https://sputnik.az/20220407/brusselden-cixan-netice-baki-ve-yerevanin-razilasmasi-hamini-qane-edir-440895320.html
Brüsseldən çıxan nəticə: Bakı və Yerevanın razılaşması hamını qane edir
Brüsseldən çıxan nəticə: Bakı və Yerevanın razılaşması hamını qane edir
Sputnik Azərbaycan
Ekspertlər hesab edirlər ki, aprelin 6-da keçirilmiş görüş Azərbaycanla Ermənistan arasında və regionda gərginliyin azalması, həmçinin sülh müqaviləsinin... 07.04.2022, Sputnik Azərbaycan
2022-04-07T16:00+0400
2022-04-07T16:00+0400
2022-04-07T16:00+0400
brüssel
siyasət
prezident ilham əliyev
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
şarl mişel
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440882226_0:226:3072:1954_1920x0_80_0_0_c621dca29bb610b2d0624090a542823e.jpg
BAKI, 7 aprel — Sputnik. Brüssel görüşündə konkret planlar ortaya qoyulduğuna görə məhsuldar hesab edilə bilər. Bunu Sputnik Azərbaycan-a aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini şərh edərkən politoloq Tofiq Abbasov deyib.Politoloq hesab edir ki, danışıqların nəticəsinə görə nikbinliyə əsas olduğunu düşünmək olar, ancaq Ermənistanın və erməni siyasətçilərinin davranışlarına bələd olduğumuz üçün birmənalı şəkildə "bütün işlər həllini tapdı" deyə bilmərik: "Biz bundan əvvəl də görmüşük ki, Ermənistan tərəfi əldə olunmuş razılıqları pozmaq üçün müxtəlif sabotajlara əl atıb. Ancaq indi vəziyyət belədir ki, prosesin uzanması Ermənistanın ağır vəziyyətini daha da ağırlaşdırır"."Ermənistan Zəngəzur dəhlizinin açılması prosesindəki süründürməçilik siyasəti ilə itirən tərəfdir", – deyən Tofiq Abbasov Azərbaycanın İranla bağladığı tarixi sazişlə o işlək kartı da Ermənistanın əlindən aldığını deyib.O hesab edir ki, Azərbaycanın qarşısında xeyli alternativlər var: "Ermənistandan fərqli olaraq Azərbaycanın aydın və yekdil mövqeyi var. Paşinyan hakimiyyəti regionda marağı olan ABŞ və digər Qərb dairələrinə loyallığını nümayiş etdirmək istəyir. Amma bu, dövlət idarəçiliyində çox uğursuz bir yanaşmadır"."Mən düşünürəm ki, son cərəyan edən proseslərə Rusiyanın münasibəti normal olmalıdır. Çünki ötən Brüssel görüşünə qədər Rusiyanın Soçi şəhərində görüş keçirilmişdi. Bu danışıqlar nəticəsində ortaya çıxan gündəlik demək olar ki, bütün maraqlı tərəflərin gözləntilərinə cavab verirdi. O baxımdan, proseslərə Rusiyanın hər hansı müqaviməti və narazılığı olmalı deyil. Rusiyanın marağındadır ki, Cənubi Qafqazdakı vəziyyət birmənalı və dönməz şəkildə sülhə doğru inkişaf etsin", – deyə politoloq qeyd edib.Millət vəkili Arzu Nağıyev isə hesab edir ki, Brüssel görüşü çox məhsuldar olub, Azərbaycan diplomatiyasının və xarici siyasətinin uğuru kimi dəyərləndirilməlidir.Millət vəkili görüşdən əvvəlki dövrdə Azərbaycanın Ermənistana 5 maddədən ibarət təkliflər paketi təqdim etdiyini yada salaraq bildirib ki, bu, qarşı tərəfi mövcud situasiya ilə razılaşmağa məcbur edirdi: "Ermənistandan Azərbaycanın təklifləri ilə bağlı müsbət ritorikalı açıqlamalar gəlirdi, amma bununla yanaşı görüşdən öncəki açıqlamalarda qondarma qurumla bağlı bir sıra iddialar da səsləndirilirdi. Ancaq biz gördük ki, görüşdə ümumiyyətlə nə status, nə də ki, separatçı qurumla bağlı mövzuya toxunulmadı və bu da ən vacib məsələlərdən biridir".A.Nağıyevin sözlərinə görə, delimitasiya və demarkasiya, kommunikasiya, əsas da avtomobil və dəmir yollarının açılması ilə bağlı görüləcək işlər çox böyük əhəmiyyət kəsb edir. Çünki burada artıq təkcə münaqişəli tərəflərin deyil, beynəlxalq qurumların və dövlətlərin da öz özəl maraqları var."Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü Azərbaycanın maraqlarına tam cavab verir, regionda gərginliyin azalması və sülh müqaviləsinin imzalanmasına ciddi zəmin yaradır. Bu, hərtərəfli inkişafa nail olmaq üçün vacib məsələdir", - millət vəkili əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220407/kreml-brussel-danisiqlarina-munasibetini-aciqladi-440895533.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440882226_341:0:3072:2048_1920x0_80_0_0_602cba74f5d389c28804d322478f8328.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
brüssel, prezident ilham əliyev, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, şarl mişel, avropa ittifaqı
brüssel, prezident ilham əliyev, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, şarl mişel, avropa ittifaqı
Brüsseldən çıxan nəticə: Bakı və Yerevanın razılaşması hamını qane edir
Ekspertlər hesab edirlər ki, aprelin 6-da keçirilmiş görüş Azərbaycanla Ermənistan arasında və regionda gərginliyin azalması, həmçinin sülh müqaviləsinin imzalanmasına ciddi zəmin yaradır.
BAKI, 7 aprel — Sputnik. Brüssel görüşündə konkret planlar ortaya qoyulduğuna görə məhsuldar hesab edilə bilər. Bunu Sputnik Azərbaycan-a aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini şərh edərkən politoloq Tofiq Abbasov deyib.
Politoloq hesab edir ki, danışıqların nəticəsinə görə nikbinliyə əsas olduğunu düşünmək olar, ancaq Ermənistanın və erməni siyasətçilərinin davranışlarına bələd olduğumuz üçün birmənalı şəkildə "bütün işlər həllini tapdı" deyə bilmərik: "Biz bundan əvvəl də görmüşük ki, Ermənistan tərəfi əldə olunmuş razılıqları pozmaq üçün müxtəlif sabotajlara əl atıb. Ancaq indi vəziyyət belədir ki, prosesin uzanması Ermənistanın ağır vəziyyətini daha da ağırlaşdırır".
"Ermənistan Zəngəzur dəhlizinin açılması prosesindəki süründürməçilik siyasəti ilə itirən tərəfdir", – deyən Tofiq Abbasov Azərbaycanın İranla bağladığı tarixi sazişlə o işlək kartı da Ermənistanın əlindən aldığını deyib.
O hesab edir ki, Azərbaycanın qarşısında xeyli alternativlər var: "Ermənistandan fərqli olaraq Azərbaycanın aydın və yekdil mövqeyi var. Paşinyan hakimiyyəti regionda marağı olan ABŞ və digər Qərb dairələrinə loyallığını nümayiş etdirmək istəyir. Amma bu, dövlət idarəçiliyində çox uğursuz bir yanaşmadır".
"Mən düşünürəm ki, son cərəyan edən proseslərə Rusiyanın münasibəti normal olmalıdır. Çünki ötən Brüssel görüşünə qədər Rusiyanın Soçi şəhərində görüş keçirilmişdi. Bu danışıqlar nəticəsində ortaya çıxan gündəlik demək olar ki, bütün maraqlı tərəflərin gözləntilərinə cavab verirdi. O baxımdan, proseslərə Rusiyanın hər hansı müqaviməti və narazılığı olmalı deyil. Rusiyanın marağındadır ki, Cənubi Qafqazdakı vəziyyət birmənalı və dönməz şəkildə sülhə doğru inkişaf etsin", – deyə politoloq qeyd edib.
Millət vəkili Arzu Nağıyev isə hesab edir ki, Brüssel görüşü çox məhsuldar olub, Azərbaycan diplomatiyasının və xarici siyasətinin uğuru kimi dəyərləndirilməlidir.
Millət vəkili görüşdən əvvəlki dövrdə Azərbaycanın Ermənistana 5 maddədən ibarət təkliflər paketi təqdim etdiyini yada salaraq bildirib ki, bu, qarşı tərəfi mövcud situasiya ilə razılaşmağa məcbur edirdi: "Ermənistandan Azərbaycanın təklifləri ilə bağlı müsbət ritorikalı açıqlamalar gəlirdi, amma bununla yanaşı görüşdən öncəki açıqlamalarda qondarma qurumla bağlı bir sıra iddialar da səsləndirilirdi. Ancaq biz gördük ki, görüşdə ümumiyyətlə nə status, nə də ki, separatçı qurumla bağlı mövzuya toxunulmadı və bu da ən vacib məsələlərdən biridir".
A.Nağıyevin sözlərinə görə, delimitasiya və demarkasiya, kommunikasiya, əsas da avtomobil və dəmir yollarının açılması ilə bağlı görüləcək işlər çox böyük əhəmiyyət kəsb edir. Çünki burada artıq təkcə münaqişəli tərəflərin deyil, beynəlxalq qurumların və dövlətlərin da öz özəl maraqları var.
"Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü Azərbaycanın maraqlarına tam cavab verir, regionda gərginliyin azalması və sülh müqaviləsinin imzalanmasına ciddi zəmin yaradır. Bu, hərtərəfli inkişafa nail olmaq üçün vacib məsələdir", - millət vəkili əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.