CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qeyri-rəsmi münasibətlərə maraq niyə artıb?

© Sputnik / Evgeniy Odinokov / Mediabanka keçidCütlük
Cütlük - Sputnik Azərbaycan, 1920, 06.03.2022
Abunə olmaq
Sosioloq örnək ailələrlə bağlı proqramların artırılmasının, bu cür maarifləndirici layihələrin icra olunmasının tərəfdarı olduğunu bildirib
BAKI, 6 mart — Sputnik. Qanunvericiliklə müəyyən edilmiş qaydada nikaha daxil olmadan ailə quran və ya birgəyaşayış münasibətlərində olan şəxslərin sayının artması, habelə nikahdankənar və tibb müəssisəsindən kənar yeni doğulanların doğum haqqında şəhadətnamə ilə təmin edilməməsi belə uşaqların hüquqlarının və qanuni maraqlarının yetərli səviyyədə müdafiəsinə imkan vermir.
Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Maraqlıdır, cütlükləri qeyri-rəsmi münasibətlərə təhrik edən səbəblər hansılardır?
Sosioloq Üzeyir Şəfiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müxtəlif yan təsirlərin nikaha marağın azalmasında payı var: "Təkcə Azərbaycanda deyil, bütün dünyada ailə institutunda dəyişikliklər baş verir. Həmin dəyişikliklər xüsusən də ailə planlaşdırılması ilə bağlıdır. Statistikada nikahların sayında azalma, boşanmaların sayında artım var. Proqnozlar isə belədir ki, boşanma saldosu artan dinamika ilə davam edəcək. Ailələrin strukturunda, məzmununda dəyişikliklər var. Öncələr ailə stereotipləri var idi. Öncələr boşanmalara faciə kimi baxılırdısa, artıq bu gün boşanmalara tolerant yanaşılır".
Mütəxəssis deyir ki, öncələr cütlüklər sterotiplərlə yaşasalar da, artıq cütlüklər həmin stereotiplərlə yaşamaq istəmirlər: "Ailə münasibətlərinə konservativ münasibətlər dəyişib. Öncələr erkən yaşda evliliklər diqqət çəkirdisə, artıq ailə planlaması 25-30 yaş, hətta bundan yuxarı yaşı əhatə edir. Gənclər daha çox karyeranı, məişət şəraitinin yaxşılaşdırılmasını düşünürlər. Bütün bunlardan sonra tərəflər ailə qurmağı fikirləşirlər".
Qeyri-rəsmi münasibətlərə gəldikdə mütəxəssis bildirir ki, belə münasibətlər hər zaman olub: "Ailə dəyərlərinə münasibətdə bir qədər dəyişikliklər baş verir. Buna təsir edən səbəblər müxtəlifdir. Seriallar, sosial şəbəkələr, xarici təsirlər şübhəsiz ki, Azərbaycan cəmiyyətində ailə dəyərlərində dəyişikliklərə səbəb olub".
O bildirir ki, özəl telekanallarda olan bəzi proqramlar ailə dəyərlərini sarsıdır. Üzeyir Şəfiyev deyir ki, belə proqramların qarşısı alınmalıdır.
Mütəxəssis örnək ailələrlə bağlı proqramların artırılmasının, bu cür maarifləndirici layihələrin icra olunmasının tərəfdarı olduğunu bildirib.
Cəmiyyət nə düşünür?
Apardığımız sorğu zamanı bir çoxları rəsmi nikahın məhdudiyyətlər və bir ömür boyu bu məhdudiyyətlərlə yaşamaq məcburiyyəti yaratdığını dedi. Soröu iştirakçıları rəsmi nikahın sərbəst yaşama mədudiyyət qoyduğunu önə çəkərək bu səbəbdən cütlüklərin daha gec ailə qurduğunu qeyd edib.
Bundan başqa, tərəflər ailə qurduqdan sonra kənar şəxslərin ailəyə müdaxilələrinin olmasının əlavə söz-söhbətlər yaratdıqlarını, bunun da ailədə ikili münasibətlərə mənfi təsir etdiyini qeyd edib.
Sorğu iştirakçıları arasında rəsmi nikahlara tərəf olanlar da var. Onlar rəsmiyyətin daha önəmli olduğunu, qeyri-rəsmi münasibətin isə əxlaqdan kənar olduğunu vurğulayıblar.
Ötən ilin statistikası nə deyir?
2021-ci ildə Azərbaycanda bağlanmış nikahların sayı 59,3%, boşanmaların sayı 17,5% artıb.
2021-ci ildə Azərbaycan əhalisinin sayı 37,233 min nəfər və ya 0,4% artaraq 2022-ci il yanvarın 1-nə 10 milyon 156,366 min nəfər təşkil edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Əhalinin 22,7%-i Bakıda yaşayır.
2021-ci ildə ölkə üzrə 112,284 min doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 11,3% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,2 təşkil edib. Körpələrdən 2,958-sı əkiz, 84-ü üçəm, 12-si isə dördəm doğulub.
Bu dövrdə 76,878 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 7,7 təşkil edib. 2020-ci ildə 7,6 olub. Ölənlərin 60,3%-i 65 yaş və yuxarı– 46,334 min nəfər, 21,004 min nəfər – 50-64 yaş arası (27,3%), 7, 747 min nəfər – 18-49 yaş arası olnlar (10,1%), 1,793 min nəfər – 17- yaşınadək olan şəxslərdir (2,3%).
2021-ci ildə ölkədə qeydiyyat şöbələri tərəfindən 56,314 min nikah (2020-ci illə müqayisədə artım 59,3%) və 17,191 min boşanma halı (artım 17,5%) qeydə alınıb.
Bu dövrdə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2 397 min nəfər gələn və 570 min nəfər ölkədən gedən qeydə alınıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, nikah səviyyəsi Bakı şəhərində (6,2), Şəki-Zaqatala (6,1), Dağlıq Şirvan, Qarabağ və Quba-Xaçmaz (5,9) iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında (5,8) olub.
Boşanma səviyyəsi isə Bakı şəhərində (2,3), Abşeron-Xızı, Gəncə-Daşkəsən və Şərqi Zəngəzur (2,0), Qarabağ (1,8) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0