Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan nağıllarında şiddət daha çoxdur - Rəssam

© Photo : Abdulla Shaig Azerbaijan State Puppet Theatre"Göyçək Fatma" nağılı
Göyçək Fatma nağılı - Sputnik Azərbaycan, 1920, 02.04.2022
Abunə olmaq
Sənətkar hesab edir ki, Azərbaycan nağıllarında çatışmazlıqlar çoxdur və bu gələcək nəsillərin psixologiyasına birbaşa təsir edir.
BAKI, 2 aprel — Sputnik. Uşaq ədəbiyyatı gününün bu tarixə təsadüf etməsinin maraqlı bir tarixçəsi var. Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olubç və Beynəlxalq Uşaq Kitabı Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən isə Danimarka yazıçısı, Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir.
© Photo : Courtesy of Zohrab CabbarovZöhrab Cabbarov
Zöhrab Cabbarov - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Zöhrab Cabbarov
Bəs görəsən, Azərbaycan ədəbiyyatında vəziyyət necədir? Sputnik Azərbaycan ölkəmizdə olan uşaq ədəbiyyatındakı problemləri araşdırıb.
Bir çox kitab illüstrasiyalarının müəllifi, rəssam Zöhrab Cabbarov bildirir ki, bizdə heyvansevərlik yoxdur. Bu, özünü nağıllarımızda da göstərir:
"Götürək elə "Cırtdan" nağılını. Orada Cırtdan dostları ilə meşədə azır. Cırtdan deyir İt hürən tərəfə getsək, it bizi qapar. Uşaqlıqdan kodlaşdırırıq ki, it səni dişləyər. Demirlər ki, it insanın ən vəfalı dostudur. İt bizi düşmənlərdən qoruyar. Bizim nağıllarımızda psixoloji olaraq heyvanlara qarşı aqressiya var. Həmin uşaqlar böyüyəndə insana da mərhəmət etmirlər. Köməksiz heyvana mərhəmət göstərən uşaq gələcəkdə insanlara da mərhəmət göstərər".
Rəssam vurğulayır ki, Azərbaycan nağıllarında şiddət daha çoxdur:
""Məlikməmməd" nağılını götürək. orada da qardaşları Məlikməmmədi quyuya atırlar. Bütün nağıllarımızda qəddarliq var. "Karloson" kimi nağıl qəhramanımız yoxdur. Elə götürək rus ədəbiyyatını. Orada nağılların böyük bir qismi heyvan-insan sevgisindən bəhs edir. "Tıq-tıq xanım" nağılını da Abdulla Şaiq nisbətən dəyişib. Əslində Tıq-tıq xanım siçanın başına daş atır. Mən öz millətimi aşağılamaq istəmirəm. Bizim ədəbiyyatımız çox güclüdür. Amma nağıllarımızda çatışmazlıqlar çoxdur. Bu da gələcək nəsillərin psixologiyasına birbaşa təsir edir".
Tanınmış naşir, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov bildirir ki, uşaq ədəbiyyatı elə yazılmalıdır ki, bu onların maraq dairəsinə yaxın olsun. Bu gün yazılan uşaq ədəbiyyatında uşaqların biliyi, dünya görüşü, maraq dairəsi nəzərə alınmadan yazılır:
"Nağılın oxunaqlı olması üçün onun girişi uzun olmamalıdır. "Biri var idi, biri yox idi" ilə başlayıb birbaşa mətləbə keçmək lazımdır ki, o nağılı oxuyan uşaq sıxılmasın. Cümlələrin quruluşuna da diqqət etmək lazımdır. Uşaqlar uzun cümləni sevmirlər".
Şiddət məsələsinə gəldikdə isə naşir bildirir ki, təəssüf ki, bundan yaxa qurtarmaq olmur:

"Uşaqlar şiddəti sevirlər. Hötenin, Andersonun, Aqata Kristinin əsərlərini uşaqlar sevir. Amma o kitablarda qətl var, hadisənin təfərrüatı var. Sözüsüz ki, biz bu əsərləri uşaqlar üçün adaptasiya edirik. Dedektiv əsərlər uşaqları həyata hazırlayır. Amma bunda da diqqətli olmaq lazımdır ki, həmin əsərlər uşaqların psixologiyasına pis təsir etməsin. Biz dərsliklər üçün də əsərlər dərc edirik. Ona görə də mən öz yazarlarımızın əsərlərini axtarışındayam. Amma təəssüf ki, bizdə uşaq ədəbiyyatında yazan çox azdır. Dedektiv janrında uşaqlar üçün yazan isə ümumiyyətlə yoxdur".

2010-cu ildə "uşaqlar qarşısında xidmətləri üçün" Polşa Respublikasının Beynəlxalq Təbəssüm Ordeninə layiq görülmüş və Təbəssüm Ordeni Kavaleri fəxri adını qazanmış uşaq yazıçısı Aygün Bünyadzadə bildirir ki, Azərbaycanda uşaq ədəbiyyatının yazılmamasının əsas səbəbi maddiyyatdır:
"Uşaq ədəbiyyatından gəlir əldə etmək qeyri-mümkündür. Bir neçə yazarımız var ki, onlar da bu işi sevdiyinə görə yazırlar. Mən 2010-cu ildə BMT-nin və Polşanın "uşaqlar qarşısında xidmətlər üçün" Beynəlxalq Təbəssüm Ordeninə layiq görüldüm. Hansı ki həmin orden dünyanın tanınmış siyasətçilərinə və yazarlarına təqdim olunur. Amma nə fayda, heç kəs bunu bilmədi. Heç bir KİV bunu işıqlandırmadı. Gənc yazarlar da baxırlar ki, bundan gəlir əldə eetmək mümkün deyil, uzaqlaşırlar. Elə ona görə də ölkəmizdə uşaq ədəbiyyatında çox ciddi qıtlıq var".
Aygün xanım qeyd edir ki, onun əsərləri tamaşaya qoyulsa da, buna görə yazara heç bir haqq ödənilməyib.
"2007-cı ildə Dövlət Kukla Teatrında müəllifi olduğum "Kral" monotamaşası səhnəyə qoyuldu. Amma buna görə mənə heç bir ödəniş ayrılmadı. Xarici ölkələrdə olan uşaq yazarları bu işdən çox yaxşı gəlir əldə edirlər. Bizdə isə bir neçə yazar var ki, onlar heç bir təmənna güdmədən yazırlar. Onların işlərini qiymətləndirən də olmur", - deyə yazıçı fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Печатная машинка, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.03.2022
MƏDƏNİYYƏT
Yaradıcılıq niyə gözdən düşür?
Xəbər lenti
0