Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan güləşçisi üçqat Avropa çempionu olub

© Photo : United World Wrestling Rafiq Hüseynov güləşərkən
Rafiq Hüseynov güləşərkən - Sputnik Azərbaycan, 1920, 03.04.2022
Abunə olmaq
Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa çempionatında ümumilikdə səkkiz medal qazanaraq komanda hesabında birinci olub.
Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kiloqram) üçqat Avropa çempionu, millimiz isə komanda hesabında birinci olub. Sputnik Azərbaycan xəbər verir ki, bazar günü, aprelin 3-də Budapeştdə (Macarıstan) güləş üzrə qitə çempionatı başa çatıb.
Son yarış günündə final görüşündə Gela Bolkvadzeni (Gürcüstan, 2:1) məğlub edən Azərbaycan millisinin heyətində hazırkı dünya çempionu, Tokio Olimpiadasının bürünc mükafatçısı Rafiq Hüseynov qızıl medal qazanıb.
Beləliklə, Hüseynov Azərbaycan yunan-Roma güləşi tarixində üç dəfə ən yaxşı qitənin adını qazanmağı bacaran ilk idmançı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0