https://sputnik.az/20220327/taliban-kisiler-ve-qadinlar-ucun-eylence-parklarina-ayri-giris-imkani-yaratdi-440493878.html
Taliban kişilər və qadınlar üçün əyləncə parklarına ayrı giriş imkanı yaratdı
Taliban kişilər və qadınlar üçün əyləncə parklarına ayrı giriş imkanı yaratdı
Sputnik Azərbaycan
Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyub. 27.03.2022, Sputnik Azərbaycan
2022-03-27T14:34+0400
2022-03-27T14:34+0400
2022-03-27T16:56+0400
dünya xəbərləri
"taliban" hərəkatı
kabil
park
qadın
kişi
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0c/427902970_0:159:3073:1888_1920x0_80_0_0_585c142266cc73eab6d778b59bda0d3f.jpg
BAKI, 27 mart - Sputnik. Əfqanıstandakı hakim Taliban* hərəkatı kişi və qadınların Kabildəki əyləncə parklarını ziyarət etmək üçün vaxtını rəsmən bölüşdürüb. , Qadağalar Nazirliyinin bəyanatında deyilir.“Bazar, bazar ertəsi və çərşənbə axşamı qadınlar hicab taxmaq şərti ilə əyləncə parklarına baş çəkə bilərlər və bu günlərdə kişilərin ora getməsinə icazə verilmir”, - deyə məlumatda bildirilir.Kişilər üçün həftənin qalan günləri, yəni çərşənbə günündən şənbə gününə qədər ayrılır və bu günlərdə Taliban* nümayəndələri silahsız və hərbi nişansız gəzə bilər.Açıqlamada qeyd olunur ki, bu qaydaların pozulması halında parkların sahibləri və rəhbərliyi məsuliyyətə cəlb olunacaq.Bundan əlavə, fərmana əsasən, Kabildə vətəndaşların ailələri ilə birlikdə ziyarət etdikləri digər turizm yerlərində qadınlardan hicab taxmaq və “yad adamlarla ünsiyyətdən çəkinmək” tələb olunur.2021-ci ilin avqustun əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirdi, avqustun 15-də Kabilə daxil oldu və ertəsi gün müharibənin bitdiyini bəyan etdi. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanlar kütləvi şəkildə təxliyə edilib.Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.Sentyabrın əvvəlində Talibanın* ilk hakimiyyəti dövründə xarici siyasətə cavabdeh olan və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun rəhbərlik etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlandı. * Hərəkat terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır.
https://sputnik.az/20220325/rusiya-dunyanin-geleceyi-ucun-qerble-mubarize-aparir-440459515.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0c/427902970_172:0:2901:2047_1920x0_80_0_0_8cac9db9a24fa403e25e7be610a0b6a0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"taliban" hərəkatı, kabil, park, qadın, kişi
"taliban" hərəkatı, kabil, park, qadın, kişi
Taliban kişilər və qadınlar üçün əyləncə parklarına ayrı giriş imkanı yaratdı
14:34 27.03.2022 (Yenilənib: 16:56 27.03.2022) Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.
BAKI, 27 mart - Sputnik. Əfqanıstandakı hakim Taliban* hərəkatı kişi və qadınların Kabildəki əyləncə parklarını ziyarət etmək üçün vaxtını rəsmən bölüşdürüb. , Qadağalar Nazirliyinin bəyanatında deyilir.
“Bazar, bazar ertəsi və çərşənbə axşamı qadınlar hicab taxmaq şərti ilə əyləncə parklarına baş çəkə bilərlər və bu günlərdə kişilərin ora getməsinə icazə verilmir”, - deyə məlumatda bildirilir.
Kişilər üçün həftənin qalan günləri, yəni çərşənbə günündən şənbə gününə qədər ayrılır və bu günlərdə Taliban* nümayəndələri silahsız və hərbi nişansız gəzə bilər.
Açıqlamada qeyd olunur ki, bu qaydaların pozulması halında parkların sahibləri və rəhbərliyi məsuliyyətə cəlb olunacaq.
Bundan əlavə, fərmana əsasən, Kabildə vətəndaşların ailələri ilə birlikdə ziyarət etdikləri digər turizm yerlərində qadınlardan hicab taxmaq və “yad adamlarla ünsiyyətdən çəkinmək” tələb olunur.
2021-ci ilin avqustun əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirdi, avqustun 15-də Kabilə daxil oldu və ertəsi gün müharibənin bitdiyini bəyan etdi. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanlar kütləvi şəkildə təxliyə edilib.
Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.
Sentyabrın əvvəlində Talibanın* ilk hakimiyyəti dövründə xarici siyasətə cavabdeh olan və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun rəhbərlik etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlandı.
* Hərəkat terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır.