https://sputnik.az/20220402/maliyye-nazirliyi-qeyri-hokumet-teskilatlarina-muraciet-edib-440727866.html
Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib
Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib
Sputnik Azərbaycan
Qurum bəyan edib ki, qanuna əsasən, hesabatlarını müəyyən edilmiş müddətdə təqdim etməyən təşkilatlara bu barədə yazılı xəbərdarlıq ediləcək. 02.04.2022, Sputnik Azərbaycan
2022-04-02T14:39+0400
2022-04-02T14:39+0400
2022-04-02T14:39+0400
maliyyə
cəmiyyət
qht
qht-lər
maliyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/40855/52/408555283_0:0:1200:676_1920x0_80_0_0_edf4c74d5fb843791b100164f74702b2.jpg
BAKI, 2 aprel — Sputnik. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna əsasən, QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.Qurum bəyan edib ki, qanuna əsasən, hesabatlarını müəyyən edilmiş müddətdə təqdim etməyən təşkilatlara bu barədə yazılı xəbərdarlıq ediləcək. Bundan sonra maliyyə hesabatlarını 30 gün müddətində təqdim etməyən təşkilatlar İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunacaqlar."Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Hesabat Maliyyə Nazirliyinin yaratdığı "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı" vasitəsilə (www.qht-hesabat.maliyye.gov.az) elektron qaydada təqdim edilməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220222/ozunu-qht-sedri-kimi-teqdim-edib-qanunsuz-tikinti-apardi-439435566.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40855/52/408555283_132:0:1200:801_1920x0_80_0_0_06ae68bea01caa9de347423160906a0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
maliyyə, qht, qht-lər, maliyyə nazirliyi
maliyyə, qht, qht-lər, maliyyə nazirliyi
Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib
Qurum bəyan edib ki, qanuna əsasən, hesabatlarını müəyyən edilmiş müddətdə təqdim etməyən təşkilatlara bu barədə yazılı xəbərdarlıq ediləcək.
BAKI, 2 aprel — Sputnik. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna əsasən, QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.
Qurum bəyan edib ki, qanuna əsasən, hesabatlarını müəyyən edilmiş müddətdə təqdim etməyən təşkilatlara bu barədə yazılı xəbərdarlıq ediləcək. Bundan sonra maliyyə hesabatlarını 30 gün müddətində təqdim etməyən təşkilatlar İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunacaqlar.
"Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Hesabat Maliyyə Nazirliyinin yaratdığı "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı" vasitəsilə (www.qht-hesabat.maliyye.gov.az) elektron qaydada təqdim edilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.