Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

FHN: Hündür ağacların altında dayanmayın!

© Photo : Ministry of Emergency Situations of the Republic of Azerbaijan FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ikinci qrup da Türkiyəyə yola salınıb
 FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ikinci qrup da Türkiyəyə yola salınıb - Sputnik Azərbaycan, 1920, 03.04.2022
Abunə olmaq
Güclü küləyin baş verə biləcək yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
BAKI, 3 aprel - Sputnik. Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sputnik Azərbaycan FHN-ə istinadən xəbər verir ki, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 4-də gün ərzində ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi, bəzi yerlərdə xüsusilə şiddətlənəcəyi proqnozlaşdırılır."
Daha sonra müraciətdə deyilir ki, FHN gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:
"Belə ki, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin, güclü küləyin baş verə biləcək yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Duman - Sputnik Azərbaycan, 1920, 03.04.2022
CƏMİYYƏT
Ölkənin bəzi yollarında hərəkət çətinləşəcək
Xəbər lenti
0