Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezidentin köməkçisi beynəlxalq fondlara çağırış etdi

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Hikmət Hacıyev: "Azərbaycan minalardan təmizlənmiş ölkə modeli təqdim etmək istəyir. Bu konfrans minalardan təmizlənmənin maliyyələşməsi və innovasiyaların tətbiqi üçün platforma ola bilər".
BAKI, 1 aprel — Sputnik. Ermənistandan mina xəritələrini almışıq. Amma onların dəqiqlik səviyyəsi yalnız 25 faizdir.
Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, əsas məqsəd məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz şəkildə qaytarılmasıdır: "Əlbəttə ki, bu işin sürəti ərazilərin minalardan təmizlənməsindən asılıdır. Azərbaycan hökuməti bunun üçün səylərini əsirgəmir".
Prezidentin köməkçisi qeyd edib ki, beynəlxalq fondlar minatəmizləmə işinə töhfə verməlidir: “Bunun üçün Azərbaycan unikal model təqdim edir. Biz minalardan təmizlənmiş ölkə modeli təqdim etmək istəyirik. Bu konfrans minalardan təmizlənmənin maliyyələşməsi və innovasiyaların tətbiqi üçün platforma ola bilər. Azərbaycan bu sahədə qlobal fondun yaradılmasını təklif edir”.
H.Hacıyev vurğulayıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə ağaclar əvəzinə minalar var: "Əlbətdə ki, Azərbaycan hökuməti bunun əksini edəcək. Minaları təmizləyərək orada ağaclar əkəcək".
Onun sözlərinə görə, Azərbaycan hökuməti burada çoxtərəfli yanaşmadan istifadə edəcək: "Dörd əsas istiqamət var. Bizim əsas məqsədimiz bu bölgəyə əhalinin təhlükəsiz şəkildə qaytarılmasını təmin etməkdir. Hazırda mina qurbanlarının sayı təxminən 200 nəfərə yaxındır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0