https://sputnik.az/20220401/ran-azerbaycanin-azad-olunmus-erazilerinde-real-ve-semereli-emekdasliga-hazirdir---reisi-440712007.html
İran Azərbaycanın azad olunmuş ərazilərində real əməkdaşlığa hazırdır - Rəisi
İran Azərbaycanın azad olunmuş ərazilərində real əməkdaşlığa hazırdır - Rəisi
Sputnik Azərbaycan
İran Prezidenti İlham Əliyeva və Azərbaycan xalqına möhkəm cansağlığı və xoş günlər arzulayıb. 01.04.2022, Sputnik Azərbaycan
2022-04-01T19:00+0400
2022-04-01T19:00+0400
2022-04-01T19:01+0400
siyasət
iran
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1c/436753557_0:47:1000:610_1920x0_80_0_0_1fdcc0d765a23b19151894f6ea911696.jpg
BAKI, 1 aprel - Sputnik. İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik ünvanlayıb. Bu barədə Azərtac-ın məlumatında deyilir.İran Prezidentinin məktubunda deyilir:"İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Zati-alinizi, eləcə də qardaş və qonşu ölkə olan Azərbaycan Respublikasının xalqını səmimi-qəlbdən təbrik edirəm.İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında birgə tarixi, mədəni, dini əlaqələrin mövcud olduğunu nəzərə alaraq, ölkələrimiz ötən il ərzində xalqlarımızın və hər iki dövlətin siyasi rəhbərliyinin iradəsi sayəsində qarşılıqlı hörmətə əsaslanan səmimi əlaqələr və mehriban qonşuluq münasibətləri təcrübəsini yaşamışlar.Xoşbəxtlikdən ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr, eləcə də nəqliyyat, energetika, mədəniyyət və bu kimi digər sahələr üzrə münasibətlər hazırda inkişaf tendensiyasındadır və son günlər ərzində Sizin ölkənizdə keçirilmiş İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclası bunu təsdiqləyir.Regionda və dünyadakı mövcud şərait qonşu dövlətlər, xüsusilə də ortaq tarix, mədəniyyət və sivilizasiyaya malik olan ölkələr arasındakı əlaqələrin daha güclü və davamlı olmasının əhəmiyyətini ikiqat artırır. Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı əlaqələr bütün istiqamətlərdə, xüsusən də iqtisadiyyat və ticarət sahələrində hər iki ölkə xalqlarının mənafeyinə uyğun olaraq, gələcəkdə daha da inkişaf edəcəkdir. İran İslam Respublikası bu istiqamətdə keyfiyyət və kəmiyyət baxımından Azərbaycan Respublikası ilə öz münasibətlərini bütün sahələrdə genişləndirməyə müsbət yanaşır və bu qonşu ölkə ilə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqlarını dərinləşdirməyə hazır olduğunu bildirir.İran İslam Respublikası müxtəlif sahələrdə yüksək elmi-texnoloji potensiallara malik olan bir ölkə kimi öz imkanlarını dost ölkələrin istifadəsinə verməyə hazır olduğunu bildirir. Texniki, mühəndislik, abadlaşdırma və sənaye sahələrində geniş potensiala malik olan İran şirkətləri Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində həyata keçirilən layihələr çərçivəsində Azərbaycan şirkətləri ilə real və səmərəli əməkdaşlıq etməyə hazırdırlar.Uca Allahdan Zati-alinizə və eləcə də eyni dinə mənsub olduğumuz əziz Azərbaycan Respublikası xalqına möhkəm cansağlığı və xoş günlər arzulayıram. Fürsətdən istifadə edərək, xalqlarımızın ortaq bayramı olan, ata-babalarımızdan bir irs kimi bizə gəlib çatan Novruz bayramı münasibətilə Sizi və möhtərəm ailə üzvlərinizi ürəkdən təbriki edirəm".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220330/xn-rehberleri-emekdasligi-guclendirmek-niyyetini-tesdiqlediler-440614061.html
iran
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1c/436753557_62:0:938:657_1920x0_80_0_0_b44e87b96f0c3d21a398ce3863da9623.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, azərbaycan
İran Azərbaycanın azad olunmuş ərazilərində real əməkdaşlığa hazırdır - Rəisi
19:00 01.04.2022 (Yenilənib: 19:01 01.04.2022) İran Prezidenti İlham Əliyeva və Azərbaycan xalqına möhkəm cansağlığı və xoş günlər arzulayıb.
BAKI, 1 aprel - Sputnik. İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik ünvanlayıb. Bu barədə Azərtac-ın məlumatında deyilir.İran Prezidentinin məktubunda deyilir:
"İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Zati-alinizi, eləcə də qardaş və qonşu ölkə olan Azərbaycan Respublikasının xalqını səmimi-qəlbdən təbrik edirəm.
İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında birgə tarixi, mədəni, dini əlaqələrin mövcud olduğunu nəzərə alaraq, ölkələrimiz ötən il ərzində xalqlarımızın və hər iki dövlətin siyasi rəhbərliyinin iradəsi sayəsində qarşılıqlı hörmətə əsaslanan səmimi əlaqələr və mehriban qonşuluq münasibətləri təcrübəsini yaşamışlar.
Xoşbəxtlikdən ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr, eləcə də nəqliyyat, energetika, mədəniyyət və bu kimi digər sahələr üzrə münasibətlər hazırda inkişaf tendensiyasındadır və son günlər ərzində Sizin ölkənizdə keçirilmiş İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclası bunu təsdiqləyir.
Regionda və dünyadakı mövcud şərait qonşu dövlətlər, xüsusilə də ortaq tarix, mədəniyyət və sivilizasiyaya malik olan ölkələr arasındakı əlaqələrin daha güclü və davamlı olmasının əhəmiyyətini ikiqat artırır. Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı əlaqələr bütün istiqamətlərdə, xüsusən də iqtisadiyyat və ticarət sahələrində hər iki ölkə xalqlarının mənafeyinə uyğun olaraq, gələcəkdə daha da inkişaf edəcəkdir. İran İslam Respublikası bu istiqamətdə keyfiyyət və kəmiyyət baxımından Azərbaycan Respublikası ilə öz münasibətlərini bütün sahələrdə genişləndirməyə müsbət yanaşır və bu qonşu ölkə ilə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqlarını dərinləşdirməyə hazır olduğunu bildirir.
İran İslam Respublikası müxtəlif sahələrdə yüksək elmi-texnoloji potensiallara malik olan bir ölkə kimi öz imkanlarını dost ölkələrin istifadəsinə verməyə hazır olduğunu bildirir. Texniki, mühəndislik, abadlaşdırma və sənaye sahələrində geniş potensiala malik olan İran şirkətləri Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində həyata keçirilən layihələr çərçivəsində Azərbaycan şirkətləri ilə real və səmərəli əməkdaşlıq etməyə hazırdırlar.
Uca Allahdan Zati-alinizə və eləcə də eyni dinə mənsub olduğumuz əziz Azərbaycan Respublikası xalqına möhkəm cansağlığı və xoş günlər arzulayıram. Fürsətdən istifadə edərək, xalqlarımızın ortaq bayramı olan, ata-babalarımızdan bir irs kimi bizə gəlib çatan Novruz bayramı münasibətilə Sizi və möhtərəm ailə üzvlərinizi ürəkdən təbriki edirəm".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.