulanıb. 07.04.2022, Sputnik Azərbaycan
2022-04-07T22:17+0400
2022-04-07T22:17+0400
2022-04-07T22:21+0400
siyasət
prezident ilham əliyev
rəcəb tayyip ərdoğan
telefon
brüssel
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440031216_0:71:1960:1174_1920x0_80_0_0_cce90ea1820ebf4001c32905409b22d2.jpg
BAKI, 7 aprel - Sputnik. Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir.Telefon danışığı əsnasında aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüş haqda söhbət aparılıb.Prezident İlham Əliyev görüşün nəticələrini müsbət qiymətləndirdiyini bildirib.Dövlətimizin başçısı Azərbaycanın təqdim etdiyi baza prinsipləri, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə sülh müqaviləsinin hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun yaradılması, həmçinin sərhədlərin delimitasiyası üzrə kommissiyanın təsis edilməsi barədə əldə olunmuş qərarları qeyd edib.Prezident Rəcəb Tayyib Ərdoğan da öz növbəsində əldə olunmuş nəticələrdən məmnunluğunu ifadə edib.Söhbət zamanı Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının, nəqliyyat-kommunikasiya xətlərinin qurulmasının regionda davamlı sülhün və sabitliyin təmin olunmasına, region ölkələrinin inkişafına və firavanlığına xidmət edəcəyi vurğulanıb.Dövlət başçıları, həmçinin Azərbaycan və Türkiyə arasında ikitərəfli müttəfiqlik əlaqələrinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220407/brusselden-cixan-netice-baki-ve-yerevanin-razilasmasi-hamini-qane-edir-440895320.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440031216_150:0:1810:1245_1920x0_80_0_0_b2b24b8c353cd47de310cf045e092e7f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, rəcəb tayyip ərdoğan, telefon, brüssel
prezident ilham əliyev, rəcəb tayyip ərdoğan, telefon, brüssel
Əliyev və Ərdoğan Brüssel görüşünün nəticələrini müzakirə ediblər
22:17 07.04.2022 (Yenilənib: 22:21 07.04.2022) Prezidentlərin söhbəti zamanı Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasının region ölkələrinin inkişafına və firavanlığına xidmət edəcəyi vurğulanıb.
BAKI, 7 aprel - Sputnik. Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir.
Telefon danışığı əsnasında aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüş haqda söhbət aparılıb.
Prezident İlham Əliyev görüşün nəticələrini müsbət qiymətləndirdiyini bildirib.
Dövlətimizin başçısı Azərbaycanın təqdim etdiyi baza prinsipləri, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə sülh müqaviləsinin hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun yaradılması, həmçinin sərhədlərin delimitasiyası üzrə kommissiyanın təsis edilməsi barədə əldə olunmuş qərarları qeyd edib.
Prezident Rəcəb Tayyib Ərdoğan da öz növbəsində əldə olunmuş nəticələrdən məmnunluğunu ifadə edib.
Söhbət zamanı Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının, nəqliyyat-kommunikasiya xətlərinin qurulmasının regionda davamlı sülhün və sabitliyin təmin olunmasına, region ölkələrinin inkişafına və firavanlığına xidmət edəcəyi vurğulanıb.
Dövlət başçıları, həmçinin Azərbaycan və Türkiyə arasında ikitərəfli müttəfiqlik əlaqələrinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.