https://sputnik.az/20220404/seyahetciler-gomruk-serhed-buraxilis-menteqelerinden-vaxt-itirmeden-buraxilacaq-440699877.html
Səyahətçilər gömrük-sərhəd buraxılış məntəqələrindən vaxt itirmədən buraxılacaq
Səyahətçilər gömrük-sərhəd buraxılış məntəqələrindən vaxt itirmədən buraxılacaq
Sputnik Azərbaycan
"Terrorçuların səyahətinə qarşı mübarizə Proqramı" layihəsi çərçivəsində 2019-cu ildən bu günədək qarşılıqlı əməkdaşlıq həyata keçirilir. 04.04.2022, Sputnik Azərbaycan
2022-04-04T10:01+0400
2022-04-04T10:01+0400
2022-04-04T10:01+0400
səyahət
cəmiyyət
sərhəd
keçid
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698914_0:0:3072:1728_1920x0_80_0_0_b405732eecc342d840d883cb4424b7ac.jpg
BAKI, 4 aprel — Sputnik. Azərbaycanda "Sərnişinlərə dair ilkin məlumat" (API) və "Sərnişin adlarının qeydiyyatı" (PNR) sistemlərinin qurulması səyahətçilərin gömrük-sərhəd buraxılış məntəqələrindən sürətli keçidini təmin edəcək.Sputnik Azərbaycan-ın Dövlət Gömrük Komitəsinə istinadən xəbərinə görə, bunu DGK sədr müavini Cavad Qasımov Qətərin Doha şəhərində keçirilmiş Texniki Yardım Benefisiarlarının İllik Forumunda çıxışı zamanı bildirib:"Azərbaycanda API və PNR sistemlərinin müvəffəqiyyətlə qurulması və istifadəsi, məlumatların dövlət orqanlarına əvvəlcədən ötürülməsi və səmərəli risk sisteminin tətbiqi nəzərdə tutulur. Bu tədbir dövlət qurumları, aviaşirkətlər və digər maraqlı tərəflər arasında mövcud prosedurların sadələşdirilməsi, məlumat analizi bazalarının inkişaf etdirilməsi, gömrük nəzarətinin idarəedilməsi üçün risk əsaslı modelin yaradılması və idarəetmə strategiyasının gücləndirilməsinə imkan yaradacaq".Onun sözlərinə görə, bu sistemlərin istifadəyə verilməsi ölkəmizin milli maraqlarına zərər verə biləcək şəxslərin və malların, eləcə də terrorizm və qaçaqmalçılığın, transmilli cinayətkarlığın, o cümlədən çirkli pulların yuyulmasının qarşısının vaxtında alınması, həmçinin milli qanunvericiliyin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Ümumdünya Gömrük Təşkilatının sənədlərinə, o cümlədən Çikaqo Konvensiyasının 9-cu əlavəsinin 9-cu fəslində göstərilmiş beynəlxalq standartlara, öhdəliklərə və tövsiyələrə uyğunlaşdırılmasına imkan yaradacaq.C.Qasımov qeyd edib ki, "Azərbaycanda "Sərnişinlərə dair ilkin məlumat" (API) və "Sərnişin adlarının qeydiyyatı" (PNR) sistemlərinin qurulması" üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupa Dövlət Gömrük Komitəsi rəhbərlik edir:"Həmin sahənin inkişaf etdirilməsi məqsədilə Terrorizmə qarşı Mübarizə İdarəsinin timsalında BMT ilə Azərbaycan arasında sözügedən təşkilatın "Terrorçuların səyahətinə qarşı mübarizə Proqramı" layihəsi çərçivəsində 2019-cu ildən bu günədək qarşılıqlı əməkdaşlıq həyata keçirilir".Bundan əlavə, "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamının icrası üzrə görülən işlər çərçivəsində məlumatların əvvəlcədən gömrük və sərhəd orqanlarına ötürülməsinin təmin edilməsi və səmərəli risk sisteminin tətbiqi səyahətçilərin gömrük-sərhəd buraxılış məntəqələrindən vaxt itkisinə məruz qalmadan sadələşdirilmiş qaydada buraxılışına mühüm təsir göstərəcək.C.Qasımov onu da bildirib ki, birgə fəaliyyət nəticəsində bu il yanvarın 25-də DGK-nın nəzdində Sərnişin Məlumat Mərkəzi açılıb. Hazırda əsas hədəf qısa müddət ərzində "goTravel" risk idarəetmə sisteminin tətbiqinə başlamaqdır.Qeyd edək ki, BMT-nin Terrorizmə qarşı Mübarizə İdarəsinin və Qətər Dövlətinin təşkilatçılığı ilə keçirilən Foruma texniki yardım üzrə benefisiar ölkələrin, donorların və potensialın artırılması üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri qatılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220401/quru-serhedlerin-acilmasi-niye-dasa-direnib-440695882.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698914_341:0:3072:2048_1920x0_80_0_0_ff922f43fa4fa7b733d97ef0bb26c1a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səyahət, sərhəd, keçid, azərbaycan
səyahət, sərhəd, keçid, azərbaycan
Səyahətçilər gömrük-sərhəd buraxılış məntəqələrindən vaxt itirmədən buraxılacaq
"Terrorçuların səyahətinə qarşı mübarizə Proqramı" layihəsi çərçivəsində 2019-cu ildən bu günədək qarşılıqlı əməkdaşlıq həyata keçirilir.
BAKI, 4 aprel — Sputnik. Azərbaycanda "Sərnişinlərə dair ilkin məlumat" (API) və "Sərnişin adlarının qeydiyyatı" (PNR) sistemlərinin qurulması səyahətçilərin gömrük-sərhəd buraxılış məntəqələrindən sürətli keçidini təmin edəcək.
Sputnik Azərbaycan-ın Dövlət Gömrük Komitəsinə istinadən xəbərinə görə, bunu DGK sədr müavini Cavad Qasımov Qətərin Doha şəhərində keçirilmiş Texniki Yardım Benefisiarlarının İllik Forumunda çıxışı zamanı bildirib:
"Azərbaycanda API və PNR sistemlərinin müvəffəqiyyətlə qurulması və istifadəsi, məlumatların dövlət orqanlarına əvvəlcədən ötürülməsi və səmərəli risk sisteminin tətbiqi nəzərdə tutulur. Bu tədbir dövlət qurumları, aviaşirkətlər və digər maraqlı tərəflər arasında mövcud prosedurların sadələşdirilməsi, məlumat analizi bazalarının inkişaf etdirilməsi, gömrük nəzarətinin idarəedilməsi üçün risk əsaslı modelin yaradılması və idarəetmə strategiyasının gücləndirilməsinə imkan yaradacaq".
Onun sözlərinə görə, bu sistemlərin istifadəyə verilməsi ölkəmizin milli maraqlarına zərər verə biləcək şəxslərin və malların, eləcə də terrorizm və qaçaqmalçılığın, transmilli cinayətkarlığın, o cümlədən çirkli pulların yuyulmasının qarşısının vaxtında alınması, həmçinin milli qanunvericiliyin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Ümumdünya Gömrük Təşkilatının sənədlərinə, o cümlədən Çikaqo Konvensiyasının 9-cu əlavəsinin 9-cu fəslində göstərilmiş beynəlxalq standartlara, öhdəliklərə və tövsiyələrə uyğunlaşdırılmasına imkan yaradacaq.
C.Qasımov qeyd edib ki, "Azərbaycanda "Sərnişinlərə dair ilkin məlumat" (API) və "Sərnişin adlarının qeydiyyatı" (PNR) sistemlərinin qurulması" üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupa Dövlət Gömrük Komitəsi rəhbərlik edir:
"Həmin sahənin inkişaf etdirilməsi məqsədilə Terrorizmə qarşı Mübarizə İdarəsinin timsalında BMT ilə Azərbaycan arasında sözügedən təşkilatın "Terrorçuların səyahətinə qarşı mübarizə Proqramı" layihəsi çərçivəsində 2019-cu ildən bu günədək qarşılıqlı əməkdaşlıq həyata keçirilir".
Bundan əlavə, "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamının icrası üzrə görülən işlər çərçivəsində məlumatların əvvəlcədən gömrük və sərhəd orqanlarına ötürülməsinin təmin edilməsi və səmərəli risk sisteminin tətbiqi səyahətçilərin gömrük-sərhəd buraxılış məntəqələrindən vaxt itkisinə məruz qalmadan sadələşdirilmiş qaydada buraxılışına mühüm təsir göstərəcək.
C.Qasımov onu da bildirib ki, birgə fəaliyyət nəticəsində bu il yanvarın 25-də DGK-nın nəzdində Sərnişin Məlumat Mərkəzi açılıb. Hazırda əsas hədəf qısa müddət ərzində "goTravel" risk idarəetmə sisteminin tətbiqinə başlamaqdır.
Qeyd edək ki, BMT-nin Terrorizmə qarşı Mübarizə İdarəsinin və Qətər Dövlətinin təşkilatçılığı ilə keçirilən Foruma texniki yardım üzrə benefisiar ölkələrin, donorların və potensialın artırılması üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri qatılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.