Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Sülh müzakirələri: Yeni reallıqlar Fransanı və ABŞ-ı qane etmir

© Official website of President of Azerbaijan RepublicMünxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilib
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilib - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Politoloq Elşən Manafov bildirib ki, Ermənistan tərəfi rəsmi Moskvanın moderatorluğu ilə əldə olunmuş üçtərəfli razılaşmanın müddəalarını yerinə yetirməkdən yayınır.
BAKI, 1 aprel — Sputnik. Martın 31-də Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Danışıqlar zamanı Qarabağ ətrafında vəziyyət müzakirə edilib. Əsas vurğu bölgədə təhlükəsizliyin və sabitliyin təmin olunması məqsədilə əməli məsələlərin həllinə edilib.
Söhbət əsnasında üçtərəfli razılaşmaların bütün müddəalarının ardıcıl yerinə yetirilməsinin vacibliyi qeyd edilib.
Sputnik Azərbaycan Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalları ilə bağlı politoloqlar Elşən Manafovun və Fərhad Məmmədovun fikirlərini öyrənib.
Politoloq Elşən Manafov bildirib ki, Ermənistan hakimiyyəti Baş nazir Paşinyanın simasında Azərbaycanla yaxın perspektivdə sülh müqaviləsi imzalamağa hazır olduğunu ifadə edib:
"Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Lakin məsələ Ermənistanın hansı şərtlər altında bu müqaviləni imzalamağa hazır olmasıdır".
Politoloq Elşən Manafov - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Politoloq Elşən Manafov
Onun sözlərinə görə, Ermənistan tərəfi rəsmi Moskvanın moderatorluğu ilə əldə olunmuş üçtərəfli razılaşmanın müddəalarını yerinə yetirməkdən yayınır:
"Ermənistan tərəfi sözdə sülhdən danışsa da, əməldə danışıqları danışıqlar naminə aparır. Ermənistan istəyir ki, danışıqları ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparsın. Bunu isə Qarabağa status verilməsi ilə bağlı cəhd kimi qiymətləndirmək olar. Prezident İlham Əliyevin Qarabağ iqtisadi rayonunun yaradılması ilə bağlı Sərəncamından sonra Dağlıq Qarabağla bağlı heç bir statusa, məfhuma ehtiyac qalmır".
Politoloq əlavə edib ki, Azərbaycan üçün hərbi müstəvidə münaqişə demək olar ki, yekunlaşıb:
"Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalmış ərazilərinin böyük bir hissəsini azad edib. İndiki halda isə bütün məsələlərin hüquqi və siyasi kontekstdə həllinə nail olmaq qalır".
44 günlük savaşdan sonrakı yeni geosiyasi reallıqlar Fransanı və ABŞ-ı qane etmir deyən politoloq hesab edir ki, bunu erməni tərəfi də gözəl başa düşür:
"Ermənistan ümid edir ki, Qərbdən olan həmsədrlərin köməyi ilə yeni geosiyasi reallıqlar dəyişdirilə bilər. Ancaq bu gün sürətlə cərəyan edən proseslər Ermənistan tərəfini də sürətli şəkildə sülh danışıqlarına vadar edir. Bu ölkədə sosial-iqtisadi vəziyyət ağırlaşır. Daxili siyasi böhran şəraitində problemlərin öhdəsindən gəlmək çətinləşir. Ən əsası isə Rusiyanın özünün bu prosesdə Ermənistana artan təzyiqlərini görmək olar".
"Azərbaycan və Rusiya prezidentlərinin son telefon danışığında da Moskva razılaşmasındakı müddəaların icrasının labüdlüyü bir daha qeyd edildi. Azərbaycan sülh danışıqlarına hazırdır. Lakin şərtləri diktə edən tərəf biz olmalıyıq. Ermənistanın kənar qüvvələri prosesə cəlb etmək niyyəti Azərbaycan hökuməti tərəfindən milli mənafe və təhlükəsizlik nöqteyi-nəzərindən qiymətləndirilərək zəruri tədbirlər görüləcək", – deyə E.Manafov bildirib.
Politoloq Fərhad Məmmədov isə deyib ki, müharibədən keçən dövr ərzində sülh gündəliyinə daxil olan məsələlərlə bağlı heç bir irəliləyiş olmayıb: "Müzakirələr var, ancaq qərarlar yoxdur. Burada prosesin haradan başlaması məsələsi vacib məqamdır".
Politoloq bildirib ki, bir neçə gün əvvəl Brüsseldə yüksək səviyyəli rəsmilər arasında keçirilən görüş bu baxımdan vacibdir:
© Sputnik / Murad OrujovPolitoloq Fərhad Məmmədov
Директор Центра стратегических исследований при Президенте Азербайджана Фархад Мамедов - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Politoloq Fərhad Məmmədov
"Yanaşmalarda olan ziddiyyətlərə görə yaxın gələcəkdə sülh müqaviləsi və ya uzun müddətli nəsə ola bilər. Ümumi götürsək, sülh müqaviləsinin bağlanması Ermənistan tərəfi üçün də maraqlıdır. Müharibədən sonrakı dövr Ermənistan üçün ağrılı keçir. Gərgin daxili siyasi vəziyyət, ağır iqtisadi şərait onları da sülhə tələsdirir. Ancaq onların baxışları ilə Azərbaycanın yanaşmaları üst-üstə gəlmir".
"Ermənistan tərəfi ərazi iddiasını qoruyub saxlamaq istəyir. Burada onlara dəstək verən qüvvələrin də rolu var. Ermənistan uzun illər ərzində işğalçılığına, azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə siyasətinə görə cəzalandırılmayıb. Bu ölkə məsələləri müzakirələrlə uzatmaq və nəticəsiz qalmasını istəyir", – deyə politoloq bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir - Sputnik Azərbaycan, 1920, 01.04.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Prezidentin köməkçisi beynəlxalq fondlara çağırış etdi
Xəbər lenti
0