https://sputnik.az/20220404/qarqarcayin-sel-sulari-ekinlere-ozu-ile-bereket-de-getire-biler-mina-da-440764650.html
Qarqarçayın sel suları əkinlərə özü ilə bərəkət də gətirə bilər, mina da...
Qarqarçayın sel suları əkinlərə özü ilə bərəkət də gətirə bilər, mina da...
Sputnik Azərbaycan
Mexaniki Suvarma İdarəsi əmin edir ki, hazırda bütün vəziyyət nəzarətdədir, əgər hər hansısa bir təhlükə yaranarsa, o zaman qarşısının alınacağı mütləqdir. 04.04.2022, Sputnik Azərbaycan
2022-04-04T09:01+0400
2022-04-04T09:01+0400
2022-04-04T09:01+0400
cəmiyyət
ağdam
çay
sel
su
əkin
https://cdnn1.img.sputnik.az/img/07e6/04/03/440765882_1:0:1197:673_1920x0_80_0_0_b8b32bfb419f9f2be3f854b7dacab139.jpg
BAKI, 4 aprel - Sputnik. Son günlər havanın yağmurlu keçməsi, dağ massivinə qar yağması nəticəsində Qarqarçaya sel suları gəlib. Belə davam edərsə, Ağdam rayonunda olan əkin sahələri su altında qala bilər.Çay yatağında sel sularının artma ehtimalı Ağdam və Ağcabədinin bəzi kəndlərinin əkin sahələrində sel təhlükəsi riskini artıra bilər. Təkcə Ağdam rayonunun Əfətli və Evoğlu kəndlərinin 1400 hektara qədər əkin sahəsini sel suyu vura bilər. Bunu Ağcabədi rayon sakini Kamal Mirzəyev deyir. O bildirir ki, əvvəlcə kənd sakinləri suyun gəlməsinə sevinib. Fikirləşiblər ki, əkin sahələri rahat şəkildə suvara biləcəklər:“Çox güman ki, bizim aşağılarda hamının əkini var, biçini var. Təsərrüfat sarıdan bu yaxşı oldu. Bu il də yağıntı olmadı, quraqlıq olmuşdu. Hər tərəf bu saat susuzluqdan od tutub yanır. Hamının taxılı, yoncası susuz qalıb. Çox şükür ki, su gəldi, ziyanı yoxdur. Atalar deyib ki, "su gələn arx quru qalmaz". Yəni su gəlməli idi, gəldi və gələcək də... Beləcə əlkin sahələrimizi də suvarmış olarıq".Müsahibimiz deyir ki, yerli sakinlər uzun illərdən sonra Qarqarçaya suyun gəlməyini sevinclə qarşılasalar da sel suyunun işğaldan azad olunan ərazilərdən təhlükə gətirməyindən ehtiyat edirlər. Onun sözlərinə görə sel sularının işğaldan azad olan ərazilərdən partlamamış hərbi sursatları gətirmə ehtimalı da çoxdur:“İndi biz bir az ehtiyat edirik. Ona görə ki, bu suyun gəlməsi özü ilə mina da gətirə bilər. Hər ehtimala qarşı, görənlər də, bilənlər də bilmiyənlərə tapşırmalıdır ki, hər kəs ehtiyatlı olsun. Çaya girməsinlər, hər gördüklərinə əl vurmasınlar. Ona görə də bir az ehtiyatlı olmaq lazımdır”.Müsahibimiz Ağcabədi sakini Adil Məmmədov isə bildirir ki, selin gətirdiyi minalar isə yerli sakinlərlə yanaşı çay yataqlarında fəaliyyət göstərən daş karxanalarında çalışan işçilər və sürücülər üçün də həyatı təhlükə yarada bilər.“Su ruzi bərəkətdir. Şükür ki, işğal altında olan torpaqlarımızdan, axır ki, Qarqar çayımızdan su gəlir. Ermənilər kəsmişdilər qarşısını. Kəndə uzun illər idi su gəlmirdi. İndi, şükür, şəhidlərimizin sayəsində Qarqarçaya da su gəlir. Allah onlara rəhmət eləsin! Bu gün azad yaşayırıqsa, bunu şəhidlərimizə, qazilərimizə və Ali baş komandanımlız, İlham Əliyev cənablarına borcluyuq. Allah Cənab Prezidentimizə kömək olsun”.Qeyd edək ki, əvvəllər kənd sakinləri Qarqarçayda su olmadığından bəndlər qurmuşdu ki, az da olsa, su gələn zaman həmin bəndlər vasitəsilə öz əkin sahələrini suvara bilsinlər. Kənd sakinlərinin sözlərinə görə hazırda suyun qarşısını almaq üçün əvvəlcə qurduqları bəndi artıq uçurublar. Beləliklə də Qarqarçayda məcrasından çıxan su yenidən Qarqarçaya yönləndirilib. Amma əgər çaya sel sularının bu cür gəlməsi davam edərsə, suyun həcminin artması, ətrafda olan əkin sahələrinin sel suları altında qalması ehtimalı var.Məsələ ilə bağlı Ağdam Mexaniki Suvarma idarəsi ilə əlaqə saxladıq. İdarənin rəisi Hafiz Əzimzadə bildirdi ki, məsələdən xəbərdardılar:“İnsanların təşvişini başa düşürük. Amma bir mütəxəssis olaraq bildirirəm ki, hazırda heç bir təhlükə yoxdur. Bununla bağl narahatlıq keçirməyə dəyməz. Əksinə minerallarla zəngin olan sel sularından əkin sahələrinin suvarılmasında səmərəli şəkildə istifadə olunur. Bu baxımdan suyun gəlməsi yalnız insanlarlın sevincinə səbəb olmalıdır. O səbəbdən də hər kəsi əmin etmək istəyirəm ki, hazırda bütün vəziyyət nəzarətdədir. Əgər hər hansısa bir təhlükə yaranarsa, o zaman qarşısının alınacağı da mütləqdir”.Qeyd edək ki, hazırda Qarqarçaydan götürülən sudan əkin sahələrinin suvarılmasında istifadə edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220403/zemiler-susuz-yanir-kendliler-ise-su-kanalina-bir-de-su-geleceyi-gunu-gozleyir-440713059.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/03/440765882_150:0:1047:673_1920x0_80_0_0_e8b3bac6009cdb8f58212c9a0dac05c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağdam, çay, sel, su, əkin
ağdam, çay, sel, su, əkin
Qarqarçayın sel suları əkinlərə özü ilə bərəkət də gətirə bilər, mina da...
Mexaniki Suvarma İdarəsi əmin edir ki, hazırda bütün vəziyyət nəzarətdədir, əgər hər hansısa bir təhlükə yaranarsa, o zaman qarşısının alınacağı mütləqdir.
BAKI, 4 aprel - Sputnik. Son günlər havanın yağmurlu keçməsi, dağ massivinə qar yağması nəticəsində Qarqarçaya sel suları gəlib. Belə davam edərsə, Ağdam rayonunda olan əkin sahələri su altında qala bilər.
Çay yatağında sel sularının artma ehtimalı Ağdam və Ağcabədinin bəzi kəndlərinin əkin sahələrində sel təhlükəsi riskini artıra bilər. Təkcə Ağdam rayonunun Əfətli və Evoğlu kəndlərinin 1400 hektara qədər əkin sahəsini sel suyu vura bilər. Bunu Ağcabədi rayon sakini Kamal Mirzəyev deyir. O bildirir ki, əvvəlcə kənd sakinləri suyun gəlməsinə sevinib. Fikirləşiblər ki, əkin sahələri rahat şəkildə suvara biləcəklər:
“Çox güman ki, bizim aşağılarda hamının əkini var, biçini var. Təsərrüfat sarıdan bu yaxşı oldu. Bu il də yağıntı olmadı, quraqlıq olmuşdu. Hər tərəf bu saat susuzluqdan od tutub yanır. Hamının taxılı, yoncası susuz qalıb. Çox şükür ki, su gəldi, ziyanı yoxdur. Atalar deyib ki, "su gələn arx quru qalmaz". Yəni su gəlməli idi, gəldi və gələcək də... Beləcə əlkin sahələrimizi də suvarmış olarıq".
Müsahibimiz deyir ki, yerli sakinlər uzun illərdən sonra Qarqarçaya suyun gəlməyini sevinclə qarşılasalar da sel suyunun işğaldan azad olunan ərazilərdən təhlükə gətirməyindən ehtiyat edirlər. Onun sözlərinə görə sel sularının işğaldan azad olan ərazilərdən partlamamış hərbi sursatları gətirmə ehtimalı da çoxdur:
“İndi biz bir az ehtiyat edirik. Ona görə ki, bu suyun gəlməsi özü ilə mina da gətirə bilər. Hər ehtimala qarşı, görənlər də, bilənlər də bilmiyənlərə tapşırmalıdır ki, hər kəs ehtiyatlı olsun. Çaya girməsinlər, hər gördüklərinə əl vurmasınlar. Ona görə də bir az ehtiyatlı olmaq lazımdır”.
Müsahibimiz Ağcabədi sakini Adil Məmmədov isə bildirir ki, selin gətirdiyi minalar isə yerli sakinlərlə yanaşı çay yataqlarında fəaliyyət göstərən daş karxanalarında çalışan işçilər və sürücülər üçün də həyatı təhlükə yarada bilər.
“Su ruzi bərəkətdir. Şükür ki, işğal altında olan torpaqlarımızdan, axır ki, Qarqar çayımızdan su gəlir. Ermənilər kəsmişdilər qarşısını. Kəndə uzun illər idi su gəlmirdi. İndi, şükür, şəhidlərimizin sayəsində Qarqarçaya da su gəlir. Allah onlara rəhmət eləsin! Bu gün azad yaşayırıqsa, bunu şəhidlərimizə, qazilərimizə və Ali baş komandanımlız, İlham Əliyev cənablarına borcluyuq. Allah Cənab Prezidentimizə kömək olsun”.
Qeyd edək ki, əvvəllər kənd sakinləri Qarqarçayda su olmadığından bəndlər qurmuşdu ki, az da olsa, su gələn zaman həmin bəndlər vasitəsilə öz əkin sahələrini suvara bilsinlər. Kənd sakinlərinin sözlərinə görə hazırda suyun qarşısını almaq üçün əvvəlcə qurduqları bəndi artıq uçurublar. Beləliklə də Qarqarçayda məcrasından çıxan su yenidən Qarqarçaya yönləndirilib. Amma əgər çaya sel sularının bu cür gəlməsi davam edərsə, suyun həcminin artması, ətrafda olan əkin sahələrinin sel suları altında qalması ehtimalı var.
Məsələ ilə bağlı Ağdam Mexaniki Suvarma idarəsi ilə əlaqə saxladıq. İdarənin rəisi Hafiz Əzimzadə bildirdi ki, məsələdən xəbərdardılar:
“İnsanların təşvişini başa düşürük. Amma bir mütəxəssis olaraq bildirirəm ki, hazırda heç bir təhlükə yoxdur. Bununla bağl narahatlıq keçirməyə dəyməz. Əksinə minerallarla zəngin olan sel sularından əkin sahələrinin suvarılmasında səmərəli şəkildə istifadə olunur. Bu baxımdan suyun gəlməsi yalnız insanlarlın sevincinə səbəb olmalıdır. O səbəbdən də hər kəsi əmin etmək istəyirəm ki, hazırda bütün vəziyyət nəzarətdədir. Əgər hər hansısa bir təhlükə yaranarsa, o zaman qarşısının alınacağı da mütləqdir”.
Qeyd edək ki, hazırda Qarqarçaydan götürülən sudan əkin sahələrinin suvarılmasında istifadə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.