Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Zəmilər susuz yanır, kəndlilər isə su kanalına bir də su gələcəyi günü gözləyir

© Sputnik / Rahim MammadovGoranboyda susuz qalan sahələr
Goranboyda susuz qalan sahələr - Sputnik Azərbaycan, 1920, 03.04.2022
Abunə olmaq
Goranboyun Veyisli kənd sakinləri 400 hektara yaxın arp və buğda sahələrinə hələ dən suyu vura bilməyiblər. Aidiyyatı qurum isə vəd verərək sakinləri ümidləndirir.
BAKI, 3 aprel — Sputnik. Goranboy bölgənin yayı ən isti keçən rayonlarındandır. Burada yay aylarında su çatışmazlığı daha çox nəzərə çarpır. Amma artıq yazın ilk günlərindən rayonun Veyisli kəndində sakinlər su deyib, fəryad edirlər.
Sputnik Azərbaycan xəbər verir ki, adıçəkilən kənddə 400 hektara yaxın taxıl sahləri susuz saralıb solur. Kəndlilər arpa, buğda sahələrini Şəmkir kanalından axan su ilə suvarırlar. Amma hazırda adıçəkilən kanalda sudan çox zir-zibil görünür. Təsərüffat sahibləri sonuncu dəfə dekabr ayında, səpin apardıqdan sonra sahələri suvara biliblər. Onlara martın ilk günlərində su veriləcəyi vəd olunasa da, kanalın susuz halı, taxıl zəmisinin isə vəziyyəti ürək ağrıdır. Veyisli kənd sakini Umud Hümmətov Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində vaxtında əkdikləri məhsulu suvara bilmədiklərini və nəticədə məhsuldarlığın aşağı düşdüyünü deyib:
© Sputnik / Rahim MammadovGoranboyda susuz qalan sahələr
Goranboyda susuz qalan sahələr - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Goranboyda susuz qalan sahələr
"Məhsuldar torpaqlarımız var, toxumu əkirik torpağa, sonra su tapa bilmirik. Bizim əsas su mənbəyimiz Şəmkir kanalıdır. Sağ olsun cənab prezidentimiz vəsait ayırdı, bu kanal çəkildi. Amma bu kanaldan bizə deyilən vaxtda, qrafik əsasında su verilmir. Payız əkinində də belə oldu camaat çıxdı şikayət etdi, bir təhər su alıb suvara bildik. Torpağımız münbitdir, şükür Allaha, arpanı, buğdanı gətirib yaxşı vəziyyətə çıxarmışıq, amma su vura bilmirik deyə günbəgün məhsuldarlıq aşağı düşür. Sahələrə baxanda adamın ürəyi ağrıyır. Mart ayında su verilməli idi ki, biz aprelədək dən suyunu, yəni, ikinci suyu qurtaraq. Amma belə gedişlə may ayına çəkəcək. O da məhsuldarlığı tam aşağı salacaq".
© Sputnik / Rahim MammadovGoranboyda susuz qalan sahələr
Goranboyda susuz qalan sahələr - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Goranboyda susuz qalan sahələr
Veyilsli kənd sakinləri min bir əziyyətlə becərdikləri zəmilləri yaşıllaşdırmaq üçün tezliklə Şəmkir maşın kanalına su gələcəyinə ümid edirlər. Onların fikirincə, ölkəmizin taxıl ixrac etdiyi ölkələrdə müharibə olması qıtlıq yaranmasına da gətirib çıxara bilər. Bunun üçün taxıl sahələrinə daha çox diqqət ayrılmalıdır. Kənd sakini Hilal Zeynalov Sputnik Azərbaycan-a açıqlamasında yaxşı məhsuldarlıq üçün, buğdanı, arpanı 4 dəfə suvarmaq, bu mümkün olmadıqda isə, ən azı 3 dəfə su verilməsini vacib hesab edir:
© Sputnik / Rahim MammadovGoranboyda susuz qalan sahələr
Goranboyda susuz qalan sahələr - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Goranboyda susuz qalan sahələr
"Hər gün gəlib sahəyə baxıram. Vəd vermişdilər ki, martda su veriləcək. Amma aprel də gəldi hələ Şəmkir maşın kanalına su gəlməyib. Taxıl sahəmizi suvara bilməsək məhsuldarlıq olan deyil, ziyanlıq bizə olacaq. Bizə taxıl gələn respubilklarda müharibə gedir. Qıtlıq yarana bilər. Amma suvarsaq, heç olmasa özümüz normal məhsul götürərik. Öz məhsulumuz olar".
Mövcud problemlə bağlı Şəmkirçay su anbarı və magistral kanalların istismarı idarəsindən məlumat öyrənməyə çalışdıq. İdarə rəisi Vaqif Məmmədov Sputnik Azərbaycan-a bildirdi ki, təmir işləri ilə əlaqədər suyun verlişində fasilələr yaranıb: "Aprelin 3-dən Şəmkir maşın kanalına su vurulacaq. Ayın 4-də su Goranboy ərazisinə çatar."
Sakinlərə vəd verilidi, indi qalır səbrlə həmin vaxtı gözləyərək taxıl sahələrini suvarılmasını həyata keçirmək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsini su basıb  - Sputnik Azərbaycan, 1920, 21.03.2022
HADİSƏ
Cəliabadda əkin sahələrini su basıb, kəndlərin su altında qalmaq təhlükəsi var
Xəbər lenti
0