DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstan prezidentinə sui-qəsdin qarşısı alınıb

© Sputnik / Евгений Биятов / Mediabanka keçidQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev - Sputnik Azərbaycan, 1920, 03.04.2022
Abunə olmaq
Saxlanılan şəxs digər yüksək rütbəli dövlət qulluqçularına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinir.
BAKI, 3 aprel - Sputnik. Qazaxıstanın xüsusi xidmət orqanları ölkə prezidenti Kasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini saxlayıblar. Bu barədə RİA Novosti respublikanın Milli Təhlükəsizlik Komitəsinin (DTK) mətbuat xidmətinə istinadən xəbər yayıb.
“2022-ci il martın 25-də Nur-Sultan şəhərində MTK-nın əks-kəşfiyyatı Qazaxıstan prezidentinə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agenti, “A” respublikasının vətəndaşını saxlayıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bundan başqa, saxlanılan şəxs digər yüksək rütbəli dövlət qulluqçularına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinir:
“Bundan əlavə, A agenti sosial şəbəkələrdə müvafiq materiallar dərc etməklə respublikada anti-Rusiya təbliğatının aparılması və cəmiyyətdə rusofob baxışların formalaşdırılması üzrə tapşırıqlar hazırlayıb”.
Məlumata görə, axtarış nəticəsində şübhəlinin üzərindən səsboğucu ilə birlikdə xaricdə istehsal olunmuş snayper tüfəngi, narkotik vasitə və külli miqdarda pul aşkar edilib.
Silahlar peşəkarcasına maskalanmış formada hissə-hissə Qazaxıstana gətirilib. İlkin istintaq zamanı qazaxlı bu hərəkətləri “xarici dövlətin göstərişi və maraqları naminə” törətdiyini etiraf edib.
Faktla bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 24-cü maddəsinin birinci hissəsi (Cinayətə hazırlıq və cinayətə cəhd) və 255-ci maddəsinin dördüncü hissəsi (Terror aktı) ilə araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayışın ərazisində - Sputnik Azərbaycan, 1920, 03.04.2022
HADİSƏ
Gecə klubunda partlayış: hazırda tibb müəssisələrində 18 nəfər müalicə alır
Xəbər lenti
0