CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkənin bəzi yollarında hərəkət çətinləşəcək

© Sputnik / Ilham MustafayevDuman
Duman - Sputnik Azərbaycan, 1920, 03.04.2022
Abunə olmaq
Lənkəran-Lerik, Masallı-Yardımlı magistral avtomobil yollarının bəzi hissələrində də duman müşahidə olunacaq.
BAKI, 3 aprel - Sputnik. Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, aprelin 4-də səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Quba-Xaçmaz, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.
Məlumatda o da bildirilir ki, analoji vəziyyət Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Füzuli-Cəbrayıl-Mahmudlu, Göyçay-Ucar, Ağsu-Kürdəmir-Bəhramtəpə, Ucar-Zərdab-Ağcabədi, Bəhramtəpə-Biləsuvar, Lənkəran-Lerik, Masallı-Yardımlı magistral avtomobil yollarının bəzi hissələrində də müşahidə olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Цветущее дерево, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.04.2022
CƏMİYYƏT
Paytaxtda hava necə olacaq?
Xəbər lenti
0