https://sputnik.az/20220222/ozunu-qht-sedri-kimi-teqdim-edib-qanunsuz-tikinti-apardi-439435566.html
Özünü QHT sədri kimi təqdim edib qanunsuz tikinti apardı
Özünü QHT sədri kimi təqdim edib qanunsuz tikinti apardı
Sputnik Azərbaycan
Araşdırma zamanı Q.Məmmədov qanunsuz zəbt etdiyi torpaq sahəsinə dair heç bir rəsmi sənəd təqdim edə bilməmiş və qanunsuz tikintini davam etdirməkdə israr... 22.02.2022, Sputnik Azərbaycan
2022-02-22T16:30+0400
2022-02-22T16:30+0400
2022-02-22T16:32+0400
əlil
cəmiyyət
vətən müharibəsi
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_0:0:3105:1748_1920x0_80_0_0_1e1ac7b6ca4c5f81fa09587eec6dedfe.jpg
BAKI, 22 fevral — Sputnik. Özünü "Vətən müharibəsi əlillərinə kömək" ictimai birliyinin sədri kimi təqdim edərək müharibə əlillərinin adından istifadə edən şəxs inzibati qaydada həbs olunub.Daxili İşlər Nazirliyindən (DİN) Sputnik Azərbaycan-a verilən xəbərə görə, özünü "Vətən müharibəsi əlillərinə kömək" ictimai birliyinin sədri kimi təqdim edən, əvvəllər Cinayət Məcəlləsinin 178.3.2, 178.3.2, 310 və 320-ci maddələri ilə məhkum olunmuş 1970-ci il təvəllüdlü Məmmədov Qurban Məmməd oğlu bu il fevralın 1-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qanunsuz tikinti aparmaq məqsədilə dövlət mülkiyyətində olan 10 sot torpaq sahəsini hasara alaraq zəbt edib.Bununla əlaqədar fevralın 3-də polis əməkdaşları və aidiyyəti dövlət qurumları tərəfindən qanunsuz tikilinin qarşısı alınıb və Q.Məmmədova xəbərdarlıq edilib. Lakin, bu xəbərdarlıqdan nəticə çıxarmayaraq fevralın 19-da Q.Məmmədovun təşkilatçılığı ilə özlərini Vətən müharibəsinin iştirakçısı kimi təqdim edən bir qrup şəxs qeyd olunan əraziyə gələrək qanunsuz tikinti işlərini davam etdirməyə cəhd ediblər. Bu zaman polis əməkdaşları tərəfindən tikintinin qarşısı alınarkən onlar dövlət nümayəndələrinə hədə-qorxu gələrək ünvanlarına nalayiq ifadələr işlətməklə onları təhqir edib və tabesizlik göstəriblər.Araşdırma zamanı Q.Məmmədov qanunsuz zəbt etdiyi torpaq sahəsinə dair heç bir rəsmi sənəd təqdim edə bilməmiş və qanunsuz tikintini davam etdirməkdə israr edib. Q.Məmmədov saxlanılıb və barəsində İXM-nin 535-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola fevralın 22-də Nizami rayon məhkəməsində baxılaraq o, 30 gün müddətinə inzibati qaydada həbs edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_30:0:2761:2048_1920x0_80_0_0_073578caa402557e89969a15a80e5694.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əlil, vətən müharibəsi
Özünü QHT sədri kimi təqdim edib qanunsuz tikinti apardı
16:30 22.02.2022 (Yenilənib: 16:32 22.02.2022) Araşdırma zamanı Q.Məmmədov qanunsuz zəbt etdiyi torpaq sahəsinə dair heç bir rəsmi sənəd təqdim edə bilməmiş və qanunsuz tikintini davam etdirməkdə israr edib.
BAKI, 22 fevral — Sputnik. Özünü "Vətən müharibəsi əlillərinə kömək" ictimai birliyinin sədri kimi təqdim edərək müharibə əlillərinin adından istifadə edən şəxs inzibati qaydada həbs olunub.
Daxili İşlər Nazirliyindən (DİN) Sputnik Azərbaycan-a verilən xəbərə görə, özünü "Vətən müharibəsi əlillərinə kömək" ictimai birliyinin sədri kimi təqdim edən, əvvəllər Cinayət Məcəlləsinin 178.3.2, 178.3.2, 310 və 320-ci maddələri ilə məhkum olunmuş 1970-ci il təvəllüdlü Məmmədov Qurban Məmməd oğlu bu il fevralın 1-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qanunsuz tikinti aparmaq məqsədilə dövlət mülkiyyətində olan 10 sot torpaq sahəsini hasara alaraq zəbt edib.
Bununla əlaqədar fevralın 3-də polis əməkdaşları və aidiyyəti dövlət qurumları tərəfindən qanunsuz tikilinin qarşısı alınıb və Q.Məmmədova xəbərdarlıq edilib. Lakin, bu xəbərdarlıqdan nəticə çıxarmayaraq fevralın 19-da Q.Məmmədovun təşkilatçılığı ilə özlərini Vətən müharibəsinin iştirakçısı kimi təqdim edən bir qrup şəxs qeyd olunan əraziyə gələrək qanunsuz tikinti işlərini davam etdirməyə cəhd ediblər.
Bu zaman polis əməkdaşları tərəfindən tikintinin qarşısı alınarkən onlar dövlət nümayəndələrinə hədə-qorxu gələrək ünvanlarına nalayiq ifadələr işlətməklə onları təhqir edib və tabesizlik göstəriblər.
Araşdırma zamanı Q.Məmmədov qanunsuz zəbt etdiyi torpaq sahəsinə dair heç bir rəsmi sənəd təqdim edə bilməmiş və qanunsuz tikintini davam etdirməkdə israr edib. Q.Məmmədov saxlanılıb və barəsində İXM-nin 535-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola fevralın 22-də Nizami rayon məhkəməsində baxılaraq o, 30 gün müddətinə inzibati qaydada həbs edilib.