Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gecə klubunda partlayış: hazırda tibb müəssisələrində 18 nəfər müalicə alır

Abunə olmaq
Yenilənir
İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
BAKI, 3 aprel - Sputnik. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir.
Ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib. Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə alır. Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.
Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.
***
İlkin tibbi xidmət göstərilib, buraxılanlardan əlavə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha bir nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.
Bununlada, gün ərzində stasionar müalicəyə qəbul olunub, müalicə olunaraq, ambulator müalicə üçün evə buraxılan xəsarət alanların sayı 3-ə çatıb.
***
"Müraciətlərin çoxu yanıq xəsarətlərindəndir. Partlayışla bağlı açıqlama. Həkimlər xəsarət alan şəxslərin vəziyyətinin bərpa olunması ilə bağlı ciddi səylə çalışırlar. Yaralıların müalicəsi davam etdirilir". Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Bakıda gecə klubunda baş vermiş partlayışda xəsarət alanların səhhəti ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, vəziyyəti kritik olan xəstələrin yaxınları ilə mütəmadi əlaqə saxlanılır: "Müraciətlərin 90%-i yanıq xəsarətləridir. Xəsarət alan şəxslər arasında travmatoloji sınıqla bağlı müraciət edənlər də var. Onlara da aidiyyəti üzrə yardım göstərilib", - deyə Vüqar Qurbanov bildirib.
***
Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə 3 aprel 2022-ci il tarixdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən Nərimanov Tibb Mərkəzində müalicə alan 2 nəfər Mərkəzin həkimləri tərəfindən müayinə olunub. Bu barədə TƏBİB məlumat yayıb.
İlkin tibbi müdaxilədən sonra vəziyyətləri qiymətləndirilərək evə buraxılmalarına icazə verilib.
***
Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində baş vermiş partlayış nəticəsində həlak olan şəxsin kimliyi məlum olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Report-a verilən məlumata görə, həlak olan şəxs 1979-cu il təvəllüdlü Maya Axundovadır.
***
Baş Prokurorluq paytaxtın gecə klublarından birində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
"Xəbər verildiyi kimi, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılmış, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.
Partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova və il təvəllüdlü ).
37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir.
Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir.
İctimaiyyətə əlavə məlumat veriləcək.
***
Baş Prokurorluğun mətbuat xidmətindən Azərtac-a bildirilib ki, hazırda prokurorluq, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədirlər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.
Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib.
İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İctimaiyyətə əlavə məlumat veriləcək.
***
3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır (İtaliya, Seneqal). Bu barədə TƏBİB-dən məlumat verilib.
İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir.
Seneqal vətəndaşı Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.
***
Hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib.
***
3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir. Bu barədə FHN-dən məlumat verilib.
Xəsarət alan digər şəxlər ambulator yardım alaraq buraxılıb. TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.
Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölmüş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.
İlkin versiyaya görə, gecə klubunda yanğına və çökməyə səbəb olan partlayışa nasaz propan qaz balonunda qaz sızması səbəb olub.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, təhlükəsizlik məqsədilə rayona təbii qazın verilməsi dayandırılıb.
***
3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub.
Dərhal ərziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyi və obyekt daxilində uçqun baş verdiyi müəyyən olunub.
© Photo : REPORT

3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayışın ərazisində

3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayışın ərazisində - Sputnik Azərbaycan
1/3

3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayışın ərazisində

© Photo : REPORT

3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayışın ərazisində

3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayışın ərazisində - Sputnik Azərbaycan
2/3

3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayışın ərazisində

© Photo : REPORT

3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayışın ərazisində

3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayışın ərazisində - Sputnik Azərbaycan
3/3

3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayışın ərazisində

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb.
Hazırda obyekt daxilində axtarış-xilasetmə tədbirləri davam etdirilir. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir. İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və xəsarət alanlar var. Əlavə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0